Qərbi Azərbaycanla bağlı saytın və “Danışır tarix” filminin təqdimatı olub - FOTOLAR +VİDEO
25 Oktyabr 2024, 11:58
25 Oktyabr
2024
11:58
93
Oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib.
Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində "www.qerbiazerbaycanirsi.az” ("www.westernazheritage.com”) elektron bazasının və "Danışır tarix” filminin təqdimatı olub.
"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə layihənin məqsədləri ilə bağlı tədbri iştirakçılarını məlumatlandırıb.
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə layihənin əhəmiyyətindən və informasiya mübarizəsində Azərbaycanın uğurlarından danışıb. M. Quluzadə qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı informasiya mübarizəsində əvvəllər geri qalsaq da, alimlərimizin və ictimai fəalların fəaliyyəti sayəsində bu sahədə indi vəziyyət yaxşılaşıb.
Məhəmməd Quluzadə çıxışında Qərbi Azərbaycan icmasının rolunu xüsusi qeyd etdi və bu istiqamətdə aparılan işlərə dəstək göstərilməsinin vacibliyini vurğuladı. O, həmçinin beynəlxalq hüququn Azərbaycan tərəfinin mövqeyini dəstəklədiyini və bu sahədə birgə səylərin davam etdirilməli olduğunu bildirdi.
Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov qeyd etdi ki, Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması uğrunda aparılan mübarizədə qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. O vurğuladı ki, Vətən müharibəsində hərbi qələbə qazanan Azərbaycan, indi informasiya müharibəsində də öz mövqeyini gücləndirməlidir.
Sonra layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, saytın yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan mövzusu ilə bağlı proseslərə töhfə verməkdir. O qeyd edib ki, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri ermənilər tərəfindən dağıdılıb və ya saxtalaşdırılıb. Toponimlərin dəyişdirilməsi və azərbaycanlılara məxsus abidələrin erməniləşdirilməsi bu siyasətin bir hissəsi olub. Bu baxımdan Qərbi Azərbaycanın tarixi irsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var.
"Bizdə Qərbi Azərbaycanın abidələri haqqında kitablar var və bir neçə saytda da abidələr haqqında məlumatlar mövcuddur. Lakin bu tipli elektron baza ilk dəfədir yaradılır. Bu elektron bazaya maddi-mədəni abidələrlə bağlı məlumatlar Azərbaycan və ingilis dillərində toplanılıb. E-bazada müxtəlif kriteriyalar üzrə: yerləşmə ərazisinə, növünə və əlifba sırasına görə axtarış sistemi qurulub. İlkin mərhələdə 250-yə yaxın maddi-mədəni abidə haqqında məlumatlar işlənilib bazaya daxil edilib”, - deyə Cəsarət Hüseynzadə bildirib.
Sonra "www.qerbiazerbaycanirsi.az" saytı haqqında videoçarx nümayiş olunub, saytın texniki imkanları və kontenti təqdim edilib.
İctimai birliyin sədri diqqətə çatdırıb ki, layihə çərçivəsində "Danışır tarix” adlı film də hazırlanıb. Film "Səlim karvansarası”, "Təpəbaşı məscidi” və "Əmir Səəd məqbərəsi” kimi tarixi abidələrdən bəhs edir.
C.Hüseynzadə vurğulayıb ki, Ermənistan ərazisində Azərbaycan abidələrinin ermənilər tərəfindən məhv edilməsi böyük tarixi və mədəni itkilərə səbəb olub. Bu abidələr Azərbaycan xalqının qədim tarixini və zəngin mədəni irsini əks etdirən dəyərli mənbələrdir. Onların məhv edilməsi milli kimliyin və mədəni irsin izlərini silmək cəhdidir. Xüsusilə məscidlər, məqbərələr, qalalar və qədim şəhərlər bu vandalizm aktlarından zərər çəkib. Beynəlxalq ictimaiyyət və mədəni irsin qorunması ilə məşğul olan təşkilatlar bu məsələyə diqqət yetirməlidir.
