Nəcibliyi, zəhmətkeşliyi və xeyirxahlığı ilə sevilən Əminə Yusifqızı
Taleyinə Vətənə və xalqına xidmət etmək missiyası yazılanlar Tanrı tərəfindən sevilən insanlar olur. Xoşbəxt o kəsdir ki, bu missiyanın daşıyıcısı olsun. Belə insanlar haqqında düşünəndə gözlərimiz önünə bir nəfər də gəlir. Dövlətçiliyə xidməti, müdrikliyi, mənəviyyatı ilə el içində böyük hörmət, nüfuz sahibi olan dəyərli jurnalist Əminə Yusifqızı. Hər bir insanın dünyaya gəlişi, həyat və fəaliyyəti müəyyən missiya ilə əlaqədardır. Bu mənada hər kəs yaşadığı dövrdə Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı həyata keçirmiş olur. Bəşəri duyğularla yaşayan, xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda hər cür fədakarlığa hazır olan insanlar Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı şərtsiz icra edir və bundan xüsusi zövq alır. Belə insanlardan biri də tanınmış jurnalist Əminə Yusifqızıdır.
Sadəliyi və səmimiyyəti ilə yaşadığı ərazidə, kollektiv arasında hörmət sahibi olan istedadlı jurnalist Əminə Yusifqızının mənalı ömür yolu var. Xalqına olan sevgisi onu daim bu yolda novator olmağa həvəsləndirib, neçə-neçə dəyərli əsərlər müəllifinə çevirib. 70 illik ömür kitabını vərəqləsək, görərik ki, nəcibliyi, zəhmetkeşliyi və xeyirxahlığı ilə xalqının sevgisini qazanıb. Pillə - pillə ucalaraq, xalqının sevimli qələm əhlinə çevrilib. Etiraf edək ki, Əminə xanım xalq arasında və cəmiyyətdə özünəməxsus nüfuza sahibdir. El yolunda yanan ürəyi onu xalqına sevdirib.
Yevlaxda işıq üzü görən "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızının 70 illik yubileyidir.Yubilyar respublikanın əməkdar jurnalisti, "Qızıl qələm", Həsənbəy Zərdabi, Məhsəti Gəncəvi mükafatlarının və "Tərəqqi" medallının laureatıdır. Yubilyarın baş redaktoru olduğu "Kür" qəzetinin böyük tirajla nəşri, tək əyalət qəzetləri içərisində deyil, bütövlükdə ölkənin media məkanında tanınması məhz onun əməyi sayəsində mümkün olub.
Ə.Yusifqızı eyni zamanda, insanlara qayğı ilə yanaşan, onların problemlərinin aradan qaldırılmasına can yandıran insanpərvər və humanist ziyalı kimi də tanınır. Bu gün Yevlaxda hər kəsin çəkinmədən qapısını döyə biləcəyi, kömək umacağı insanlardan biri də Əminə Yusifqızıdır. Elə buna görə də Yevlaxın bütün ziyalılarından tutmuş, məktəblisinə qədər, hər kəs bu insanı yaxşı tanıyır və sevir. Təkcə özünün və ailəsinin deyil, cəmiyyərin qayğısı ilə yaşayan jurnalist artıq rayon sakinlərinin sevimlisinə çevrilib.
Rayonda elə bir siyasi-ictimai hadisə yoxdur ki, Əminə xanımın adı orda çəkilməsin, səsi eşidilməsin, imzası olmasın. Böyüklüyü ondan ibarətdir ki, insanları olduğu kimi qəbul edir, ana şəfqətilə yanaşır, onlara kömək etməyi mənəvi borcu sayır. Bəşər övladının adına zinət verən onun əməlləridir. Yaxşı ad həyatda zərrə-zərrə, misqal-misqal qazanılır. İnsanın mənəvi zənginlik - deyilən ucalığa canatma arzusu bütün yaxşıların fitrətində olsa da, bu ucalığa yetmək hər kəsə nəsib olmur. Əminə Yusifqızı bu ucalıq zirvəsindədir. Dəyər həmkarımızı 70 illik yubileyi münsibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!/olaylar
7News.Az
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
Digər xəbərlər
-
MƏDƏNİYYƏT
Sevinc Çılğının sehirli “Adagio”su - FOTO / VİDEO
-
MƏDƏNİYYƏT
Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
“Ədibin evi”ndən ədəbi köşə
-
MƏDƏNİYYƏT
Tarixin izi ilə... (Bəşir İmanovun həyat yoluna qısa səyahət)
-
MƏDƏNİYYƏT
Bəşir İmanov calışdığı bütün vəzifələrdə yalnız Vətəninə, millətinə sadiq bir zabit olduğunu sübut edib
-
MƏDƏNİYYƏT
“ZİRVƏLƏRƏ DİKİN BAYRAQ”
-
MANŞET, MƏDƏNİYYƏT
Prezident yeni mədəniyyət naziri təyin etdi
-
MƏDƏNİYYƏT
Anar Kərimov vəzifəsindən azad edildi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir