“Satqınlar, casuslar ifşa edilməlidir!” - DEPUTAT

“Satqınlar, casuslar ifşa edilməlidir!” - DEPUTAT
"Son günlər ölkəmizdə İranın casus şəbəkəsinə qarşı ard-arda əməliyyatlar keçirilir, onların kimliyi müəyyənləşdirilir və həbs edilir. Heç şübhəsiz ki, proses bundan sonra da davam edəcək.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Satqınlar ifşa olunmalıdır. Bütün sahələr yoxlanılmalıdır. Siyasi sferadan mediaya, mediadan incəsənətə, incəsənətdən digər sahələrə qədər. Çünki həmin satqın şərəfsizlər hər yerdə gizlənə və casusluq fəaliyyətinə davam edə bilərlər. Belələri səfirliyimizdəki terroru törədənlər qədər, İranın özü qədər təhlükəlidir.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti