"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
08 Yanvar 2024, 16:51
08 Yanvar
2024
16:51
127
İngiltərədə ÜDM-in həcmi, ABŞ-da CPİ göstəriciləri birjalara yön verə bilər
"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftəyə Avrozonada İstehlak Qiymətləri İndeksi, Amerikada isə Əmək bazarı, xüsusilə də NFP göstəriciləri öz damğasını vurdu.
Belə ki, Avrozonada həm manşet, həm də baza inflyasiya proqnozların altında açıqlanması ilə diqqət çəkdi.
Bazar iştirakçıları hər ayın ilk həftəsində Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı (NFP), İşsizlik Səviyyəsi və Orta Saatlıq Qazanclara dair məlumatları diqqət mərkəzində saxlayırlar. Dünyanın ən əhəmiyyətli iqtisadiyyatı olan ABŞ-da həm yeni iş yerlərinin sayı, həm ölkə üzrə ümumi işsizlərin sayı, həm iş saatları, həm də maaşlardakı aylıq dəyişikliklər inflyasiya və eyni zamanda ABŞ Federal Ehtiyatlar Sisteminin pul-kredit siyasəti ilə bağlı mümkün addımları proqnozlaşdırmaq baxımından kritik əhəmiyyət kəsb edir. Bundan əlavə, bu xəbər axınının aktiv qiymətlərinə ani təsirləri maliyyə bazarlarında ticarət edənlərin əsas gündəmini zəbt etdiyi üçün onun əhəmiyyəti artır. Bu səbəbdən biz ABŞ-ın kritik məlumatlarının nəticələrini yaxından araşdırmalıyıq.
Ötən həftə NFP 173 mindən 216 minə kimi, Orta Saatlıq Qazanclar illik müqayisədə 4 0 %-dən 4,1 %-ə kimi artıb, Ümumi İşsizlik Səviyyəsi isə 3,8 %-dən 3,7 %-ə kimi azalıb.
Nəticədə dolların altı valyuta səbəti qarşısında gücünü ölçən Dollar indeksi geridə qoyduğumuz həftə ərzində 101.40 bəndə qədər gerilədikdən sonra, buradan dəstək alaraq bir qədər bahalaşdı və 103,1 həddinə kimi yüksəldi. Lakin burada "ayılar"ın müqaviməti ilə üzləşən DXY geriləyərək həftəlik şamını 102,5 bənd səviyyəsində bağladı. Analitiklər hesab edirlər ki, DXY 103,5 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası davam edə bilər.
İnvestorlar cari həftə ərzində birjalarda, xüsusən valyuta bazarlarında tendensiyaların necə irəliləyəcəyinə dair suallara aydınlıq gətirmək üçün, Amerikada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ), İstehsal Qiymətləri İndeksi (PPİ), İlk dəfə İşsizlik Müavinatı üçün Müraciət Edənlərin Sayı, Ticarət Saldosu, Avrozonada Ümumi İşsizlik Səviyyəsi, eləcə də, İngiltərədə ÜDM-in həcmi kimi önəmli iqtisadi göstəriciləri yaxından izləyəcəklər.
Bazar iştirakçıları bu həftə həmçinin İsveçrədə İstehlak Qiymətləri İndeksi, Türkiyədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi kimi statistik rəqəmləri də diqqət mərkəzində saxlayacaqlar.
EUR
Ötən həftə DXY-da mühaşidə olunan yüksəliş əsas valyutalar kimi avronun da dollar qarşısında ucuzlaşmasına səbəb oldu. Belə ki, EURUSD məzənnəsi həftə ərzində 1.0875 hədlərinə kimi gerilədi. Lakin burada "buğalar" məzənnənin qiymətinə dəstək verərək pariteti 1.0940 hədlərinə qaytardılar və həftəlik şamı bu səviyyədə bağladılar.
Təhlillərə əsasən, EURUSD məzənnəsində "buğalar" qiyməti 1.09$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Ötən həftə ərzində 1.2590 hədlərinə qədər geriləyən GBPUSD məzənnəsi daha sonra bir qədər bahalaşdı və həftəlik şamını 1.2717 səviyyəsində tamamladı. Cari həftə ərzində isə, İngiltərədən açıqlanacaq ÜDM-in və Sənaye İstehsalının həcmi kimi önəmli iqtisadi göstəricilər funt-sterlinqin valyuta birjalarındakı, xüsusilə də dollar qarşısındakı mövqelərinə ciddi təsir edə bilər. Həmçinin, çərşənbə günü İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı da investorların diqqət mərkəzində olacaq.
NEFT
Yaxın Şərq və Şimali Afrikada gərginlik bu həftə daha da artıb. ABŞ dövlət katibi Antoni Blinken Həmas-İsrail münaqişəsi başlayandan bəri dördüncü dəfə bölgəyə gedib. İranın mərkəzində 100-ə yaxın insanın ölümü ilə nəticələnən partlayışa görə rəsmi Tehranın İsrailin Qəzzanın işğalına qarşı İranın mövqeyini cəzalandırmaq məqsədi daşıdığını bildirməsi, bölgədə yeni İran - İsrail qarşıdurmasının alovlana biləcəyi ehtimallarını da gündəmə gətirib.
Bununla yanaşı, Liviyada etirazçılar "Sharara" və "El-Feel" yataqlarından tədarükləri dayandırıblar ki, bu da, gündə ümumilikdə 300 min barel neftin bazardan çıxarılması ilə nəticələnə bilər. Bu arada Yəmənin Husi silahlı qruplaşması Qırmızı dənizdə ticarət gəmisinə növbəti hücumu üzərinə götürüb.
Nəticədə "WTI" və "Brent" nefti bahalaşaraq həftəlik şamlarını müvafiq olaraq, 73.73$ və 78.83$ səviyyəsində bağladılar.
Analitiklərin proqnozlarına əsasən "buğalar" qiyməti 78$ həddinin üzərində qoruyub saxlaya bilsələr, "Brent" nefti 80$-a kimi bahalaşa bilər. 75$ həddi aşağıya doğru qırılacağı təqdirdə isə, növbəti dəstək hədləri kimi 73$ və 70$ səviyyələri çıxış edir. 78$ səviyyəsi yuxarıya doğru qırılacağı təqdirdə isə, "Brent" neft 80$ və 82$-a kimi bahalaşa bilər.
Lakin qeyd etmək lazımdır ki, analitiklərin fikrincə, geosiyasi risklərə baxmayaraq, xam neftə tələbat proqnozu zəif olaraq qalır.
XAUUSD
Ötən həftəyə 2069$ səviyyəsində start verən qızıl, Amerikada proqnozların çox üzərində açıqlanan əmək bazarı göstəriciləri fonunda 2024$-a kimi ucuzlaşdı. Lakin, daha sonra ABŞ Federal Ehtiyyatlar Sisteminin yumşaq monetar siyasətə keçid ehtimallarının dəstəyi ilə qiymətli metal bir qədər bahalaşdı və həftəlik şamını 2045$ səviyyəsində tamamladı.
İnvestorlar gələn il faiz endirimlərinin reallaşacağına əmin olsalar da, siyasi və iqtisadi qeyri-müəyyənliklər artır. Bu da, qızıl investorları üçün potensial olaraq müsbət günlər gətirə bilər.
Analitiklərin təhlillərinə əsasən "sarı metal"-ın qiyməti 2071$-ın üzərinə yüksəlsə və "buğalar" qiyməti bu həddin üzərində qoruyub saxlaya bilsələr, 2140$ hədləri yenidən test oluna bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İnvest-AZ İnvestisiya Şirkəti"nin
Tədris və Analiz Departamenti
"İnvest-AZ İnvestisiya Şirkəti"nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti" yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)