Aqrar Subsidiya Şurası 2024-cü il üçün subsidiya əmsallarını açıqlayıb
06 Sentyabr 2023, 12:15
06 Sentyabr
2023
12:15
269
Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2024-cü il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2024-cü ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub:
Bitki növləriƏkin əmsalıƏkin subsidiyası (manat/ha)
3.1.Çəltik:
3.1.1.əsas əkinlər1,9380
3.1.2.təkrar əkinlər 0,5100
3.2.Soya:
3.2.1.əsas əkinlər1,4280
3.2.2.təkrar əkinlər 0,5100
3.3.Qarğıdalı:
3.3.1.əsas əkinlər1,1220
3.3.2.təkrar əkinlər 0,5100
3.4.Darı:
3.4.1.əsas əkinlər1,1220
3.4.2.təkrar əkinlər 0,5100
3.5.Sorqo:
3.5.1.əsas əkinlər0,7140
3.5.2.təkrar əkinlər 0,5100
3.6.Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, noxud, lobya, mərci və s.) 1,1220
3.7.Qarabaşaq1,1220
3.8.Yer fındığı1,1220
3.9.Zəfəran2,2440
3.10.Günəbaxan:
3.10.1.əsas əkinlər1,2240
3.10.2.təkrar əkinlər 0,5100
3.11.Kartof:
3.11.1.əsas əkinlər1,4280
3.11.2.təkrar əkinlər 0,5100
3.12.Tərəvəz 1,15230
3.13.Bostan bitkiləri1,1220
3.14.Yonca0,3570
3.15.Digər bitkilər (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla)0,65130
3.16.Üzüm:
3.16.1.2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə salınan bağlar40,08000
3.16.2.3.16.1-ci yarımbənddə müəyyən edilmiş bağlar istisna olmaqla 2020-ci il sentyabrın 1-dən salınan bağlar3,2640
3.16.3.2020-ci il sentyabrın 1-dən əvvəl salınmış bağlar1,25250
3.17.Çay:
3.17.1.2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyaları60,012000
3.17.2.3.17.1-ci yarımbəndində müəyyən edilmiş plantasiyalar istisna olmaqla 2019-cu ildən salınan çay plantasiyaları4,0800
3.17.3.2019-cu ildən əvvəl salınmış çay plantasiyaları1,25250
3.18.Meyvə:
3.18.1.İntensiv meyvə bağları:
3.18.1.1.2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək boş olan meşə fondu torpaqlarında və ya dağ və dağətəyi ərazilərdə salınan fındıq bağları25,05000
3.18.1.2.2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan nar bağları15,03000
3.18.1.3.2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınan zeytun bağları28,05600
3.18.1.4.2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan limon və kinkan bağları58,011600
3.18.1.5.2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan naringi və portağal bağları48,09600
3.18.1.6.2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan şaftalı, nektarin və ərik bağları20,04000
3.18.1.7.3.18.1.1-3.18.1.6-cı abzaslarda müəyyən edilmiş bağlar istisna olmaqla 2020-ci ilin sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan bağlar 3,65730
3.18.1.8.2020-ci il sentyabrın 1-dən əvvəl salınmış bağlar1,5300
3.18.2.Digər meyvə bağları:
3.18.2.1.2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan şabalıd bağları4,0800
3.18.2.2.3.18.2.1-ci abzasda müəyyən edilmiş şabalıd bağları istisna olmaqla damcı suvarma sistemi ilə təmin olunmuş meyvə bağları1,5300
3.18.2.3.3.18.2.1-3.18.2.2-ci abzaslarda müəyyən edilmiş bağlar istisna olmaqla digər meyvə bağları1,25250
3.19.Giləmeyvə:
3.19.1.2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları48,09600
3.19.2.2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş moruq bağları16,03200
3.19.3.3.19.1-ci yarımbənddə müəyyən edilmiş kivi bağları istisna olmaqla 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları3,2640
3.19.4.3.19.1.-3.19.3-cü yarımbəndlərdə müəyyən edilmiş bağlar istisna olmaqla digər giləmeyvə sahələri1,2240
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
•çəltiyin əsas əkinlərinə görə əkin subsidiyası 360 manatdan 380 manata, yoncaya görə 50 manatdan 70 manata, giləmeyvələrə (2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi və moruq bağları, habelə 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları istisna olmaqla) görə isə 230 manatdan 240 manata qədər artırılmışdır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
•İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
alma, armud, gilas, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
•Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
•Ağdam, Ağsu, Cəlilabad, Cəbrayıl, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Tovuz, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə salınan üzüm bağalarının hər hektarına görə 8000 manat məbləğində əkin subsidiyası veriləcəkdir.
•2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınan intensiv zeytun bağlarının hər hektarına görə 5600 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağlarının hər hektarına görə 5000 manat məbləğində əkin subsidiyası ödəniləcəkdir.
•2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan hər hektar intensiv limon bağlarına görə 11600 manat, intensiv naringi və portağal bağlarına görə 9600 manat, intensiv nar bağlarına görə 3000 manat məbləğində əkin subsidiyası veriləcəkdir.
•Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş, 1 hektara minimum 20000 ədəd sertifikatlı tingin əkildiyi çay plantasiyalarının hər hektarına görə 12000 manat məbləğində əkin subsidiyası veriləcəkdir.
•Ağdaş, Beyləqan, İmişli, Göyçay, Kürdəmir, Yevlax, Sabirabad, Saatlı və Zərdab rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və hər hektarından ən azı 2 nöqtədə (nümunə koordinatların qeyd edilməklə) 3 qatdan (0-30 sm, 30-60 sm, 60-90 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilən və cəmi sahəsi ən azı 3 hektar olan intensiv şaftalı, nektarin və ərik bağlarının hər hektarına görə 4000 manat məbləğində əkin subsidiyası ödəniləcəkdir.
•Qeyd edilən bağlara görə əkin subsidiyasının alınması üçün bu bağların "Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan:
•intensiv kinkan bağlarının hər hektarına görə 11600 manat;
•şabalıd bağlarının hər hektarına görə 800 manat;
•damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə 9600 manat;
•damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 4700 tingin əkildiyi moruq bağlarının hər hektarına görə 3200 manat məbləğində əkin subsidiyası ödəniləcəkdir.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
•2024-cü ildə damcı suvarma sistemi ilə təmin olunmuş həm ənənəvi, həm də yaşı 4 ildən çox olan intensiv bağlara görə əkin subsidiyası 250 manatdan 300 manata qədər artırılmışdır.
Aqrar Subsidiya Şurasının qərarına görə,
•Çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.
•Fındıq üzrə əkin əmsalı Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Balakən, İsmayıllı, Zaqatala, Zəngilan, Xaçmaz, Xocavənd, Qax, Qəbələ, Quba, Qubadlı, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki, Şəmkir və Yardımlı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
•Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
•Limon, kinkan, naringi, portağal və kivi üzrə əkin əmsalları Astara, Lənkəran və Masallı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
•"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli 1754 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq 2024-cü il üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə 100 manat məbləğində məhsul subsidiyası müəyyən edilmişdir.
•Pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə 2024-cü ildə yalnız məhsul subsidiyası veriləcəkdir. Bu ildə fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 190 manat, Virciniya sortu üzrə yaş tütünün hər tonuna görə 34 manat, digərləri üzrə quru tütünün hər tonuna görə 200 manat və yaş tütünün hər tonuna görə 20 manat, şəkər çuğundurunun hər tonuna görə 18 manat məhsul subsidiyası alacaqlar.
•Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
•Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
•2024-cü ildə əkin subsidiyasının verilməsi üçün "Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilmişdir.
Aqrar Subsidiya Şurası,
•2024-cü il üzrə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum və tinglər üzrə kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib. 2024-cü ildən alma, armud, gilas, nar, fındıq, üzüm, çay tingləri ilə yanaşı, badam, püstə, şaftalı, nektarin, ərik, xurma (xirnik), zeytun tinglərinin istehsalı və satışına görə də toxum subsidiyası veriləcəkdir.
Qeyd edilənlərlə yanaşı, Aqrar Subsidiya Şurası,
•2023-cü ilin məhsuluna görə fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna məhsul subsidiyasının 180 manatdan 190 manata, Virciniya sortu üzrə yaş tütünün hər tonuna isə 30 manatdan 34 manata qədər artırılması ilə bağlı qərar qəbul etmişdir.
•"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının 5-ci hissəsinə müvafiq olaraq 2023-cü ildə məhsulun təhvil verilmə dövründə hər ay üzrə təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyasının məbləğini 100 manatla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli 512s nömrəli Sərəncamı ilə müəyyən edilmiş ərzaqlıq buğdanın dövlət tədarük qiyməti (450 manat/ton) ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hər ay üçün elan edilən Azərbaycan Respublikasına idxal edilən ərzaqlıq buğdanın qiymətinin orta idxal statistik göstəricisi arasındakı fərqin (orta idxal statistik göstərici dövlət tədarük qiymətindən aşağı olduqda) cəmi kimi müəyyən etmişdir.
Fermerlər qərarın tam mətni ilə akia.gov.az ünvanlı internet saytında tanış ola bilərlər.
Xəbər lenti
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
09 May 2024
08 May 2024
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SİYASƏT
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SİYASƏT
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama