XII Çağırış Kubokunun seçim turları yekunlaşıb - FOTOLAR

XII Çağırış Kubokunun seçim turları yekunlaşıb - FOTOLAR
Azərbaycan Gənclər Fondunun dəstəyi və «Xəzər İntellektual Gənclər Klubu»-nun təşkilaçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə XII Çağırış Kubokunun seçim turlarına yekun vurulub.  

Seçim turları Gəncə, Quba və Bakı şəhərlərini əhatə etməklə 50-dən artıq komanda arasında təşkil edilib. Seçim turlarında müxtəlif ali məktəblərin tələbələrindən ibarət komandalar yarışıb. Rəqiblərindən üstün oyun nümayiş etdirən 33 komanda final oyununa vəsiqə qazanıb.

XII Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır. 

Turnirlə bağlı bütün suallara cavabları klubun sosial şəbəkə ünvanından https://www.facebook.com/Xazarigk əldə etmək olar.
 
bandicam 2023 03 14 18 49 43 277
bandicam 2023 03 14 18 49 46 783
bandicam 2023 03 14 18 50 07 210
bandicam 2023 03 14 18 50 30 358
bandicam 2023 03 14 18 50 27 287

Xəbər lenti