“SSRİ qanla bərpa ediləcək” iddiası - Putinin deputatını kim danışdırır?
19 Sentyabr 2023, 12:29
19 Sentyabr
2023
12:29
326
Rusiyanın hakim "Vahid Rusiya” Partiyasından olan deputat Yevgeni Fyodorov Dövlət Dumasına SSRİ-nin keçmiş sərhədləri daxilində bərpasını təklif edən qanun layihəsi hazırlayaraq təqdim edib.
Bu barədə "Focus” nəşri məlumat yayıb.
Fyodorov öz mövqeyini öncə belə əsaslandırır ki, keçmiş SSRİ-nin tərkibində olmuş müstəqil dövlətlərin ərazisində hər zaman müxtəlif münaqişələr baş verir. "Ona görə də Rusiya bu ölkələrin hər biri ilə döyüşməli olsa belə, onları yenidən Moskvanın nəzarətinə qaytarmaq məntiqlidir”.
Deputat ardınca iddia edib ki, guya sabiq müttəfiq respublikalar SSRİ-ni qanunsuz tərk edib və buna görə də Rusiyanın onları geri qaytarmaq hüququ var: "Ukraynanın hazırkı işğalı belə qayıdışın başlanğıcıdır”.
Onun fikrincə, keçmiş ittifaq respublikaları Rusiya Federasiyası ilə münaqişə vəziyyətində olub və gələcəkdə də münaqişədə olacaqlar. Deputat əmin edir ki, bu məsələləri yoluna qoymaq üçün Rusiya hamı ilə vuruşacaq.
"SSRİ-nin bütün ərazisi qeyri-sabitdir. Ətrafda hərbi əməliyyatlar gedir. Ukrayna ilə bağlı hekayə artıq yüzüncüdür. Bundan əvvəl Tacikistan, Dnestryanı, Gürcüstan və digər konfliktlər var idi. Bu o deməkdir ki, 90-91-ci il qanununun pozulması daimi qarşıdurmalara səbəb olub. Onları dayandırmaq üçün biz əsasa - qanunun mövqeyinə qayıtmalı olacağıq”, - Fyodorov faktiki postsovet ölkələrini hədələyib və əlavə edib ki, (SSRİ) sərhədlərinin bərpası məsələləri ilə xüsusi hüquqşünaslar məşğul olmalıdır.
Diqqətçəkicidir ki, bunu LDPR-in hansısa radikal-faşist təmayüllü deputatı, yaxud kommunistlərin lideri Gennadi Züqanov yox, məhz prezident Vladimir Putinin sədri olduğu hakim "Vahid Rusiya” partiyasının üzvü bəyan edir. Nəinki bəyan edir, üstəlik, bu avantüraya "hüquqi” don geydirmək üçün parlamentin aşağı palatasına qanun layihəsi də təqdim edir! O zaman sual yaranır: bu, həm də Kreml rəhbərinin mövqeyi, sözü deyil ki?
Başqa yandan, "sabiq müttəfiq respublikalar SSRİ-ni qanunsuz tərk edib” nə demək, əgər son (1977) SSRİ Konstitusiyasına görə (preambula hissəsi), müttəfiq respublikaların ittifaq dövlətindən sərbəst çıxmaq hüququ olubsa və sovetlər birliyi, ümumiyyətlə, könüllü birlik olubsa?..
Xatırladaq ki, Rusiya prezidenti dəfələrlə SSRİ-nin bərpasının qeyri-mümkün olduğunu bildirib. Hərçənd belə bir ifadə də işlədib: "Sovet İttifaqının dağılmasına acımayanların ürəyi, onun bərpasını mümkün sayanların isə ağlı yoxdur”.
Elşən Musayev: "Fyodorovun bu fikri qanun layihəsinin özündən daha betər cəfəngiyyatdır”
Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev Fyodorovun özbaşına qərar vermədiyini düşünür: "Yevgeni Fyodorovun hazırladığı qanun layihəsi heç şübhəsiz ki, cəfəngiyyatdan savayı bir şey deyil və konkret məqsədlərə hesablanıb. Həmin məqsədlərdən biri Qərbə və konkret olaraq Amerikaya demarşdır. İkincisi isə Rusiyanın xüsusən millətçilər arasında öz nüfuzunu artırmaq, hələ də güclü olduğunu, daha böyük ideyalar barədə düşündüyünü göstərmək cəhdidir.
Özbaşınamı verib bu qərarı Fyodorov? Düşünmürəm. Çünki "Vahid Rusiya” Partiyasının hər bir üzvü indiki həssas məqamda güman ki, aldığı nəfəsin də məruzəsini haralarasa edir. Yəni məsləhətsiz, razılaşdırılmadan belə bir kritik qanun layihəsini hakim partiyanın siravi üzvü bu qədər rahat şəkildə ortalığa çıxara bilməz. Yenə başqa kimsə, məsələn, Züqanov tipində adam oxşar bir hərəkət etsəydi, düşünmək olardı ki, özfəaliyyətdir. Amma yox. Bu dəfə ideya iqtidar partiyasının üzvündən gəlib və hətta parlamentin müzakirəsinə belə təqdim edilib. Ona görə də xətt aydındır. Məqsədi də söylədim. Sadəcə, məsələ burasındadır ki, belə bir arzunun gerçəkləşməsinin mümkünatı yoxdur. Çünki ideyanın özü absurdun belə ötəsidir. Və ya: lap qanunu qəbul elədilər. Sonra? Bütün keçmiş SSRİ ərazisinə ordumu yeridəcəklər? Buna resursmu çatar? Xeyr, təbii. Bəs necə olacaq? Heç nə. Qanun gedəcək arxivə və gələcək nəsillər, Rusiyanın 10 il, 20 il sonrakı hakimiyyətləri üçün (guya) hüquqi baza yaranacaq ki, bax, birdən beyniniz çönsə bu qanundan yapışıb hərəkət edin, istila edin, işğal edin. Vəssalam. O da ki, bir daha təkrar edirəm, nağıldır, illüziyadır və heç bir zaman gerçəkləşməsi mümkün olmayan icraatdır.
SSRİ-nin tərkibindən kiminsə qanunsuz çıxmasına gəlincə isə onu söyləməliyəm ki, Fyodorovun bu fikri qanun layihəsinin özündən daha betər cəfəngiyyatdır. Çünki SSRİ formatı könüllülük prinsipinə əsaslanıb və hamının istədiyi vaxt bu birliyi tərk etmək hüququ olub".
Əli Orucov: "Bu qanlı imperiya artıq tarixin toz basmış arxivinə çevrilib”
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu arzunun reallaşmasını istənilən halda mümkünsüz sayır: "SSRİ-nin bərpası fərq etməz, ya siyasi, ya da hərbi güc yolu ilə mümkün deyil. Bu qanlı imperiya artıq tarixin toz basmış arxivinə çevrilib. Dünya düzəni də ictimai-iqtisadi formasiyada tamam fərqli yöndə inkişaf edir. SSRİ-dən ayrılmış keçmiş müttəfiq respublikalar da öz gələcəyini və yolunu seçib. Tarixin təkərini heç kəs geri fırlada bilməz. Digər tərəfdən, Rusiyanın nə iqtisadi, nə siyasi, nə də hərbi gücü yoxdur ki, hansısa formada bu utopiyanı gerçəkləşdirə bilsin. Ukrayna bataqlığından 1 ildən çoxdur ki, çıxa bilmir. Görün geridə neçə Ukrayna var. Doğrudur, Rusiyada imperiyapərəst qüvvələr və keçmişin nostalgiyasından çıxa bilməyənlər var. Onlardan biri də hakim "Vahid Rusiya" Partiyasından olan deputat Yevgeni Fyodorovdur. SSRİ-ni bərpa etmək istəyində olanlardan biri də RLDP-nin sabiq sədri Jirinovski idi, arzusu gözündə dünyadan köçdü. "Vahid Rusiya" Partiyasından deputat olmaq heç də o demək deyil ki, həmin partiyanın ümumi mövqeyini ifadə edir. Putinin özü SSRİ-nin süqutunu legitim hesab etməsə də, bu prosesi qanunauyğun sayıb və yenidən bərpanı mümkünsüz sayıb. Fyodorov çox yaxşı bilir ki, postsovet məkanındakı bütün münaqişələrin müəllifi və tətikçisi Moskvadır. Əgər Rusiya keçmiş müttəfiq respublikaları ilə mehriban və qarşılıqlı hörmətə, maraqların uzlaşdırmasına əsaslanan xarici siyasət yürütsə, belə münaqişə və gərginlik ocaqları qalmaz.
Rusiya nə qədər militarist və aqressiv siyasət yürüdəcəksə, bir o qədər təklənəcək, təcrid olunacaq. Qonşuları da öz təhlükəsizliklərini qorumaq üçün alternativlər axtarmağa məcbur olacaqlar. Hətta Rusiyanın forpostu olan Ermənistan Moskvadan qaçır. Məncə, Fyodorovun parlamentə SSRİ-nin bərpa edilməsi ilə bağlı təqdim edəcəyi layihə lap qəbul edilsə belə, heç nəyə yaramayacaq. Olsa-olsa neoimperialistlərin könlünü oxşayacaq, vəssalam. Hesab edirəm ki, Fyodorov kimiləri SSRİ-nin bərpası barədə deyil, Rusiya Federasiyasının özünün mövcudluğunun necə təhlükəyə düşdüyü barədə düşünsə, daha yaxşı olardı".
Xəbər lenti
-
14:26"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:50"YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
-
16:04"Erməni separatçılar bilməli və anlamalıdırlar ki...." - PARTİYA SƏDRİ
-
10:48VI çağırış Milli Məclisin deputatı Ramil Həsən Ucar rayonundan qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb
-
12:05“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
12:48Azərbaycanda “Sağlam qidalanma təlimləri” adlı layihə başa çatıb - Agentliyin dəstəyi ilə
-
11:32AYAK İB "Məşğulluq forumu" layihəsini yekunlaşdırdı - Agentliyin dəstəyi ilə... (FOTOLAR)
-
11:27"YAŞAT" Fondu şəhid ailə üzvlərini bu dəfə Ankarada bir araya gətirib
-
14:41Elçin Mirzəbəyli Muradlı və Ərəbsarvan kəndlərində seçicilərlə görüşüb
-
14:21Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalça nümunələri nümayiş olundu
-
12:08Baş prokuror: ölkə prezidentinə xalqdan gələn dəstək misilsizdir
-
15:25Elçin Mirzəbəyli Kalva kəndində seçicilərlə görüşüb
-
12:27Məzahir Əfəndiyevin məqaləsi xarici mediada
-
11:34Örnəyə çevrilən milli məram-Bəxtiyar Əsgərov yazır
-
11:32“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:45Rəşad Məcid 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
-
08:56IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası keçirib
-
15:47Növbəti möhtəşəm qələbə naminə!
-
09:26Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni tələbə kartlarının istifadəyə verilməsi üzrə memorandum imzalanıb
-
17:51Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Diaspor Gənclərinin V Yay Düşərgəsində iştirak edib
-
17:58"SAF Həyat Naminə" GİB-nin növbəti uğurlu layihəsi
-
17:15“SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin yeni layihəsinə start verildi
-
20:18Deputat Ucar şəhər mərkəzində səyyar qəbul keçirib
-
13:11Hərbi hissədə qanvermə aksiyası keçirilib
-
13:04Türk dünyası COP29-u Qarabağ Bəyannaməsi ilə qarşılayır
-
12:37“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:36“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov
-
20:59Nanə yeni mövsümdən “Xəzər” TV-də olacaq?
-
16:30Kaş, özün də kənardan baxıb görə biləydin ki, Milli Qəhrəman adı sənə necə yaraşır…
-
12:42Fərid Şahbazlı: “Vətən Müharibəsində bütün dünya Ordumuzun gücünə, hərbiçilərimizin şücaətinə şahidlik etdi”
-
12:31"Mingəçevir gəncləri hər zaman Natiq Qasımovu örnək biliblər" - Səbuhi Abbasov
-
12:05Azərbaycan Ordusu sağlam gəncliyin yetişməsində xüsusi rola malikdir ŞƏRH
-
16:25QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezidentə müraciət ünvanlayıblar
-
15:09AYAK İB “Məşğulluq forumu” reallaşdıracaq – AGENTLİYİN DƏSTƏYİ İLƏ
-
10:32Baş prokuror: Ölkəmiz qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb
-
14:53Azərbaycan Ordusunun Naxçıvan istiqamətində yerləşən mövqeləri növbəti dəfə atəşə tutulub
-
11:00Şəhid Ülvi Həsənova həsr edilən tanıtım filmi təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
20:17Erməni vandallığını əks etdirən qısametrajlı film hazırlanır
-
00:37Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu baş tutub
-
15:35"Mədəniyyətdə Marketinq” layihəsi başa çatdı
04 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024
20 Avqust 2024
13 Avqust 2024
12 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
31 İyul 2024
24 İyul 2024
18 İyul 2024
13 İyul 2024
09 İyul 2024
08 İyul 2024
05 İyul 2024
03 İyul 2024
26 İyun 2024
25 İyun 2024
24 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
10 İyun 2024
Digər xəbərlər
-
SİYASƏT
"YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
-
SİYASƏT
"Erməni separatçılar bilməli və anlamalıdırlar ki...." - PARTİYA SƏDRİ
-
SİYASƏT
VI çağırış Milli Məclisin deputatı Ramil Həsən Ucar rayonundan qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
Azərbaycanda “Sağlam qidalanma təlimləri” adlı layihə başa çatıb - Agentliyin dəstəyi ilə
-
SİYASƏT
AYAK İB "Məşğulluq forumu" layihəsini yekunlaşdırdı - Agentliyin dəstəyi ilə... (FOTOLAR)
-
SİYASƏT
"YAŞAT" Fondu şəhid ailə üzvlərini bu dəfə Ankarada bir araya gətirib
-
SİYASƏT
Elçin Mirzəbəyli Muradlı və Ərəbsarvan kəndlərində seçicilərlə görüşüb
-
SİYASƏT
Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalça nümunələri nümayiş olundu