Alındı, cənab Prezident!
28 Sentyabr 2023, 21:05
28 Sentyabr
2023
21:05
282
Bu yazıya Prezident İlham Əliyevin 2011-ci il dekabrın 24-də, həmyerlimiz Mixail Qusmanın "Hakimiyyətin formulu” ("Formula vlasti”) müəllif proqramına müsahibəsindən kiçik bir xatırlatma ilə başlamaq istəyirəm.
Azərbaycan Prezidenti Mixail Qusmanın "Təsəvvür edin, siz "zaman maşını”nda keçmişə qayıtmağı bacarmızınız. Həyatınızdakı hansı hadisələrə qayıtmaq və onları yenidən hiss etmək istərdiniz” sualına belə cavab verir:
"...Əgər belə bir imkanım olsaydı, gələcəyə gedərdim. Deyək ki, 10 il irəliyə. Baxmaq istəyərdim, görüm düşündüklərim, nəzərdə tutduqlarım alınıb ya yox və hansı dərəcədə alınıb”.
Qənaətimə görə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi ilə bağlı 2020-ci il, sentyabrın 27-dən başlayaraq günümüzə qədər davam edən, bizə silah tuşlayanların rüsvayçı məğubiyyəti, ağ bayraq qaldıraraq təslim olmaları, qondarma təsisatlarını buraxmaları ilə nəticələnən, çoxlarına möcüzə təsiri bağışlayan qürurverici hadisələrə Prezident İlham Əliyevin məhz bu müsahibədəki fikirlərindən yol almaq lazımdır.
Uzun illərdən bəri arzularımda cücərtiyim, gələcəyinə bir an belə ümidimi itirmədiyim bu günümüzün, ürəyi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının qürur hissi keçirdiyi mənzərəsindən bir anlıq da olsa geriyə dönüb demək istəyərdim: Alındı, cənab Prezident! Uzun illər boyu düşündüyünüz, 12 il öncə isə haqqında söz açdığınız mənzərə bu gün bütün dünyanın gözü qarşısındadır. Azərbaycan xalqı son 200 ildə özünün ən şərəfli, ən qürurlu günlərini yaşayır. Əminəm ki, illər öncə düşüncənizdən keçirdiyiniz, planlaşdırdığınız və hələ haqqında dolayısıyla da olsa söz açmadığınız nə varsa, gerçəkləşəcək!
Tarixdə TARİXİ YAZAN qalacaq!
...Tarixi günlər yaşayırıq və sadəcə, gözümüzün önündə, həm də ildırım sürətiylə cərəyan edən, bir-birini zərgər dəqiqliyi ilə tamamlayan proseslərin arxasında nə qədər böyük bir zəhmətin, fədakarlığın, qətiyyətin dayandığının sonunadək fərqində deyilik. Son 3 il ərzində baş verənlərin hər anının, hər dəqiqəsinin gerçəkləşməsinə günlərlə, aylarla vaxt sərf olunub. İndi, geridə qalan zaman kəsiyini göz önündən keçirdikcə Azərbaycanda və Azərbaycanın adının çəkildiyi bütün məkanlarda baş verənlərin, deyilən sözlərin, görülən işlərin, həyata keçirilən layihələrin, qəbul edilən qərarların bir-biri ilə zəncirvari formada əlaqədə olduğunu görə bilərik.
...İndisə 2019-cu il oktyabrın 4-də Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında, Ermənistanın baş nazirinin iddialarının qarşılığında səsləndirdiyi fikirləri xatırlayaq: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu sözlərin dilə gətirilməsindən heç bir il keçmədi ki, Azərbaycan Ordusu işğalçını müqəddəs torpaqlarımızdan qovmağa başladı...
Üzərimizə dörd bir yandan hücum çəkildi. 30 ilə yaxın işğala göz yumanlar, təcavüzkarı himayə edənlər, müharibə canilərinin başlarına "tumar” çəkənlər Azərbaycan Ordusunun Ermənistan, erməni diasporu və lobbisi ilə yanaşı, onların da planlarını alt-üst etməsinə tab gətirə bilmədilər. Azərbaycanın öz ərazi bütövlüyü uğrunda haqlı və ləyaqətli mücadiləsini min bir bəhanə və qarayaxmalarla torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı qətnamələri icra olunmayan BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmağa çalışdılar. Qarşılarını Azərbaycan Prezidentinin uzun illər boyu ölkəmizə qazandırdığı nüfuz və dostlarımızın, müttəfiqlərimizin, ləyaqətli tərəfdaşlarımızın haqqın yanında olmaq bacarıqları kəsdi. Qoşulmama Hərəkatının üzvləri üzərimizə yürüyən şər və böhtan dağarcıqlarının "səlib yürüşü”nə qoşulmadılar.
Qeyd edim ki, Azərbaycanın Qoşumama Hərəkatına üzv olduğu zaman kəsiyi də elə Prezident İlham Əliyevin Yuri Qusmanın müəllif proqramında yuxarıda iqtibas gətirdiyim fikirləri dilə gətirdiyi vaxta təsadüf edir. "Təsadüf edir” yazdım. Amma zaman sübuta yetirdi ki, Azərbaycan Prezidentinin atdığı addımların, qəbul etdiyi qərarların heç birində "təsadüf”dən əsər-əlamət olmayıb. Hər şey düşünülüb, bütün ehtimallar göz önünə alınıb və proseslərin inkişaf perspektivi ən qaranlıq detallarına kimi hesablanıb.
