"SAF Həyat Naminə" GİB-nin növbəti uğurlu layihəsi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə "SAF Həyat Naminə” GİB-nin "İstedadlı məhdudiyyətli gənclərin əl işlərinin sərgisi” adlı layihə artıq icra başa çatıb. 

"SAF Həyat Naminə”GİB nüməyəndələri ilkin mərhələdə "Birgə və Sağlamlıq İB” nəznində fəaliyyət göstərən Autizm Mərkəzində gənclərlə yaxın tanış olub və Mərkəzin heyəti ilə sərgi üçün əl işləri müəyyən etdilər. Daha sonra mərkəzin benefesiarların iştirakı ilə bədii hissə hazırlanmışdır. 

Sərgi zamanı dəvət olunmuş qonaqlara istedadlı gənclərin əl işləri nümayış olunmuşdur. Qeyd edək ki, qonaqların arasında QHTsektorun nüməyəndələri, iş adamları yer almışdır. "Yeni həyat humanitar və sosial dayaq İB"-nin sədri -Nailə xanım İsmayılova, "Azərbaycan Respublika Qadınlar Cəmiyyətinin sədr müavini Vəfa xanım Abbasova çıxışlarında belə layihələrin daha çox olmasını təklif etdilər. 

Sərgidən sonra qonaqlar, Autizm Mərkəzinin benefesiarları və heyət "Kashalata Cafe”-də təşkil olunmuş furşetdə iştirak edib, bədii hissəni seyr etmişdilər. 

Yekun olaraq ölkəmizin gənc və tanınmış mügənni Tofiq Hacıyev tədbirə öz çıxışı ilə rəng qatmışdır. Benefesiarlar onunla birlikdə bir neçə mahnı ifa etdilər. 

İştirakçılara həmçinin hədiyyələr təqdim olunmuşdur.
 






 
 

Xəbər lenti