Kreml Delyaqinin Azərbaycana qarşı hədəsini PİSLƏDİ

Kreml Delyaqinin Azərbaycana qarşı hədəsini PİSLƏDİ
Kreml Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanının neft sənayesini vurmaqla bağlı çağırışına münasibət bildirib.

 

 Kremlin mətbuat katibi Dmitri Peskov Delyaqinin açıqlamasının Moskvanın xəttinə uyğun olmadığını vurğulayıb.

 

"Bu, şəxsi emosiyalarla əlaqədardır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırırıq. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”,- Rusiya prezidentinin sözçüsü deyib.

 

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib. Mixail Delyaqin iddia edir ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır.

Xəbər lenti