Macarıstanın Lakitelek şəhərində Nizami Gəncəvinin büstü açılıb

23 Oktyabr 2023, 11:13
23 Oktyabr
2023
11:13
156
Oktyabrın 19-da Macarıstanın Lakitelek şəhərində yerləşən Hungarikum parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılış mərasimi keçirilib.
Tədbirə fəxri qonaq qismində Milli Məclisin sədrinin birinci müavini, Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli dəvət olunub. Tədbirdə, həmçinin Macarıstan Milli Assambleyasının vitse-spikeri Şandor Lejak, Macarıstanın Mədəniyyət Nazirliyinin Dövlət katibinin müavini Yanoş Sentmartoni, Türk Dövlətləri Təşkilatının Budapeşt şəhərindəki Nümayəndəlik Ofisinin, yerli hakimiyyət orqanlarının, ictimaiyyətin və ali təhsil ocaqlarının nümayəndələri, azərbaycanlı və macar tələbələr iştirak ediblər.
Y. Sentmartoni çıxışında Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Nizami Gəncəvinin "Xosrov və Şirin” əsərində tərənnüm olunan dostluğa istinad edərək, ölkələrimiz arasında genişləndirilmiş strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrindən danışıb. Ortaq tarixi köklər, Azərbaycan və Macarıstan liderləri arasındakı dostluq münasibətləri, iki ölkənin üzləşdiyi bənzər təhlükəsizlik təhdidləri, energetika sahəsində əməkdaşlıqla yanaşı, Macarıstanın Avropa İttifaqının üzv dövləti olaraq ölkəmizin ərazi bütövlüyünün bərpasına göstərdiyi müstəsna dəstək xüsusi vurğulanıb.
Əli Hüseynli ölkəmizin bu günlərdə tarixi qələbəsini qeyd etdiyini, Qarabağda Azərbaycanın suverenliyi tam bərpa olunmaqla ərazilərimizin işğalına son qoyulduğunu diqqətə çatdırıb. O, Azərbaycan poeziyasının inkişafında tarixi rolu olan Nizami Gəncəvinin büstünün Lakitelek şəhərində ucaldılmasına görə Macarıstan Milli Assambleyasının vitse-spikeri Şandor Lejaka minnətdarlığını bildirib.

Eyni zamanda, Macarıstanın həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq platformalarda ölkəmizin maraqlarının qorunması istiqamətində fəaliyyəti yüksək qiymətləndirilib. Milli Məclis sədrinin müavini, eyni zamanda, Ş. Lejakın cari ildə ölkəmizə səfərini və parlamentdəki çıxışını xatırladıb, iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Şandor Lejak çıxışında Hungarikum parkda görülən işlər barədə məlumat verib. O, Türk dövlətlərinin mədəniyyət xadimlərinin abidələrinin ucaldılması istiqamətində işin davam etdiriləcəyini, Qazaxıstan, Qırğızıstan və Azərbaycanla yanaşı, Türkiyə və Özbəkistan təmsilçilərinin büstlərinin də bu parkda yerləşdiriləcəyini bildirib.

Rəsmi hissədən sonra Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin gənclərindən ibarət ansambl Azərbaycana və digər türk xalqlarına məxsus mahnılar səsləndirib.
Sonda tədbir iştirakçıları Nizami Gəncəvinin büstü önünə əklillər və gül dəstələri qoyub, xatirə şəkilləri çəkdiriblər.
Xəbər lenti
-
15:43O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil
-
13:14"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov
-
12:32Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
12:31“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir
-
18:44“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
17:12“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
17:25“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
10:24"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
14:05Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
11:31Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:23Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:05“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
19:55Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:56“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
14:43Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:13“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:00Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:33“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:02Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:57Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:19Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:42"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:56GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
13:56"Minor Electronics"in "Ağdaş" filialının yeni ünvanda möhtəşəm açılışı baş tutub - FOTO + VİDEO
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
14:12“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
10:23200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
06 Dekabr 2023
05 Dekabr 2023
01 Dekabr 2023
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
26 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
03 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil
-
SİYASƏT, GÜNDƏM
"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
SİYASƏT
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir
-
SİYASƏT, GÜNDƏM
“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
SİYASƏT
“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
SİYASƏT
“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
SİYASƏT
"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
SİYASƏT
Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir