“Siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır” - Ədalət Vəliyev

“Siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır” - Ədalət Vəliyev
"Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılması ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, habelə Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəlir”.

7News.Az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.


O bildirib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır: "Bu da iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir”.
 
 
7News.Az

Xəbər lenti