Filmin çəkilişlərinə tanınmış tarixçi və araşdırmaçı alimlər cəlb olunub.
Film nümayiş etdirildikdən sonra Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti nümayəndələri elektron baza və film haqqında fikirlərini bildiriblər.
Milli Məclisin deputatı Məşhur Məmmədov informasiya mübarizəsində cəmiyyətin birgə çalışmasının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini qeyd edərək bildirib ki, bu mövzuda iki dildə hazırlanan film mühüm addımdır və digər qeyri-hökumət təşkilatlarının da bu işə qoşulacağına ümid edir: "Azərbaycan cəmiyyəti səfərbər olmalı və tarixi həqiqətləri dünyaya çatdırmalıdır."
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Qərbi Azərbaycanlıların XX əsrdə dörd dəfə deportasiyaya məruz qalmasının BMT-nin İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq sənədlərə zidd olduğunu vurğulayıb: "Bu deportasiyalar zamanı qeyri-insani rəftar, Azərbaycan xalqı üçün tarixi faciədir." O, Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsinə də diqqət çəkərək UNESCO-nun bu sahədə daha fəal olmasını tələb edib. Deputat həmçinin, gənclərin bu həqiqətləri gələcək nəsillərə çatdırmaqda mühüm rol oynadığını qeyd edərək, beynəlxalq platformalarda bu faktları tanıtmağın vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycan-Ermənistan münaqişəsi və informasiya mübarizəsinin əhəmiyyətini vurğulayıb. O, isti müharibə dövrünün bitməsinə baxmayaraq, informasiya cəbhəsində mübarizənin davam etdiyini qeyd edərək, Azərbaycanın burada daha fəal olması gərəkdiyini bildirib. V.İskəndərov Ermənistanın yalan məlumatlarla dolu filmlər çəkdiyini və beynəlxalq arenada nümayiş etdirdiyini vurğulayaraq, Qarabağ müharibəsi ilə bağlı Azərbaycan filmlərinin dünya səhnəsində təbliğinin vacibliyini qeyd edib: "Biz gecikirik, erməni tərəfi artıq Oskara namizəd filmlərlə irəlidədir."
O, həmçinin, erməni dili və ermənişünaslıq üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini də qeyd edib. Türkiyənin tarixi filmlər vasitəsilə dünya miqyasında uğurlu təbliğat strategiyasını nümunə göstərən deputat, Azərbaycanın da bu yanaşmanı mənimsəməli olduğunu bildirib.
Tədbirin sonunda "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən bir qrup deputat, tarixçi və araşdırmaçı alim fəxri fərmanlarla təltif ediliblər.
Xəbər lenti
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
-
12:42“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
12:40“Media landşaftı beynəlxalq standartlara uyğun hazırlanıb” - Müşfiq Ələsgərli
-
13:11Ordubadın dağlarında meşə zolağı salınıb
-
11:54Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
18:41COP29 Sədrliyi bəyanat yaydı
-
13:49Könül Abdulrəşidova: "GİKM olaraq ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik"
-
16:11Deputat Ramil Həsən Milli Məclisdə vətəndaşları qəbul edib
-
10:37COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib
-
10:32İstanbulda “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib – FOTO/VİDEO
-
16:05Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də
-
15:23Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
-
13:30ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihəsi başa çatıb
-
12:52COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib
-
12:52COP28, COP29, COP30 ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
03 Dekabr 2024
02 Dekabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
SİYASƏT
Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
SİYASƏT, GÜNDƏM
Geosiyasi bədən real Vətənə qarşı
-
SİYASƏT
“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
SİYASƏT
“Alternativ”dən yeni layihə: “FarmHER”
-
SİYASƏT
İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
SİYASƏT
Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
SİYASƏT
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
SİYASƏT
Bu məktəbə Natiq Qasımovun adı verildi