Vyanada Azərbaycan mədəniyyətinə həsr edilən tədbirlər keçirilib
Sentyabrın ilk həftəsi Vyanada "Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsi keçirilib. Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) hər il təşkil etdiyi silsilə tədbirlər mədəni müxtəlifliyin təbliği məqsədini daşıyır.
"Finans.az” xəbər verir ki, Vyana Şəhər Bələdiyyəsində keçirilən açılış mərasimində təşkilatın rəhbəri Yosipa Palaç çıxış edərək mədəniyyət həftəsinin mahiyyəti barədə danışıb.
Qeyd olunub ki, mədəni müxtəlifliyi insanlar arasında bir körpü kimi qəbul edən BMMT mədəniyyətlərarası bağlılığa, fərqli mədəni ifadə formalarına tolerant yanaşma və ümumbəşəri mədəni dəyərlərin təbliğini öz missiyasına çevirib. "Mədəniyyətlərarası bağlılığın uzun gecələri” həftəsi musiqi, milli kulinariya, incəsənət, geyimlər, podium müzakirələri və digər layihələrlə mədəni müxtəlifliyi müxtəlif aspektlərdən təqdim etməyə xidmət edir.
Tədbirin bədii hissəsində dünyanın müxtəlif ölkələrindən milli rəqs qrupları öz musiqi proqramları ilə çıxış ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Alina Qontareva, Valeriya Konkina, Nurlan Rza-zadə və Eldar Hüseynovun ifasında təqdim olunan milli rəqslərimiz tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbir çərçivəsində Vyana Şəhər Meriyasının foyesində yaradılmış guşədə Azərbaycana həsr olunmuş kitab və broşürlər nümayiş etdirilib, tədbir iştirakçılarına milli şirniyyatlarımız paylanıb.
Tədbirin ikinci günü Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub. Tədbiri mərkəzin rəhbəri Leyla Qasımova açıb. O, mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verən bu cür tədbirlərin qarşılıqlı münasibətləri inkişaf etdirdiyini, mədəni və incəsənət əlaqələrinin inkişafının dinc, birgəyaşayış üçün ən uğurlu vasitələr olduğunu qeyd edib. Sonra tədbir iştirakçılarına azərbaycanlı rəssam və heykəltəraş Elvin Nəbizadənin "LOST LAND” videoinstallasiyası təqdim olunub. Həmçinin Azərbaycanda "Multikulturalizm ili” çərçivəsində ərsəyə gələn və Azərbaycanda məskunlaşmış etnik qruplara həsr olunan "Bir günəş altında” sənədli filmi nümayiş edilib. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Alina Qontareva, Valeriya Konkina, Nurlan Rza-zadə və Eldar Hüseynovun ifasında "Qarabağ”, "Naz eləmə”, "Ağ çiçəyim”, "Sarı gəlin” və digər Azərbaycan milli musiqi nümunələri məharətlə ifa olunub.
"Mədəniyyətlərarası bağlılığın uzun gecələri" mədəniyyət həftəsi çərçivəsində incəsənət üzrə beynəlxalq ekspertlər üçün Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanışlıq görüşü keçirilib.
Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara təsis olunduğu ilk gündən mərkəzin fəaliyyəti barədə məlumat verib, bu mərkəzin Azərbaycan mədəniyyət və incəsənətini tanıtmaq məqsədilə Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində müxtəlif səpkili layihələrə imza atdığını diqqətə çatdırıb. Qeyd edilib ki, Mədəniyyət Mərkəzinin əsas hədəfləri sırasında müxtəlif mədəniyyətləri təmsil edən insanları bir araya gətirmək, mədəniyyətlərarası dialoqun baş verdiyi tolerant bir məkana çevrilməkdir.
Dünyanın müxtəlif ölkələrindən olan incəsənət ekspertləri, sənətşünas və menecerlər tanışlıq görüşündən məmnunluqlarını ifadə ediblər, gələcəkdə Azərbaycanla bağlı layihələr və bu layihələr çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq imkanları barədə danışıblar.
Növbəti gün qadınların cəmiyyətdə roluna dair podium diskussiyası və qala gecəsi keçirilib. Tədbirin bədii hissəsində gənc musiqiçilər kiçik konsert proqramı ilə çıxış ediblər. Gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də özünün bəstələdiyi "Xocalıya” kompozisiyasını ifa edib və bu ifa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Podium diskussiyasına çıxışçı qismində dəvət olunan Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova gender bərabərliyindən danışarkən, bu bərabərliyin Azərbaycanın demokratik keçmişindən irəli gəldiyini söyləyib.
