Tbilisidə tanınmış Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət Gözləyə Bilər” adlı sərgisi açılıb
19 Noyabr 2022, 09:50
19 Noyabr
2022
09:50
503
Tbilisidəki Zurab Tsereteli Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı, maraqlı əsərləri ilə dünyanın bir çox ölkəsini fəth edən Aida Mahmudovanın "Cənnət Gözləyə Bilər” adlı sərgisi açılıb.
Sərginin açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Terstvadze, ictimai-siyasi və mədəniyyət xadimləri, gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgidə rəssam Aida Mahmudovanın müxtəlif janrlarda çəkilmiş 50-dən çox əsəri nümayiş etdirilib.
Sərgini ziyarət edən Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Tertsvadze AZƏRTAC-a müsahibəsində deyib: "Biz bu əsərləri maraqla izlədik. Aida Mahmudovanın əsərlərindəki həyata bağlılığı dərk etmək lazımdır. Bu rəsmlərə baxdıqca rəssamın yaradıcılığındakı reallıqları görürsən. Bu əsərlərdə insanın özünü ən dərindən hiss etdiyi həqiqət bizi ümumbəşəri bir reallığa aparan bədii reallıqdır”.
"Başlanğıc və sonun simvolu olan bu rəsmlərdə keçmiş və gələcəyə dair işarələr var. Dövrümüzün parçalanmış quruluşu ilə ahəngdar olan rəsmlər orqanizmin bütün təbii dövründən, həyat və ölümdən sonra ilkin nöqtəsinə qayıtmasını qeyd edir”, – deyə Q.Tertsvadze vurğulayıb.
Sənətşünas, jurnalist Marina Abuladze də rəssamın yaradıcılığındakı məqamları yüksək qiymətləndirib: "Mənim azərbaycanlı rəssamlarla çox yaxşı münasibətlərim var. Azərbaycanlı rəssamlar hər zaman insanı düşündürür. Aida xanım Mahmudovanın əsərlərinin bu gün Tbilisidə sərgilənməsi bizə böyük zövq verir. Onun əsərlərinə sükutla baxa bilmirsən. Bu əsərlərdəki mənanı dərk etmək lazımdır. A.Mahmudova bu əsərləri ilə bizə həyatın bütün qaranlıq məqamlarını xatırladır, bizə həyatın mənasını izah edir. Hesab edirəm ki, bu cür əsərlərin Tbilisidə sərgilənməsi həm bizim mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə, həm də insanın özünüdərk məsələsində mühüm əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, rəssamın "Cənnət Gözləyə Bilər” sərgisinin mərkəzində yaratdığı mənzərə reallığı ilk baxışda fərdi və anlaşılması çətin görünsə də, rəssam "mən”in patologiyasını tənqid edir. Bir tərəfdən həyat bütün anatomik reallığı ilə qarşımızda dayanır, bəzi hallarda isə həyat adi mənzərədən daha çox məna verir. Ancaq həyatı mənzərədən ayırmağa çalışmaq da bizi bir növ yadlaşmaya aparacaq. Bütün həyat, bütün şəxsi və ya ictimai tarix bir mənzərədə, coğrafiyada baş verir və yaddaşımızda həmişə rezonans doğuran bir yer var.
Rəssam dünyanı bəşəriyyətə baxaraq təsvir edərkən, özü vasitəsilə bizim ortaq təcrübəmizi də təsdiqləyir. Bu Aida Mahmudovanın çağırışıdır: "İncəsənətin gücü ağlımıza, əsəblərimizə, xatirələrimizə, duyğularımıza, nəhayət, ruhumuza xitab edir və təsir edir. O, dünyadakı varlığımızı öz bədənindən götürdüyü mənfi formalar və onların boşluqda tutduqları həcmlər vasitəsilə ifadə edir. O, həmçinin tavandan asdığı kətan və səth işlərində ümidi çatdırır. Bu mənzərələrdə biz həm xatirələrimizi, həm də gələcəyimizin işartılarını görə bilərik. O, əsərlərində incəsənətin köməyi ilə maddi və mənəvi şərlərə qarşı mübarizə apara biləcəyimizi, keçmişin, bu günün və gələcəyin ideallarını çatdıra biləcəyimizi bəyan edir.
A. Mahmudova bizə sənətin ümumbəşəri əhəmiyyətini və qüdrətini göstərir, belə ki, o, öz əsərləri ilə insanlara onların həyatını, tarixini xatırladır.
İncəsənət artıq dünyanı göründüyü kimi təsvir etmək, ölçmək və təhlil etməklə məhdudlaşmır. A. Mahmudova hesab edir ki, coğrafiya və yaddaş naturalist şəkildə təqdim oluna bilməyəcək qədər mücərrəddir. A. Mahmudovanın əsərləri incəsənətin dünyanın yenilənməsinə töhfə verdiyini ifadə etsə də, o, müasir zaman və məkanın etibarsız və introvert olduğunu qeyd edir. Buna görə də dünya kətanların kənarlarında açıq bir kompozisiya kimi təsvir edilmişdir. Onun əsərləri tamaşaçılar üçün kəşf və özünüifadə vasitəsi ola bilər; o, məna üçün maneələrin aradan qaldırıldığı yerlərdə daha çox açıqlığa və yaradıcılığa çağırır.
Özünün cəsarətli və yenilikçi hərəkəti ilə A.Mahmudova bizə bəşəriyyətin lazımi bacarıq və alətlərlə sərhədləri aşa biləcəyini göstərir. Nəticədə sərgi fiziki və konseptual sərhədləri keçməyə çalışır. Bu sərhədləri aşmayınca humanist coğrafiyamız olmayacaq. Əsərlərə yaxından nəzər salsaq və cəsarət etsək, bunun necə baş verə biləcəyini anlamaq üçün bizə əhəmiyyətli ipucları verəcək.
Qeyd edək ki, Aida Mahmudova 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Onun Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda qrup və fərdi sərgilər də daxil olmaqla, beynəlxalq səviyyədə irimiqyaslı sərgiləri keçirilib.
Xəbər lenti
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
MƏDƏNİYYƏT
Sevinc Çılğının sehirli “Adagio”su - FOTO / VİDEO
-
MƏDƏNİYYƏT
Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
“Ədibin evi”ndən ədəbi köşə
-
MƏDƏNİYYƏT
Tarixin izi ilə... (Bəşir İmanovun həyat yoluna qısa səyahət)
-
MƏDƏNİYYƏT
Bəşir İmanov calışdığı bütün vəzifələrdə yalnız Vətəninə, millətinə sadiq bir zabit olduğunu sübut edib
-
MƏDƏNİYYƏT
“ZİRVƏLƏRƏ DİKİN BAYRAQ”
-
MANŞET, MƏDƏNİYYƏT
Prezident yeni mədəniyyət naziri təyin etdi
-
MƏDƏNİYYƏT
Anar Kərimov vəzifəsindən azad edildi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir