Tbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLAR
10 Fevral 2023, 18:06
10 Fevral
2023
18:06
297
Forum Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutur. Tədbir Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, "Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili Forum iştirakçılarını hər iki Qarabağ müharibəsində Şəhid olan, eyni zamanda, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirənlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırdı. Daha sonra T.Allahverdili Forumun bütün dünyada keçirilməsinin vacibliyindən qeyd edib: "Mən öz növbəmdə Gənclər Fonduna, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə dəstəkdən dolayı təkkür edirəm"
"Azərbaycanlı və gürcü gənclərin sülh çağırışına digər ölkələrin də gənclərinin qoşulacağına inanırıq”, – deyə T.Allahverdili vurğulayıb.
Sonra layihə rəhbəri, ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov çıxış edərək Azərbaycan tarixində ilk dəfə baş tutacaq Forumun Gürcüstanda keçirilməsinin təsadüfi olmadığını deyib. S.Abbasov bu istiqamətdə beynəlxalq layihələrin keçirilməsinin vacibliyindən danışıb: "Bu gün "Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu"nda gürcüstanlı gənclər, QHT və Gənclər Təşkilatı rəhbərləri, media təmsilçiləri, rəsmilər və millət vəkilləri iştirak edir. "Heydər Əliyev 100" ili çərçivəsində baş tutan Forumun əsas məqasədi Qarabağ həqiqətlərini Gürcüstanda yaymaq, eyni zamanda, regionda sülh prosesinin əhəmiyyətini gənclərə çatdırmaqdan ibarətdir. Bu Forum Azərbaycan tarixində ilk dəfədir keçirilir. Fürsətdən istifadə edib Gənclər Fonduna təşəkkür etmək istəyirəm. Bu Fondun dəstəyi ilə reallaşdırdığımız 3-cü beynəlxalq layihədir. Eyni zamanda, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Alyans Gənclər Mərkəzinə, bütövlükdə mənəvi dəstək olan hər kəsə təşəkkür edirəm. Qarabağ adı olan yerdə Dəmir Yumruq kimi birləşmək borcumuzdur.”
Daha sonra S.Abbasov çıxışda bildirib ki, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki Qələbəsindən sonra regionda yeni siyasi reallıqlar yaranıb. Azərbaycanlı gənclər bu reallıqlardan çıxış edərək gürcü həmyaşıdlıları ilə birlikdə regionda davamlı sülhün bərqərar olunması və dayanıqlı inkişafa nail olmaq üçün birgə fəaliyyət göstərməyi qərara alıblar. Tədbirin əsas məqsədi də gürcü gənclərlə birlikdə regionda davamlı sülh uğrunda mübarizənin əsasını qoymaqdır.
Daha sonra Azərbaycan Respublikasının Gürcüstandakı Fövqaladə Səfirliyinin rəsmisi Eldar Bayramov çıxış edərək Forumun Gürcüstanda keçirilməsinin vacibliyindən danışıb. Daha sonra çıxışında E.Bayramov bildirib ki, tədbirin Ulu Öndərin 100 illik yubileyi ərəfəsində Tbilisidə təşkili də mühüm əhəmiyyət kəsb edir. Ümummilli Liderə Gürcüstanda da böyük sevgi var və onun irsi qonşu ölkədə də öyrənilir.
E.Bayramov son günlər regionda və dünyada baş verən hadisələrdən danışıb. Bildirib ki, bu gün Azərbaycan bir sıra məsələlərdə regionda əsas rol oynayan dövlətə çevrilib. Bu gün Azərbaycanın təşəbbüsü və Türkiyə ilə Gürcüstanın birgə iştirakı ilə reallaşan irimiqyaslı layihələr dünyanın diqqət mərkəzindədir. Bu üç dövlət qərblə şərq arasında əsas körpü rolunu oynayırlar. Lakin bizim möhkəmlənməyimizi, birliyimizi istəməyən qüvvələr də var. Onlar bütün vasitələrdən istifadə edərək Azərbaycana və digər ölkələrə maneə olmaq istəyirlər.
Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu və erməni separatçılarının digər qanunsuz əməlləri buna sübutdur.
Diplomat regionda davamlı sülhə nail olmaq üçün azərbaycanlı gənclərin təşəbbüsü ilə belə bir forumun təşkil olunmasını və gürcü gənclərin də bu tədbirdə iştirakını yüksək qiymətləndirib.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Əliyeva çıxış edərək rəhbərlik etdiyi qurumun Gürcüstandakı fəaliyyətindən danışıb və hər zaman Mərkəzin bu kimi layihələrə önəm verdiyini deyib.
İş adamı, "Biotech" şirkətinin rəhbəri Orxan Mahmudov isə çıxış edərək bu kimi Forumların investisiya mühitinə mühüm təsir etdiyini dedi.
Daha sonra layihə çərçivəsində hazırlanan 5 dəqiqəlik videoçarx gənclərə təqdim olundu.
Sonda gənclərin sualları cavablandırılıb, müzakirələr aparılıb, təkliflərin qeydiyyatı həyata keçirilib, digər çıxış edənlər isə tədbirin əhəmiyyətindən danışıb, gənclərin təşəbbüsü ilə sülh platformasının daha da genişlənməsinin vacibliyini vurğulayıblar.
3 günlük forumun yekununda layihə çərçivəsində iştirak edən 25 gəncə Sertifikat, papaq, geyim və suvenirlər təqdim olunub.

Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən keçirilir.
Xəbər lenti
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
MANŞET, GÜNDƏM
Jurnalistlərin məktəbə tələsən birinciləri
-
MANŞET, GÜNDƏM
Azərbaycan Dövlət Aqrar Universitetinə yeni rektor təyin olunub
-
MANŞET, GÜNDƏM
Əlaqələndirmə Qərargahının Laçın şəhərində növbəti iclası keçirilib
-
MANŞET, GÜNDƏM
Əgər söhbət Heydər Əliyevdən gedirsə...
-
AZƏRBAYCAN, MANŞET, GÜNDƏM
“Erməni millətçiləri tarixin müxtəlif dövrlərində soydaşlarımıza qarşı soyqırımlar həyata keçiriblər” - TƏHLİL
-
MANŞET, GÜNDƏM
Tbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLAR
-
AZƏRBAYCAN, MANŞET, GÜNDƏM
Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçiriləcək – GƏNCLƏR FONDUNU DƏSTƏYİ İLƏ
-
MANŞET, GÜNDƏM
Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ
-
MANŞET, GÜNDƏM
MN: Erməni silahlıları Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı istiqamətlərində mövqelərimizi atəşə tutub