ŞƏRƏFLI ÖMÜR YOLU

ŞƏRƏFLI ÖMÜR YOLU
Canım atam, səbirsizliklə gözləyirdik sənin 75 illik yubileyini. Yeni fəxri ad alacağını söyləmişdin. 
Tərəqqi medallı, əmək ordenli, Beynəlxalq  Sokrat mükafatı laureatı, Sumqayıtın qurucularından biri kimi adını tarixə yazdırdın, şərəfli ömür yolu keçdin. 
Uşaqlıqdan məndə olan fitri istedadı sezdin, haqqında dərc olunan bütün qəzetlərini mənə əmanət etdin, Səni hər zaman yazılarımda yaşatmağımı istədin. 
Bu gün mən bir alim, hüquq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olaraq sənin haqqında yazmağı özümə həm borc, həm şərəf bilirəm.
75 illik yubileyinə hədiyyə olaraq Sumqayıt şəhərinin Tarixi Muzeyində və Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyində keçdiyin həyat yolunu əks etdirən güşə yaratmağı qərara aldım və şükürlər olsun ki, şəklin,  Tərəqqi medalın, əmək ordenin, Beynəlxalq Sokrat mükafatın ekspozisiyada nümayiş olunur, şəxsi arxivin yaradılıb.
Bu ekspozisiyanın yaradılmasına xüsusi diqqət və qayğı göstərən Sumqayıt şəhərinin Tarixi Muzeyinin direktoru Tərəqqi medallı Aygün Rafiq qızı Zülfüqarlıya, muzeyin əməkdaşı, böyük elmi işçi İradə Akif qızı Mustafayevaya, fotoqrafı Elşən Vasif oğlu Tağıyevə və Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Rəhim qızı Tağıyevaya və muzeyin əməkdaşlarına təşəkkürümüzü bildiririk.
Əminəm gələcək nəsillər Sumqayıtın qurucularını, Masallının ziyalılarını hər zaman yad edəcəklər. Onlardan biri kimi nəvən, adaşın Şakir muzeydə espozisiyada nümayiş olunan, şəkilini, mükafatlarını fəxrlə izləyib babamın yolunu davam edəcəyəm söylədi. Bu bizə atamın şərəfli yolunun gələcəkdə də davam etdirilməsinə böyük ümidlər verdi.
Ruhun şad olsun!























Xəbər lenti