Bildirib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi qeyd edilib: "Müsəlman dünyasında ilk dünyəvi parlament respublikası, etnik, dini və sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqların verilməsi bütün müsəlman və türk dünyasında baş verən çox vacib bir hadisə idi. Qadınlar kişilərlə bərabər hüquqlara sahib oldular və 100 il əvvəl qadınlara seçki hüququ verildi, bu da onlara Azərbaycanın ictimai və siyasi həyatında iştirak etməyə imkan yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olsa da, qəbul edilmiş qərarlar ölkəmizin gələcəyinə çox təsir etdi”.
Xüsusilə qeyd edilib ki, Azərbaycanda qadınlara yüksək dəyər verilməsi, onların cəmiyyətdə mövqeyinin gücləndirilməsi üçün atılan addımların tarixi qədimdir. Azərbaycanın tanınmış xeyriyyəçilərindən olan Haci Zeynalabdin Tağıyev 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk dünyəvi məktəb açıb. 1908-ci ildə Qarabağ xanlığının son hökmdarının varisi Həmidə Cavanşir oğlan və qızların birlikdə oxuduğu bir məktəb yaradıb. Bütün bu addımlar hələ XX əsrin əvvəlində Azərbaycanda gender bərabərliyi istiqamətində görülən işlər idi: "Çox qürur hissi ilə deyə bilərik ki, müstəqilliyimizi bərpa etdikdən sonra gender bərabərliyi yolunda qətiyyətli addımlar atmağa başladıq. 1998-ci ildə Azərbaycanda Qadın Məsələləri üzrə Komitə yaradıldı. 2000-ci ildə ümummilli lider Heydər Əliyev qadınlarla bağlı dövlət siyasətində böyük rol oynayan Fərman imzaladı. 2006-cı ildə qəbul edilən "Gender bərabərliyinin təminatları haqqında qanun" gender əsaslı ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaq, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə gender bərabərliyini təmin etmək məqsədi daşıyırdı”. "Azərbaycanda gender siyasəti gücləndikcə cəmiyyətin müxtəlif təbəqələrində qadınların mövqeyi də möhkəmlənir.
Hazırda ölkəmizdə doktorantura ali təhsil pilləsində təhsil alanların 56 faizi qadınlardır, dövlət qurumlarında, eləcə də özəl sektorda da onların sayı artmaqdadır. Yeni nəsil Azərbaycan diplomatları və gənc liderlər Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan ilham alırlar. Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri kimi yorulmaz humanitar səyləri, qadınlar, uşaqlar üçün təbliğat işləri ilə də tanınır, Azərbaycan qadınları üçün əsl örnək rolunu oynayır”, - deyə, səfir qeyd edib.
Altı gün davam edən mədəniyyət həftəsinin yekununda müxtəlif ölkələrin milli geyimlərindən ibarət "Dünyanın geyimləri” adlı dəfilə təşkil edilib. Dəfilədə 60-dək ölkənin milli geyimləri təqdim olunub. Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri də dəfilədə təqdim edilib. Azərbaycanlı dizaynerin milli geyimlərdən ibarət kolleksiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kolleksiyada Azərbaycanın müxtəlif regionlarının (Qarabağ, Bakı, Gəncə-Qazax) yüksək bədii ustalıqla tikilmiş kişi və qadın geyimləri də sərgilənib.
Xəbər lenti
-
12:35Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:04Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:02QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
Digər xəbərlər
-
MƏDƏNİYYƏT
Sevinc Çılğının sehirli “Adagio”su - FOTO / VİDEO
-
MƏDƏNİYYƏT
Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
“Ədibin evi”ndən ədəbi köşə
-
MƏDƏNİYYƏT
Tarixin izi ilə... (Bəşir İmanovun həyat yoluna qısa səyahət)
-
MƏDƏNİYYƏT
Bəşir İmanov calışdığı bütün vəzifələrdə yalnız Vətəninə, millətinə sadiq bir zabit olduğunu sübut edib
-
MƏDƏNİYYƏT
“ZİRVƏLƏRƏ DİKİN BAYRAQ”
-
MANŞET, MƏDƏNİYYƏT
Prezident yeni mədəniyyət naziri təyin etdi
-
MƏDƏNİYYƏT
Anar Kərimov vəzifəsindən azad edildi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir