“Şampan” dövrü bitdi: QHT Agentliyini şantaj edənlər nə istəyir?

26 May 2023, 17:08
26 May
2023
17:08
107
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə qarşı aparılan bir kampaniya var və Agentlik hər dəfə müsabiqənin nəticələrini açıqlayanda şiddətli hücumlarla üzləşir. Hər dəfə "nə baş verir” sualı yaranır, xüsusilə QHT sektorundan fərqli olaraq, bu sektorda olmayanlar – ümumi ictimai rəy bu sualın cavabını axtarır.
Hücumların istinad nöqtəsi olan iddialara nəzər yetirdikdə, elə təsəvvür yaranır ki, agentlik "ədalətsiz” mövqedən çıxış edir, hətta fəaliyyət belə göstərmir. Halbuki, ölkədə həyata keçirilən islahatlar fonunda baş verən dəyişikliyin, yaradılan agentliyin missiyası bu ittihamlar üçün heç bir əsas vermir. Axı bu qurum məhz QHT sektorunda şəffaflığın təmin edilməsi, ədalətin bərpası üçün yaradıldı.
Əslində bütün baş verənlərin açar nöqtəsi də buradadır və agentliyi müxtəlif iddialar üzərindən ittiham yağışına tutanların kimliyinə nəzər yetirdikdə hər şey aydın olur.
Agentlik bu sektoru "qara bazara” çevirənlərin "bazarını” bağladığı üçün hücuma məruz qalır. Məsələnin mahiyyətində məhz bu dayanır. Sirr deyil ki, əvvəlki dövrdə QHT sektorunu şəbəkələşmiş qruplar varıydı və onlar müxtəlif əlaqələrdən və imtiyazlardan istifadə edərək, dövlət büdcəsindən vətəndaş cəmiyyətinin inkişafına ayrılan vəsaitələri bölüşdürməklə məşğul idilər. Klassik mexanizmdir: qrant müsabiqələrində bəlli şəxslərin layihələri "qalib” elan edilir, daha sonra həmin şəxslər onları "qalib” edənlərə ayrılan vəsaitdən "haqq” ödəyir. Əslində QHT sektoruna dövlət dəstəyi ilə bağlı islahatlara başlanması və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılmasının səbəbi də bu sahəni şəffaflaşdırmaq, mövcud qanunsuzluqları aradan qaldırmaq, vətəndaş cəmiyyəti institutunun inkişafı strategiyasını doğru yerinə yetirmək məqsədi daşıyırdı.
Agentlik fəaliyyətə başlamasından qısa müddət ərzində bununla bağlı ciddi nəticələrə nail olub. Hər dəfə qrant müsabiqəsinin nəticələri göstərir ki, proses getdikcə daha da təkmilləşir, şəffaflaşır. "Şapka” mexanizmi sıradan çıxarılır, layihələrin qiymətləndirilməsi və seçimi tanışlıq və ya digər meyarlarla deyil, qoyulan şərtlərə uyğun həyata keçirilir, vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcək layihələrə daha çox üstünlük verilir.
Artıq eyni adamlar, eyni təşkilatlar bütün müsabiqələrdə "qalib” olmurlar, təqdim edilən layihələrin cəmiyyət və dövlət üçün əhəmiyyəti əsas meyar kimi qiymətləndirilir. Hər müsabiqədə fərqli təşkilatlar və layihələr qalib olur. Qiymətləndirmə məşhur "şapka” ilə yox, layihənin əhəmiyyəti, cəmiyyətə və dövlətə verəcəyi töhfə əsasında aparılır.
Dövlətin bu sektora dəstəyindən bütün QHT-lər yararlanır.
Bütün bunlar Agentliyin QHT sektorunda şəffaflığın, ədalətin təmin edilməsində ciddi yol qət etdiyini deməyə əsas verir. Elə məhz buna görə indi agentlik qarayaxma kampaniyası ilə üzləşir, hər dəfə müsabiqənin nəticələrini açıqlayanda bəlli qruplar tərəfindən ittiham edilir. Səbəb aydındır, çünki şəffaflığın təmin edilməsi bu şəxslərin "şapka dövrü”ndə əldə etdikləri imtiyazdan məhrum olması ilə nəticələnib.
Maraqlı məqam ondan ibarətdir ki, adətən vəsait almış təşkilatlar ya buna görə minnətdarlığını bildirir, ya da susur. İndi isə ortada olanlar və agentliyi tənqid atəşinə tutanlar əsasən qrant almış təşkilatlardır. Siyahıya baxdıqda, aydın görünür ki, bu təşkilatlar 7-9 min arası vəsait alıblar, ancaq agentliyin ədalətsizliyindən, onun rəhbərliyində təmsil olunmuş şəxslərin öz adamlarına qrant ayırmasından, şəbəkələşmədən və s. yazırlar. Bu adamların özləri fəal şəbəkə üzvləridir, vaxtilə öz qohum-əqrabalarını prosesə cəlb etməklə yaxşı vəsait alıblar və özlərinə güzaran qurublar. Agentlik onların fəaliyyət dairəsini daraltdıqca, dövlətin pulunu kimlərinsə yem yeri olmadığını başa saldıqca, layihədə nəzərdə tutulmuş tədbirlərdən artıq qrantların verilməsinin qarşısını aldıqca, bunlar da əvvəlki imkanlarından məhrum olur və aqressivləşirlər.
Adi bir fakt. Onlardan biri iddia edir ki, əksər QHT-lərə 6-7 min manat ayrıldığı halda, şura üzvünə 20 min manat ayrılıb. Amma demir ki, 20 min manat ayrılan şura üzvü layihəni böyük məbləğləri nəzərdə tutan xüsusi müsabiqədə alıb. 6-7 min yox, 6-13 min manat arası qrantlar isə kiçik məbləğli müsabiqədə verilib. Fərq aydın görünürmü? Bu, manipulyasiya deyilmi?
Göründüyü kimi, imtiyazlardan məhrum olunanlar bulanıq suda balıq tutmaqla məşğuldurlar və bunun üçün Agentliyi şantaj etməkdən də çəkinmirlər. "Şampan dövrü”nün xiffətini çəkənlər Agentliyin şəffaflaşdırma fəaliyyətindən narazıdırlar və görünür, şantaj, qarayaxma yolu ilə əvvəlki dövrü qaytara biləcəklərini düşünürlər.
Onlara iki pis xəbərimiz var: artıq dövr əvvəlki dövr deyil və bütün şantaj, qarayaxma kampaniyası QHT sektorunun şəffaflaşdırılması, vətəndaş cəmiyyətinin inkişafının önünü kəsə bilməyəcək. Digər xəbər də odur ki, bu əməllərin bütün iştirakçıları - icra edənlər də, sifariş verənlər də aydın görünür.
Xəbər lenti
-
13:48“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:40“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
16:57Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yaradılıb
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
21:05Alındı, cənab Prezident!
-
18:12“Ədibin evi”ndən ədəbi köşə
-
18:11Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:25Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
18:45Vətən Müharibəsi Veteranları və qazilərlə görüş təşkil olunub
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:55Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
10:37DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
-
11:18HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
14:31“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:05“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:11“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023
19 Sentyabr 2023
Digər xəbərlər
-
SİYASƏT
“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
SİYASƏT
Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yaradılıb
-
SİYASƏT, GÜNDƏM
Alındı, cənab Prezident!
-
SİYASƏT
Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib
-
SİYASƏT, GÜNDƏM
“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
SİYASƏT
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
SİYASƏT
Vitali Balasanyan da HƏBS OLUNDU
-
SİYASƏT
Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
SİYASƏT
Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək