“Fransa senatının qətnaməsi beynəlxalq hüquqa ziddir” – TƏHLİL
"Fransa senatı Azərbaycan əleyhinə qətnaməni 295 səslə qəbul etdi. Qətnamə, erməni diasporası və onlara havadarlıq edən senatorlar tərəfindən irəli sürülmüşdür. Qərəzli olmaqla yanaşı, beynəlxalq hüquqa ziddir və reallıqla heç bir əlaqəsi yoxdur.”
7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib:
"Yaxın keçmişdə Əlcəzairdə, Ruandada milyonlarla insanı qətlə yetirmiş bir ölkə nə haqqla Azərbaycanı təcavüzkarlıqda, heç zaman törədilməmiş cinayətkarlıqda günahlandırır. Bütün imkanları ilə, Xocalıda və Azərbaycanın digər ərazilərində soyqırımlar, ağılla gəlməz qətllər törətmiş, 30 il qonşu ölkənin torpaqlarını işğalda saxlamış erməni terrorçularına himayədarlıq edir. Necə olur ki, dünyaya demokratiya dərsi keçən fransızlar, müxtəlif, bir-birinə zidd siyasi partiyaların təmsil olunduğu senat bir komanda ilə, yekdilliklə belə bir qanunsuzluğu təsdiq edirlər. Deməli, onların təlqin etdiyi demokratiya, ancaq özləri üçündür. Cavab birdir. Azərbaycanın 44 günlük müharibədə erməni bacılarının "məğlubedilməz” ordusunu darmadağın etməsi, işğala son qoyması. Qələbəmimizi həzm edə bilməmək. Eyni zamanda əzəli rəqibi, günü-gündən inkişaf edən və güclənən, keçmiş Fransa müstəmləkələri olan ölkələrdə biabırcasına sıxışdıran Türkiyəyə qarşı ədavət. Heç kimə sirr deyil ki, son illər, Afrikanın şimalında, Çadda, Liviyada, Malidə, Mərkəzi Afrikada, Nigeriyada, Burkino-fasoda, Livanda, Suriyada, İraqda, Şərqi Aralıq dənizində, eləcə də Cənubi Qafqazda, Rusiya-Ukrayna münasibətlərinin tənzimlənməsində, Fransa Türkiyə ilə ciddi rəqabət aparır və uduzur. Ona görə də, ölkə daxilindəki resurslarını, KİV-ləri, QHT-ləri, siyasi təşkilatları, qanunverici orqanın fəaliyyətlərini maksimum "türkəfobiya”, "islamofobiya” ətrafında cəmləşdirmişlər. Nəticədə, fransa cəmiyyətində Azərbaycanın, Türkiyənin simasında düşmən obrazının yaradılmasına nail olmuşlar. Təbii, belə bir siyasət Fransanın dövlət maraqlarına nə siyasi, nə də ki, iqtisadi maraqlarına cavab vermir. Cənubi Qafqaz bölgəsinə isə, əlavə gərginliklər gətirir. Cavabın adekvat olacağına şübhə yoxdur.
Burada, Ermənistanın mövqeyini xüsusi vurğulamaq istərdim. Bu ölkə məğlubiyyətdən düzgün nəticə çıxarmadı və sülhü yox, konfrantasiya yolunu tutdu. Növbəti dəfə Geosiyasi güclərin əlində maşa rolunu oynamağa üstünlük verdi. Bir şeyi tez unutdu. Bu dəfə Dəmir yumruqdan xilas ola bilməyəcək.”
"Fransa Senatının qəbul etdiyi qətnamə təxribat xarakteri daşıyır”
7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov söyləyib: "Bu qətnamə həqiqətdən uzaqdır və Azərbaycan - Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün qəbul edilmişdir. Qətnamədə adı çəkilən qondarma "Dağlıq Qarabağ" ifadəsi Fransanın reallıqları qəbul etmədiyini göstərir. Senatorlara səslənərək demək istəyirəm ki, 44 günlük vətən müharibəsindən sonra "Dağlıq Qarabağ" tarixin arxivinə göndərildi. Azərbaycan öz gücü hesabına işğal altında saxlanılan torpaqları azad etməklə suverenliyini bərpa etdi. Qarabağ Azərbaycanın tərkib hissəsidir, bu torpaqlar və orada yaşayanlar haqqında verəcəyimiz qərarlar bizim daxili işimizdir. Biz bunu heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Mövcud qətnamənin erməni lobbisinin təsiri ilə qəbul edildiyi hiss olunur. Fransa hökumətinin siyasi iradəsizliyi adıçəkilən ölkədə ermənilərin söz sahibinə çevrilməsinə səbəb olub. Ancaq nə olursa olsun Azərbaycan heç vaxt haqq mübarizəsindən və haqq sözündən dönməyəcək. Biz düşmənə həm döyüş meydanında, həm də siyasi müstəvidə layiqli cavab verməyi yaxşı bilirik. Düşmən və onun havadarları 44 günlük müharibəni xatırlasınlar. Azərbaycan XXI əsrin müharibəsini aparan dövlətdir. Cənubi Qafqazda ən böyük və ən qüdrətli dövlət olaraq biz daim sülhün və sabitliyin təmin olunması üçün çalışırıq və bu istiqamətdəki fəaliyyətimiz davamlı olacaq. Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi əsassız iddialar və iftiralar ilə dolu qətnaməni qətiyyətlə rədd edir, ölkəmizə qarşı belə təxribatları kəskin şəkildə pisləyirik.”
"Fransa Senatının qəbul etdiyi qətnamə ikiüzlülüyün növbəti nümunəsidir”
7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev söyləyib: "Fransa Senatının qəbul etdiyi qətnamə riyakarlığın, yalanın və ikiüzlülüyün növbəti nümunəsidir. Bütün bəşəriyyət həmin qətnaməni qınamalı, pisləməli, Fransaya öz etirazını bildirməlidir. Niyə? Çünki Fransa bu addımı ilə bir daha sübut etdi ki, terrorçu Ermənistanın yanındadır, ədalətdən uzaqdır və hər şeyə yalnızca öz bəsit, yırtıcı, nadan prizmasından baxır. Erməni dostu olan və erməni diasporasından qidalanan insanların təşəbbüsü və müəllifliyi ilə reallaşan həmin qətnamə başdan ayağa, birinci cümlədən sonuncu cümləyə qədər yalan və iftiradan ibarətdir.”
Mənsur Mustafayev
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.8
Xəbər lenti
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
-
12:42“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
12:40“Media landşaftı beynəlxalq standartlara uyğun hazırlanıb” - Müşfiq Ələsgərli
-
13:11Ordubadın dağlarında meşə zolağı salınıb
-
11:54Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
18:41COP29 Sədrliyi bəyanat yaydı
-
13:49Könül Abdulrəşidova: "GİKM olaraq ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik"
-
16:11Deputat Ramil Həsən Milli Məclisdə vətəndaşları qəbul edib
-
10:37COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib
-
10:32İstanbulda “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib – FOTO/VİDEO
-
16:05Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də
-
15:23Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
-
13:30ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihəsi başa çatıb
-
12:52COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib
-
12:52COP28, COP29, COP30 ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
Digər xəbərlər
-
DÜNYA, SİYASƏT
Araik Arutunyan istefa verdi
-
DÜNYA, SİYASƏT
“Altılı masa”nı tərk edən Akşenerdən gözlənilməz gediş
-
DÜNYA, SİYASƏT
Kosovoda nə baş verir? Və yaxud Balkanlarda yeni müharibə başlayacaqmı? (TƏHLİL)
-
DÜNYA, SİYASƏT
Peskov: "Paşinyan KTMT-nin işini fiasko kimi şərh edir"
-
DÜNYA, SİYASƏT
“Fransa senatının qətnaməsi beynəlxalq hüquqa ziddir” – TƏHLİL
-
DÜNYA, SİYASƏT
Litva Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
-
DÜNYA, SİYASƏT
Kreml Delyaqinin Azərbaycana qarşı hədəsini PİSLƏDİ
-
DÜNYA, SİYASƏT
Lavrov: “Rusiya müharibə istəmir, əksinə, müharibənin bitməsini arzulayır” – ÖZƏL
-
DÜNYA, SİYASƏT
SON DƏQİQƏ: Rusiya nümayəndə heyəti Kiyev nümayəndələri ilə görüş üçün yola düşüb - ÖZƏL