Bu qəbildən olan nümunələr o qədər çoxdur ki, sıralamaqla bitməz. Məhz bu səbəbdən son olaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin 28 may 2023-cü ildə, Laçın şəhərinə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümündə səsləndirdiyi fikirlərə diqqət çəkmək istəyirəm: "Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, "parlament”i buraxmaq. Guya orada "parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament” buraxılmalıdır, özünü "prezident” adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər”, "deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
Bu da mif, əfsanə, əsassız kin və nifrət üzərində qurulan, hətta özünətəsəlliyə belə yaramayacaq dərəbəyliyin, cinayətkar hərbi xuntanın, qondarma doğulan və qondarma ölən xuntanın, kənardan üfürülməklə şişirdilən və bir zərbə ilə saralmış alaq otunu xatırladan "əzələ nümayişi”nin sonu...
Bitdi! Antiterror tədbirlərinin başlandığı gün yazmışdım bu sözü. Yenə də sapı özümüzdən olanlar, xəyanət dağarcıqları, daşnaksifət satqınlar köhnə palan içi sökməyə, arayiksayaq şübhə toxumu səpməyə davam etdilər. Cəmi 5 gün irəlini görməyi bacarmayan bu vicdan və düşüncə yoxsullarının 10-15 və bəlkə də daha çox illər sonra baş verəcək hadisələrin süjet xəttini quran zəka sahibinin addımlarını müzakirə etməsi, ən azından ikrah doğurur. Paşinyanı bildik, indi siz deyin, ay filan-filan şüdalər, nə oldu? Adınızı belə çəkmək istəmirəm... Əslində siz də bitmisiniz, özünüzü də çoxdan buraxmısınız... Sadəcə həqiqəti, hətta özünüzə belə etiraf etməyə cəsarətiniz çatmır.
Bu qədər...
Önəmli olan Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasıdır. Gözümüzün önündə tarix yazılır. Tarixdə də TARİXİ YAZAN qalacaq!
Xəbər lenti
-
10:43NATO generalı Bakıdan MESAJ VERDİ - "Ağıllı olun!"
-
11:51QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub
-
11:53Nazir paralimpiyaçılarımıza orden və medalları təqdim etdi - Fotolar
-
11:48Leyla Əliyeva kəpənək və ixtioz xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşdü - Fotolar
-
20:37Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib - YENİLƏNİB
-
16:13Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
-
17:27İlham Əliyev Rusiyaya səfərə gedib - FOTO
-
12:34COP29 ekoloji fəlakət yaşayan müstəmləkələrin hüquqlarının müdafiəçisi rolunda çıxış edə bilər
-
12:17“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:43Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
-
14:57Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
-
13:24İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
-
11:30Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
-
17:09Prezident Cəbrayılın Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub - YENİLƏNİB
-
17:05İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - YENİLƏNİB
-
17:03Prezident İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİB
-
16:55Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB
-
15:47“Şvabe sifariş yerinə yetirir” – Partiya sədri
-
15:44QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrini elan edəcək
-
16:35Prezident general-mayoru rütbəsindən məhrum edib
-
13:28İlham Əliyev: Ermənistan hələ də Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir
-
12:30Kamran Əliyev Sinqapur Respublikasının Baş Prokuroru Lüsyen Vongla görüşüb
-
12:11“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!
-
19:58COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib
-
17:10Makronun erməniyə platonik sevgisi...
-
19:27Aygün Əliyeva: Agentlik 1 806 layihəyə maliyyə dəstəyi göstərib
-
19:24ECOLEAD layihəsi uğurla icra olunur
-
14:57ASGA Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumunu reallaşdıracaq – GİN-nin dəstəyi ilə
-
13:24Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib
-
11:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
12:09Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində görüş keçirilib
-
17:42“EKOMƏKTƏB - Gənclərin Ekoloji Maarifləndirmə Proqramı” adlı layihəyə start verildi
-
15:06Bu gün Onun yaratdığı gündür! - Elşən Musayev yazır
-
14:52İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb- YENİLƏNİB
-
11:58Gənclər Fondu bu dəfə Yevlax gəncləri üçün yeni imkanlar yaradıb
-
11:22ArtKvadrat səhnəsində Azərbaycan musiqisi qeyd edilib
-
09:22"COP29-LA BAĞLI BEYNƏLXALQ TƏŞƏBBÜSLƏR" QRANT MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ ELAN OLUNDU
-
14:26"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:50"YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
-
16:04"Erməni separatçılar bilməli və anlamalıdırlar ki...." - PARTİYA SƏDRİ
10 Oktyabr 2024
09 Oktyabr 2024
08 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
04 Oktyabr 2024
03 Oktyabr 2024
02 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
16 Sentyabr 2024
04 Sentyabr 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!
-
SİYASƏT, GÜNDƏM
Aygün Əliyeva: Agentlik 1 806 layihəyə maliyyə dəstəyi göstərib
-
SİYASƏT, GÜNDƏM
“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov
-
SİYASƏT, GÜNDƏM
İstiqlal Bəyannaməsi müasir müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin əsasını qoydu ŞƏRH
-
SİYASƏT, GÜNDƏM
"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
SİYASƏT, GÜNDƏM
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı