“Altılı masa”nı tərk edən Akşenerdən gözlənilməz gediş

07 Mart 2023, 13:07
07 Mart
2023
13:07
632
Martın 4-də Türkiyədə beş müxalif partiyanın - CHP, Demokratik Partiya, Səadət Partiyası, DEVA Partiyası və Gələcək Partiyası sədrlərinin görüşünün ardınca İYİ Partiyanın sədri Maral Akşener "Altılı masanı” tərk etdikdən sonra digər beş siyasi partiyanın sədrləri Səadət Partiyasının qərargahında bir araya gəlib.
Toplantıda CHP-nin sədri Kamal Kılıçdaroğlu, Demokratik Partiyanın sədri Gültekin Uysal, DEVA Partiyasının sədri Əli Babacan, Səadət Partiyasının sədri Temel Karamollaoğlu və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu iştirak edib. Görüşdə eyni istiqamətdə çalışmağı davam etdirmək qərara alınıb. Prezidentliyə namizədin adının martın 6-da açıqlanacağı bildirilmişdi.
Qəzetimiz çapa gedərkən hələ müxalifət düşərgəsi namizədini müəyyən edə bilməmişdi. Bu istiqamətdə ciddi proseslər yaşanır, müxalifət liderləri arasında görüşlər ard-arda keçirilirdi. Əsas hədəf də M.Akşeneri yola gətirmək, K.Kılıçdaroğluna dəstək verməyə razı salmaq idi.
Bunun üçün İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyə sədri Mansur Yavaş Akşenerlə görüşüblər.
Azpost.info xəbər verir ki, İYİ Partiyanın qərargahında baş tutan görüşə gələn Akşener jurnalistlərin suallarını cavablandırmayıb.
Amma partiya sədrinin müavini Ümit Dikbayır son vəziyyət və görüşlə bağlı "yaxşı olacaq” deməklə kifayətlənib.
20 dəqiqə davam edən görüşdən sonra İmamoğlu və Yavaş qısa açıqlama veriblər.
"Zəlzələ ilə üzləşdiyimiz çətin günlərdə "Altılı masa"nın ölkəmizin gələcəyi üçün çox əhəmiyyətli olduğunun fərqindəyik. Hörmətli sədrimizlə hisslərimizi bölüşdük", - İmamoğlu deyib.
"Bizim bu hadisələri masa arxasında izləmək imkanımız yoxdur. Yaraları sağaldacaq şəkildə bir araya gəlmək millətimizin arzusudur. Dəyərləndirəcəklər”, - Yavaş bildirib.
İYİ Partiyasının sözçüsü Kürşad Zorlu isə görüşdən sonra bunları deyib: "Millətin səsi, millətin iradəsi olmağın məsuliyyətini hiss edən sədrimiz millətimizin səsinə uyğun yeni əhatəli təkliflə "Millət İttifaqı"na öz təklifini formalaşdırıb. O, 13-cü prezidentin iki bələdiyyə sədrindən (İmamoğlu, Yavaş) biri olması ilə bağlı təkliflərini çatdırdı. Təkliflər hörmətli Kılıçdaroğluna təqdim olunacaq. Danışıqlar prosesi davam edəcək".
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İYİ Partiyanın sədri Meral Akşenerlə görüşmək üçün partiyanın qərargahına yollanıb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı "Halk Tv” yayıb.
Qəzetimiz çapa gedənədək görüşün nəticəsi barədə məlumat yox idi.
Ümumiyyətlə, Türkiyədə seçkinin taleyini həll edəcək kəsim hansı olacaq, öz mövqeyini dəqiqləşdirməyən kəsim, yoxsa? Zaman kimə işləyir?

Elşən Musayev: "Ərdoğana qalib gəlmək mümkün deyil”
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Ərdoğana qalib gəlməyi mümkünsüz sayır: "Türkiyədəki seçki prosesini hər birimiz yüksək maraq və həyəcanla izləməkdəyik. Çox az zaman qalıb. Bir neçə həftədən sonra gedişat daha da intensivləşəcək və yekun qərarı heç şübhəsiz ki, Türkiyə vətəndaşı verəcək, hər şeyi türk xalqının iradəsi müəyyənləşdirəcək. Təbii, məlum seçkinin əsas favoriti cənab Ərdoğandır və bir azərbaycanlı olaraq biz Ərdoğandan yanayıq, onu dəstəkləyirik. Eyni zamanda həmin dəstək üçün səbəblərimiz də yetərincədir. Birincisi, Rəcəb Tayyib Ərdoğan ən çətin, ən həssas, ən lazımlı günlərdə Azərbaycanın yanında olub. İkincisi, cənab Ərdoğan istənilən məkanda, istənilən beynəlxalq tribunada dövlət haqqı, dövlət maraqları müdafiə olunarkən Azərbaycanı Türkiyədən ayırmayıb. Üçüncüsü, Ərdoğan yalnız Türkiyəyə deyil, elə Azərbaycana qarşı da mənfur planlar cızan qüvvələrin önündə dəyanətlə dayanan ən böyük canlı istehkamlardan biri olub. Dördüncüsü, Ərdoğan 44 günlük Vətən müharibəsində özünü bir tək Türkiyə Prezidenti kimi deyil, həm də azərbaycanlı kimi aparıb, qarabağlı kimi aparıb. Şuşaya getməyi bizim qədər arzulayıb, qələbəyə bizim qədər köklənib. Və nəhayət: Ərdoğan çox böyük siyasətçidir, əsl dövlət adamıdır, qardaş Türkiyəni işıqlı gələcəyə aparan ləyaqətli liderdir!
Açığı, mən Ərdoğanın qarşısındakı rəqibləri çox zəif görürəm. "Altılıq” deyilən müxalif təşkilat heç siftə eləməmiş parçalandı. Yəqin bundan sonra da azala-azala gedəcəklər. Axıra güman ki, ən uzağı "ikilik” qalacaq. Çünki həmin birlikdə qərarlaşan müxalifətçilər bir-biri ilə yad təfəkkürdə olan və bir-birini həzm etməyən siyasətçilərdir. Düzdür, onlar hansısa rəqabət mənzərəsini yaratmağa çalışacaqlar, populizmlə səs toplamağa cəhd edəcəklər. Amma yekunda arzuladıqları nəticə olmayacaq. Ərdoğana qalib gəlmək mümkün deyil. Türkiyənin hazırkı prezidenti böyük səs üstünlüyü ilə qələbə qazanacaq. Çünki o, həm dəyanəti, həm də müdrikliyi ilə çox böyük işlər görüb, özünü təsdiq edib, Türkiyə vətəndaşlarının hörmətini, rəğbətini qazanıb".

Əhəd Məmmədli: "Ərdoğan Akşenerə ciddi post da verə bilər”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Ərdoğan-Akşener birliyini də mümkünsüz saymır: "Altılı masanın vahid namizədlə çıxa bilməyəcəyi aydın idi. Yəni gözlənilməyən heçnə baş vermədi. Altılı masanın ikinci güclü partiyası olan İYİ-nin oranı tərk etməsi prezident seçkiləri öncəsi əsas müxalifət birliyinə ciddi zərbə oldu. Nəzərə alsaq ki, prezident seçkiləri ilə bərabər parlament seçkiləri də olacaq, altılı masada barajı keçmək qüdrətində olan iki partiya var idi, CHP və İYİ Parti. Müxalif masadakı digər partiyaların parlamentə keçmək üçün CHP-yə ehtiyacları var. İYİ Partinin bu baxımdan CHP-dən asılacağı yoxdur. Ona görə Akşener çox rahat hərəkət edir. Ümumiyyətlə, Meral Akşeneri Türkiyə yeni siyasətində Tansu Çillərdən sonra ən güclü xanım siyasətçi hesab edirəm. O ki qaldı xanım Akşenerin iqtidarın Cümhuriyyət blokuna qoşulması barədə təxminlərə, fikrimcə, bu barədə danışmaq hələ tezdir. Lakin seçkilərdən sonra İYİ Partiyanın Cümhur İttifaqına qoşulmasını mümkün sayıram. Hətta gələcək konfiqurasiyada Ərdoğan Akşenerə ciddi post da verə bilər. Ola bilsin ki, artıq bu haqda konfedensial danışıqlar da gedir. O ki qaldı seçkilərin taleyinə, fikrimcə, bu seçkinin taleyi artıq həll olunub. Bəlkə bu sözlərim qəribə görünə bilər. Fikrimcə, seçkilərin taleyini zəlzələ və bu faciədən sonra Tayyip Ərdoğanın çətin vaxtda xalqı dövlətin ətrafında toparlamaq bacarığı həll etdi. Türkiyə böyük dövlət, Türk böyük xalqdır. İnşallah, bunu da atladacaq və daha da güclü çıxacaq. Bütün cəhdlərə rəğmən müxalifət yenə uğursuzluğa düçar olacaq, Ərdoğan birinci turdaca qalib olacaq”.

Asif Nərimanlı: "Akşener-İncə ittifaqı Ərdoğana yaxınlaşa bilər”
Siyasi analitik Asif Nərimanlının da fikirləri fərqli deyil: ""Altılı masa" deyilən və artıq beş partiyadan ibarət olan ittifaqın vahidin namizədinin Kılıçdaroğlu olacağı zatən gözlənilirdi. Fikrimcə, namizədin Kılıçdaroğlu olması artıq Ərdoğanın seçki öncəsi bir sıfır önə çıxması deməkdir. Çünki Türkiyənin ictimai rəyində Kılıçdaroğluna inam azdır, hətta CHP-lilər arasında da belə onu dəstəkləməyənlər var. Akşenerin gedişi və verdiyi açıqlamalar müxalifət üçün "qan itkisi” hesab edilə bilər, bu da seçkidə "siyasi ambisiyalar uğrunda mübarizə” rəyini gücləndirir, xüsusilə zəlzələnin vurduğu yaralar fonunda müxalifətin daxili çaxnaşması onların əleyhinə görünür. Həm də AKP-nin xeyrinədir, iqtidar zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində fəal işləməklə həm də seçki kampaniyasında xal qazana bilər. Ümumilikdə zamanın müxalifətin ziyanına işlədiyini deyə bilərik. Ərdoğanın rəqibləri namizədin müəyyən edilməməsi, daxili çaxnaşmalarla "qan itirir”. İndi əsas məsələlərdən biri Akşenerin kiminlə ittifaqa gedəcəyidir. "Cümhur ittifaqı” ilə ittifaqa gedəcəyi gözləntisi olsa da, Ərdoğan bunu təkzib etdi, lakin seçki ikinci tura qalarsa, belə bir addımın atılması ehtimalı da gözardı edilməməlidir. Bunun fonunda Akşenerin İncə ilə ittifaqı da mümkün ehtimallardan biridir. Fikrimcə, seçki ikinci tura qalarsa, mümkün Akşener-İncə ittifaqı Ərdoğana yaxınlaşa bilər. Bu iki partiyanın Türkiyənin gələcəyi iə bağlı seçdiyi xətt "altılı masa”da qalan 5 partiyadan fərqlənir, xüsusilə HDP məsələsində. Seçki günü nəticəyə təsir edəcək kəsimin isə daha çox "arada qalanlar” ola biləcəyini demək mümkündür. Türkiyə seçkilərində son anda qərar verən kəsim həmişə təsirli olub, bu dəfə isə belə kəsim daha çoxdur".
Xəbər lenti
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
06 İyun 2025
04 İyun 2025
30 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
Digər xəbərlər
-
DÜNYA, SİYASƏT
Araik Arutunyan istefa verdi
-
DÜNYA, SİYASƏT
“Altılı masa”nı tərk edən Akşenerdən gözlənilməz gediş
-
DÜNYA, SİYASƏT
Kosovoda nə baş verir? Və yaxud Balkanlarda yeni müharibə başlayacaqmı? (TƏHLİL)
-
DÜNYA, SİYASƏT
Peskov: "Paşinyan KTMT-nin işini fiasko kimi şərh edir"
-
DÜNYA, SİYASƏT
“Fransa senatının qətnaməsi beynəlxalq hüquqa ziddir” – TƏHLİL
-
DÜNYA, SİYASƏT
Litva Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
-
DÜNYA, SİYASƏT
Kreml Delyaqinin Azərbaycana qarşı hədəsini PİSLƏDİ
-
DÜNYA, SİYASƏT
Lavrov: “Rusiya müharibə istəmir, əksinə, müharibənin bitməsini arzulayır” – ÖZƏL
-
DÜNYA, SİYASƏT
SON DƏQİQƏ: Rusiya nümayəndə heyəti Kiyev nümayəndələri ilə görüş üçün yola düşüb - ÖZƏL