Azay Quliyev: “Şuşa haqqında qanunun qəbulu Ermənistana və revanşist xəyallarla yaşayanlara növbəti mesajdır”
Millət vəkili Azay Quliyev parlamentin bugünkü plenar iclasında "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib. Musavat.com xəbər verir ki, o, çıxışında "Bu gün biz Şuşanı və bütün torpaqlarımızı erməni işğalçılarından və vandallarından təmizləyən Ali Baş Komandanın daha bir tarixi qərarına şahidlik edərək Milli Məclisə təqdim etdiyi "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini böyük fəxr və qürur hissilə müzakirə edirik”- deyə qeyd edib:
- Qanun layihəsinin hər maddəsinin məzmunu, fəlsəfəsi və ruhu bizə o qədər yaxın və doğmadır ki, onun hər biri haqqında ətraflı danışmaq olar. Lakin mən istərdim ki, müzakirə etdiyimiz layihəsi haqqında ümumi şəkildə, daha çox onun siyasi və mənəvi əhəmiyyətindən danışım.
Cənab Prezident İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsindən və Şəhidlərimizin əziz xatirəsinə həsr olan möhtəşəm "Xarıbülbül” musiqi festivalını bərpasından sonra belə bir təşəbbüslə çıxış etməsini Vətən müharibəsində qazandığımız möhtəşəm hərbi qələbənin mənəvi, siyasi, hüquqi və mədəni müstəvidə davamı hesab edirəm.
Bu qanunu qəbul etməklə biz təkcə Qarabağın deyil, bütün Qafqazın incisi olan Şuşanın bütün mənalarda Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını, Azərbaycan xalqının qan yaddaşındakı yerini və rolunu qanun formasında, yeni çalarlarla əbədiləşdiririk.
Bu qanun layihəsi cənab Prezidentin Şuşada verdiyi – "biz Şuşaya əbədi qayıtdıq və burada əbədi yaşayacağıq” mesajının qanunvericilik səviyyəsində təsdiqi, həm də Azərbaycan xalqının, dövlətinin və hakimiyyətinin öz torpağına, keçmişinə, mədəniyyətinə və tarixi irsinə sahib çıxmaq və onları qorumaq bacarığının parlaq nümayişidir.
Dövlət Başçısının bu təşəbbüsü Şuşanın timaslında ağıllı şəhər və modern idarəetmə konsepsiyasının, azad edilmiş şəhər və kəndlərin quruculuq və bərpasının, xüsusilə bu ərazilərin inkişaf modelinin dünyaya təqdimatı, dost ölkələrin Qarabağ quruculuğu prosesində yaxından iştirakı üçün həm dəvət, həm də etibarlı bir zəmanətdir.
Bu gün biz belə bir qanun layihəsini qəbul etməklə bir tərəfdən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın necə və nə qədər möhtəşəm olacağını göstərmiş oluruq, digər tərəfdən isə münaqişədən zərər çəkmiş bütün ərazilərdə sülh və əminamanlıq şəraitində birgə yaşayışın real perspektivlərini nümayiş etdiririk.
Eyni zamanda yenicə işğaldan azad edilmiş Şuşa haqında ayrıca qanunun qəbulu döyüş meydanında acı məğlubiyyətə uğramış və sərhədlərimizdən kənara atılmış Ermənistana və onun revanşist xəyallarla yaşayan siyasətçilərinə göndərilən növbəti bir mesajdır.
Ona görə də düşünürəm ki, Azərbaycanın mədəniyyət paytaxtı kimi Şuşanın statusunu və təhlükəsizliyini möhkəmləndirən və onu əbədi edən bu təşəbbüs dostlarımızı sevindirdiyi kimi, dünya ermənliyini və onların havadarlarını da o qədər məyus edəcək, regionda Azərbaycanın xeyrinə dəyişmiş geosiyasi mühitə də müsbət mənada təsirsiz ötüşməyəcək.
Hörmətli həmkarlar.
Fürsətdən istifadə edib, torpaqlarımızı işğaldan azad edən, bütöv Azərbaycanın banisi kimi tarixə düşən müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə çox böyük siyasi uzaqgörənliklə hazırlanan və Milli Məclisə təqdim olunan "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinə görə təşəkkür edir və layihənin qəbul olunması münasibətilə xalqımızı bəri başdan təbrik edirəm.
Əminəm ki, qanun layihəsi Milli Məclisdə yekdilliklə qəbul ediləcək və cənab Prezident tərəfindən imzalandıqdan sonra tezliklə öz tarixi funksiyasını yerinə yetirməyə başlayacaqdır.
Diqqətinizə görə sağ olun.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
Digər xəbərlər
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO