“Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu” - TƏHLİL

"Böyük tarixi əhəmiyyət kəsb edən "Şuşa Bəyannaməsi” Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya çatdıran bir xüsusi mesajdır.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib: "Ölkə Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti sayın Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin qardaşlığını və sarsılmaz birliyini nümayiş etdirir. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. "Şuşa Bəyannaməsi”nin imzalanmasından və ratifikasiyasından sonra Azərbaycan-Türkiyə münasibətləri mənəvi məsələdən hüquqi müstəviyə keçdi."Şuşa Bəyannaməsi”nin həm qlobal, həm də regional önəmi çox böyükdür.
Şuşa Bəyannaməsindəki "Türkiyə Respublikası və Azərbaycan Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər" prinsipi tarixin yenə təkrarlanmaması üçün iki ölkənin əməkdaşlıq proseslərinin sərhədlərini göstərir. "Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər" - bu, iki ölkə arasındakı münasibətləri pozmaq cəhdlərinin qarşısını almaqda hər iki ölkənin müstəqil dövlət olaraq öz seçimlərini etmə iradəsinə sahib olması kimi anlaşılmalıdır. Digər vacib məsələ ondan ibarətdir ki, tarixdə mövcud olan türk dövlətləri arasında heç vaxt "Şuşa Bəyannaməsi” qədər geniş, əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənəd imzalanmamışdır. Həm bu baxımdan, həm qardaş Tükiyənin Azərbaycana açıq və birmənalı dəstəyi, ortaq hədəflərimizin birliyi, maraqlarımızın uzun və bəlkə də yüzillər davam edəcək bir zaman kəsiyi üçün uzlaşdırılması aspektindən "Şuşa Bəyannaməsi”nin tayı-bərabəri yoxdur. Qeyd edək ki, cari ildə İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev xüsusilə vurğuladı ki, "Heydər Əliyev demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu gün biz bunu isbatlayırıq. Bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət", əlavə etmək istəyirəm, bir yumruq!" Bəli, bizim millətimiz və dövlətimiz bir yumruq kimi möhkəm və sarsılmazdır. Qardaş ölkələrin qardaş Liderləri böyük tarixi Qələbələrə imza atır və bu uğurlar məhz bizim müzəffər xalq kimi xoşbəxt gələcəyimizi layiqincə təmin edir.”
"Ermənistan baş nazirinin açıq şəkildə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildirməsindən sonra Rusiyanın müvəqqəti hərbi kontingentinin diqtəsi ilə Xankəndində uydurma parlament gecə saat 11-də yığışaraq buna qarşı çıxdı.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Qərbdəkilər susdular. Cənab İlham Əliyevin Qarabağdakı separatçı ünsürlərin amnistiyası məsələsinə də baxıla biləcəyi haqda Birləşmiş Ştatların da alqışladığı açıqlaması qarşılığında özünü "prezident” adlandıran Araik Harutyunyanın diktatorlara xas hərəkətini görüb də başda "Freedom house” olmaqla demokratiya carçısı, insan haqları təəssübkeşləri sayılanların hikkədən partlayacaqlarını düşünürdük. Ancaq o da olmadı. Təsəvvür edirsinizmi, amnistiya haqda açıqlama səslənər-səslənməz separatçıların dəstəbaşısı Qarabağdakı haydillilərin mitinq keçirməsinə, sosial şəbəkədə nəsə paylaşmasına qadağa qoyan, hələ bunlar azmış kimi internetdə rejim əleyhinə hər hansı bir material axtarışına görə həbs