“44 günlük Vətən savaşı, həm də, azərbaycançılıq ideologiyasının təntənəli qələbəsi idi” - ARAŞDIRMA
Hər bir xalqın özünəməxsus ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, adəti, milli xüsusiyyətləri var. Bu faktorlar bütövlükdə həmin xalqın milli ideologiyasını təşkil edir. Məlum obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan 70 il sovet Rusiyasının işğalı altında olub. Buna baxmayaraq, xalqımız öz kimliyini heç vaxt unutmayıb. Müstəqillik əldə edənə qədər çətinliklərə rəğmən, milli kimliyimizi qoruyub saxlamağı bacarmışıq.
Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası ölkədə kimliyindən asılı olmayaraq, bütün fərqli etnikləri bir arada birləşdirir. Sağlam təməllərə söykənərək, birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ifadə edir. Ona görə də azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu ideologiya siyasi və dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, güclü olmasına xidmət edir. Ona görə də azərbaycançılıq ideologiyasının ölkədə yaşayan hər bir vətəndaşa hakim olmasından ötrü daha geniş tədbirlər həyata keçirilməlidir. Güclü maarifləndirmə işi aparılmalı, ideologiyanın təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması hamı üçün başlıca məqsəd olmalıdır. Çünki milli ideologiyasız heç bir millət ayaqda dura bilməz.
Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.
Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Özündə xalqımızın milli-mənəvi varlığınınilkinəlamətlərini əks etdirən azərbaycançılıq ideyası millətinbirliyini, dövlətçilik prinsipləriniqorumaqüçünvacibdir. Tükənməz dövlətçilik təcrübəsinəmalikümummilliliderHeydər Əliyev millətdə azərbaycançılığasevgi, hörmət hisslərini əbədi gücləndirdi. Məhz Heydər Əliyevin sayəsində Azərbaycançılıq ideyasıümummilliideya, yenilməz qüvvətli dövlətçilik vəmillibirliktəlimikimiformalaşaraqgələcək nəsillərəötürüldü:
Fəxr etməliyikki,bizazərbaycanlıyıq!
Dünyanın harasında yaşamasından asılıolmayaraq, hərbirazərbaycanlıözmillətini, vətənini sevməli,millimənsubiyyətinə görəqürurhissikeçirməlidir. Vətənə, millətə, azərbaycançılıq ideologiyasınasevgiailədən başlamalı,dahasonratəhsil müəssisələrində, cəmiyyətdə təbliğ olunmalıdır. Hərbirazərbaycanlı Azərbaycandilini, mədəniyyətini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini yaşatmalı, azərbaycançılıq ideyasının təbliğindəözzəhmətini əsirgəməməlidir.Uluöndər Heydər Əliyevdeyirdiki, "Mən həmişə fəxr etmişəm,bugündə fəxr edirəmki, mən azərbaycanlıyam”.Dahirəhbərinunudulmazbusözləri hərbirazərbaycanlının qəlbindədaimyaşayacaq.
zərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. İdeologiya kimi, azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını təşkil edir.
Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə bu ideologiyanı zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək demişdir: "Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
7NEWS.az olaraq mövzu ilə bağlı "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili ilə söhbətləşdik: "Hər bir ölkə vətəndaşı yaxşı başa düşür ki, müasir dünyada informasiya əldə etmək və yaymaq ölkəmizin həyatında xüsusi rol oynayır və bu mərhələdə azərbaycançılıq ideyası istiqamətində görülən işlərlə yanaşı, həmin işlərin internet media resurslarında, sosial şəbəkələrdə təbliğ olunması mühüm əhəmiyyətə malikdir. Buna görə də hər birimiz bu imkanlardan səmərəli istifadə etməyə, ölkəmizin qazandığı uğurları geniş təbliğ etməyə cəhd etməliyik, azərbaycançılıq ideyasının mahiyyətini dünyanın aparıcı dillərində beynəlxalq ictimaiyyətə çatdırmağı bacarmalıyıq. Düşünürəm ki, ölkəmizin qazandığı uğurların sürəti onun təbliğ olunmasını üstələyir və biz bu sahədə müasir tələblərdən xeyli geri qalırıq. Ölkə Prezidenti BDU – nun 100 illiyi ilə bağlı çıxışında çox haqlı olaraq ölkədə ideoloji işin çox aşağı səviyyədə olduğunu qeyd etdi. Bu hal, eyni zamanda, ölkədə azərbaycançılıq ideyasının təbliğatı sahəsində də hiss olunur. Ölkəmizə qarşı daxildə və xaricdə qısqanclığın və düşmənçiliyin qızışdırılması nəticəsində, bəzi hallarda, öz vətəndaşlarımızın ölkəmizə qarşı düşmənin təşkil etdiyi mənfi əks-təbliğata qoşulması, məhz azərbaycançılıq ideyasının təbliği sahəsində buraxılmış boşluqlarla bağlıdır. Azərbaycançılıq istiqlal ideologiyasıdır. Azərbaycançılıq ideologiyası türkçülüyün vətən əxlaqi müstəvisində dərkidir. Azərbaycançılıq Azərbaycanda yaşayan, onu vətən bilən bütün fərdləri birləşdirən ideologiyadır. Azərbaycançılıq milli məfkurədir.Eyni zamanda, biz 44 günlük Vətən müharibəsində Ulu Öndər tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən yaşadılan, bütün dünya azərbaycanlılarının ideoloji mərkəzinə çevrilən AZƏRBAYCANÇILIQ ideologiyasının önəmini gördük, hiss etdik, yaşadıq. 44 günlük Vətən Müharibəsi göstərdi ki, ölkədə xalq-iqtidar, xalq-ordu birliyinin kökündə də məhz elə azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiyanın təsiri nəticəsində həssas məsələlərdə xalq olaraq bir yumruq olmağı bacardıq və ermənilərin başına endirdiyimiz "dəmir yumruq”la paralel həmin dövrdə Qarabağın işğaldan azad olunduğu 44 günlük savaş dönəmində cəmiyyətin içərisində də "Vahid Vətən”, "Vahid Dövlət”və "Vahid Azərbaycan” anlayışı ətrafında sıx birlik yaratdıq. 44 günlük Vətən savaşı, həm də, azərbaycançılıq ideologiyasının təntənəli qələbəsi idi”
7NEWS.az
Amil Qurbanov
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.9
Xəbər lenti
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
-
11:48“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:22"Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb" - İlham Əliyev Fransa və Paşinyanın havadarlarına öz yerini göstərdi
-
13:02Səbuhi Abbasov: “Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq”
-
10:18"Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu" başa çatdı – FOTOLAR
-
13:26“Ölümü öldürən adam...”
-
09:35Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)
-
09:33Heydər Əliyevin vəfatından 21 il ötür
-
09:31Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
11:11Gələcəyə baxış: təhsil və iş dünyasında yeni çağırışlar – FOTO
-
11:21Qərbin bəzi dairələrindən alınan qanunsuz pullar milli maraqlarımızın zədələnməsinə hesablanıb - Səbuhi Abbasov
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
Digər xəbərlər
-
AZƏRBAYCAN, GÜNDƏM
ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
AZƏRBAYCAN, GÜNDƏM
FÜZULİYƏ YENİ KÖÇ EDƏN GƏNCLƏR AŞAĞI KÖNDƏLƏNÇAYDA AVAR ÇƏKƏCƏK - VIDEO
-
AZƏRBAYCAN, GÜNDƏM
ASGA Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumunu reallaşdıracaq – GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ
-
AZƏRBAYCAN, GÜNDƏM
“Laçın rayonda nəzarət-keçid məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda, iqtisadi əhəmiyyətə malikdir” - TƏHLİL
-
AZƏRBAYCAN, GÜNDƏM
“Zəngilan gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi rolunu oynayacaqdır”
-
AZƏRBAYCAN, GÜNDƏM
NAYORA-nın layihəsi çərçivəsində yeni media mövzusunda təlim baş tutub: SƏBUHİ ABBASOVUN MODERATORLUĞU İLƏ (FOTOLAR)
-
AZƏRBAYCAN, GÜNDƏM, SAVAŞ
ASGA daha bir şəhidimizlə bağlı film çəkəcək
-
AZƏRBAYCAN, GÜNDƏM
ASGA Şəhid Allahverdi Babayevə həsr olunan filmi təqdim etdi – MİNGƏÇEVİRDƏ (FOTOLAR)
-
AZƏRBAYCAN, GÜNDƏM
44 günlük Savaş Azərbaycan gəncliyinin gücünü bütün dünyaya bəyan elədi