Xaricdə yaşayan azərbaycanlılara müraciət

Əziz soydaşlarımız! Son bir həftə ərzində erməni təxribatçılarının Azərbaycan ərazisinin Tovuz istiqamətində hücumlarına Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında bütün istiqamətlərdə lazimı cavablar verilməkdədir. Sizin Ermənistanın bu çirkin niyyətini ifşa edərək yerli ictimaiyyətə çatdırmaqda xüsusi rolunuzu qeyd etmək istəyirik. İşğalçı dövlət bu çirkin əməlləri ilə həm də mülki əhalini hədəf alıb və müxtəlif vandalizm aktları həyata keçirilib.
Azərbaycan ordusunun təxribatçıya endirdiyi zərbələr kimi, siz də ordumuza dəstək olaraq xüsusi birlik nümayiş etdirmisiniz. Bu illər ərzində xaricdə yaşayan soydaşlarımız ilk dəfədir ki, belə birlik nümayiş etdirdi və Azərbaycan dövlətinin, ordusunun arxasında sıx birləşdiyini bəyan etdi. 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları 100-ə qədərbəyanat verib. 20 ölkədə 14 dildə 70 məqalə və xəbər çap edilib. Ümumilikdə bu müddət ərzində 20 xarici ölkədə 41 aksiya keçirilib və aksiyalarda 10 mindən çox soydaşımış iştirak edib. Bu aksiyaların mütləq şəkildə davam etdiriləcəyindən əminik. Xüsusi olaraq vurğulayaq ki, Ermənistan işğalçı siyasətini həyata keçirən zaman bəzi ölkələrdə ermənilər tərəfindən Azərbaycan səfirliklərinin qarşısında icazəsiz aksiyalar keçirməyə cəhdlər olub. Amma sizin birlik nümayiş etdirərək çevik müdaxiləniz nəticəsində bu aksiyaların qarşısı qətiyyətlə alınıb. Bu qəbildən olan birlik nümayişinə Polşa, ABŞ, Hollandiya və digər ölkələrdə baş verən hadisələri nümunə kimi göstərmək olar.
Biz bilirik ki, bizim soydaşlarımız yaşadıqları ölkələrin qanunlarına riayət edərək, yalnız icazəli aksiyalar keçirir. Bu onun göstəricisidir ki, azərbaycanlılar öz haqq səsini dünyaya çatdırarkən yaşadıqları ölkələrin qanunlarına əməl edir, sivil qaydalar çərçivəsində hərəkət edirlər.
Bizdə olan məlumatlara görə, erməni diasporu təşviş içindədir və müxtəlif təxribatlara əl atmaq niyyətindədir. Amma əminik ki, bizim soydaşlarımız onlara lazımı cavabı verir və verəcək. Bu həftə ərzində də xaricdə yaşayan azərbaycanlılar müxtəlif beynəlxalq təşkilatların, yerli parlamentlərin qarşısında icazəli aksiyalar təşkil edəcəklər. Bu gün bizim soydaşlarımız ayaqdadırlar. İş adamları, elm adamları, tələbələr, diaspor təşkilatları, diaspor fəalları – bir sözlə Vətənin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı Azərbaycana bacardığı dəstəyi nümayiş etdirir.
Biz Sizi yalnız Azərbaycan Respublikasının dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırırıq. Torpaqlarımız erməni işğalından azad olana qədər əlinizdən gələn qədər dövlətimizə və ordumuza dəstək verməyə səsləyirik.
Azərbaycanın müstəqilliyini, dövlətçiliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizinlə fəxr edirik!
Xəbər lenti
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
-
11:48“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:22"Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb" - İlham Əliyev Fransa və Paşinyanın havadarlarına öz yerini göstərdi
-
13:02Səbuhi Abbasov: “Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq”
-
10:18"Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu" başa çatdı – FOTOLAR
-
13:26“Ölümü öldürən adam...”
-
09:35Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)
-
09:33Heydər Əliyevin vəfatından 21 il ötür
-
09:31Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
11:11Gələcəyə baxış: təhsil və iş dünyasında yeni çağırışlar – FOTO
-
11:21Qərbin bəzi dairələrindən alınan qanunsuz pullar milli maraqlarımızın zədələnməsinə hesablanıb - Səbuhi Abbasov
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
Digər xəbərlər
-
AZƏRBAYCAN, MANŞET, DİASPORAMIZ DÜNYADA
Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Vaşinqton, Los-Anceles və Boston şəhərlərində məlumatlandırıcı aksiya təşkil edilib
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Soydaşlarımızın iştirakı ilə “Vətən naminə” layihəsi reallaşdırılıb
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Praqanın mərkəzi körpüsünün üzərindən "Qarabağ Azərbaycandır!" posteri asılıb
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Xaricdə yaşayan azərbaycanlılara müraciət
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Həmvətənimiz Qazaxıstanın "Ən yaxşı jurnalist" mükafatına layiq görülüb
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Rusiyadakı diaspor rəhbərləri virtual cəmiyyətlərin yaradılmasını təklif ediblər
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
28 may “Respublika günü” ərəfəsində dünya azərbaycanlıları üçün yeni radio proqramlarına start verilir
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan azərbaycanlılara müraciəti