“Şuşa şəhərində ilk sosial sahibkarlıq düşərgəsi” adlı layihəyə start verilib

“Şuşa şəhərində ilk sosial sahibkarlıq düşərgəsi” adlı layihəyə start verilib

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi ilə və"Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi tərəfindən 01.11.2022-ci il tarixindən etibarən həyata keçirilən"Şuşa şəhərində ilk sosial sahibkarlıq düşərgəsi”adlılayihəyə start verib.

 

Məlumat üçün bildiririk ki, "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilni "Şuşa ili” elan edilməsini rəhbər tutaraq Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsində"Şuşa şəhərində ilk sosial sahibkarlıq düşərgəsinin keçirilməsi”adlı layihə ilə iştirak edərək qalib olmuşdur.

Layihənin əsas məqsədi – Gənclərin Şuşa şəhərində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və gənclərin məşğulluğunun təmin edilməsidir.

Layihə çərçivəsindəBərdə rayonunda Sosial sahibkarlıq düşərgəsi keçiriləcəkdir. Düşərgədə iştirakçılara sosial sahibkarlıq və biznes sahələrində təlimlər keçiriləcəkdir. Həmçinin, iştirakçılar tərəfindən biznes ideyalardan staraplar hazırlanacaqdır və seçiləcəkdir. Seçilən startapçılar və düşərgə iştirakçıları Şuşa şəhərinə səfər edəcəklər. Layihə çərçivəsində xüsusi sorğular hazırlanıb gənclər arasında paylaşılacaqdır. Düşərgədə 30 nəfər gənc iştirak edəcəkdir.

Bununla bağlı, cari ilin 08 dekabr Bərdə Peşə Liseyində ilkin görüş keçirildi.Bərdə Peşə Liseyində keçirilən görüşdə Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Asif Abbasov, İctimai Birliyin sədri Kəmalə Məmmədli və layihə rəhbəri Sara Rəcəbli iştirak edərək 35 nəfər gənclərə layihə haqqında məlumat vermişdirlər.Layihənin davamı olaraq cari ilin 20 -23 Dekabrda Bərdə rayonunda düşərgə keçiriləcəkdir və 27 Dekabr Şuşa şəhərinə səfər ediləcəkdir.

Layihənin müddəti 3 aydır.

 





Xəbər lenti