nəzərdə tutan dırnaqarası sərəncam verir. Özgə vaxtı toplaşma və söz azadlığından dəm vuranların isə heç tükləri də tərpənmir. Əksinə yenə Azərbaycana təzyiqlər edilir. ABŞ və Avropa Birliyinin ATƏT-dəki təmsilçiləri Laçın yoluyla yüklərin azad şəkildə daşınmasının təmin olunmasından, Qarabağdakı haydillilərin hüquq və təhlükəsizliklərinin təminindən dəm vururlar. Kimdir onları təhlükəyə sürükləyən, Qarabağda qanunsuz silahlı birləşmə saxlayanlar yoxsa, Azərbaycan? Kimdir onların hüquqlarını pozan, separatçı rejim haqda internetdə hansısa mənfi materialın axtarışına görə həbs tətbiq edənlər, yoxsa Azərbaycan? Ümumiyyətlə, Afrikadan, Yaxın Şərqdən qaçanların hər yolla qarşısını kəsənlər, onları dənizlərdə batıranlar, ölkələrinə gəlib çıxanları isə qəfəsdə saxlayanlar Laçın yoluyla azad gediş-gəliş deyiləndə nəyi nəzərdə tuturlar? Həmən yolla yenə minaların daşınmasınımı, İranın və digərlərinin göndərdikləri terror təlimçilərinin Qarabağa sərbəst gediş-gəlişlərinimi? Qərbdəkilərin bütün bu normal məntiqə sığmayan davranışlarının nədən irəli gəldiyi sirr deyil. Onlar Ermənistanın və Qarabağdakı separatçı ünsürlərin yeni savaş hazırlığı gördüklərini bilirlər. Hayları revanşizmə sürükləyən və artıq onları silahlandıran Fransa kimi dövlətlərin də istəyi elə bu deyilmi? Maraqlıdır necə olur ki, Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır, özünü və ölkəsini vasitəçi kimi sırımağa çalışan Makron isə bizim torpaqlarımızı "mübahisəli ərazi” adlandırır. Yəqin ki, o, Almaniyaya cəmisi 42 günə təslim olan ölkəsinin təcrübəsindən çıxış edərək Ermənistanın da uduzduğu savaşın benefisiarına çevirmək istəyir. Amma unudur ki, indi ikinci dünya savaşı dönəmi deyil, bəlli səbəblərdən Fransanı da öz cərgələrinə qoşanlar hazırda Ukraynada əks cəbhədədirlər, ən əsası o zaman "böyük bacı” işğal olunmuşdu, onun Hitler Almaniyası sayaq nasizm xəstəliyinə yoluxmuş "kiçik bacısı” isə başqasının torpağına soxulmuşdu, oradan vurulub çıxarılıb. Amma təəssüf ki, hələ tam yox. Onun ordusunun tör-töküntüləri hələ də Qarabağdadır. Azərbaycanın bu vəziyyətlə barışacağını, ordusunun mövqelərinin davamlı atəşə tutulacağını görməzdən gələcəyini düşünənlər, Ermənistanı yeni savaşa sürükləyənlər yanılırlar. Unutmasınlar ki, sonuncu yenidən qarşıdurmaya baş vursa, bu dəfə "böyük bacı”nın ikinci dünya savaşındakı rüsvayçı məğlubiyyət rekordunu təzələyəcək, yəni ordusu 2020-ci ildəki kimi 44 günə yox, uzağı bir aya darmadağın ediləcək. Mən əminəm ki, başında cənab Əliyevlə sayın Ərdoğan kimi əsl liderlərin durduğu Azərbaycanla Türkiyə Ermənistanın necə Suriyaya çevrildiyinə seyrçi qalmayacaq, təhlükəsizliyimizin təmini üçün gərəkən nə lazımdırsa edəcəklər.”
Mənsur Mustafayev
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.1

Xəbər lenti
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
Digər xəbərlər
-
AZƏRBAYCAN, SİYASƏT, GÜNDƏM
“Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu” - TƏHLİL
-
AZƏRBAYCAN, SİYASƏT, GÜNDƏM
2022-ci il FUAD MURADOV ÜÇÜN DÜŞƏRLİ OLMAYA BİLƏR – Dəyişiklik gözlənilir...
-
AZƏRBAYCAN, SİYASƏT, GÜNDƏM
Yerli və beynəlxalq jurnalistlər Ermənistanın hücumuna məruz qalıb - XİN