Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu baş tutub
13 İyun 2024, 00:37
13 İyun
2024
00:37
323
7News.Az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Rumıniyanın aparıcı beyin mərkəzlərindən olan "ION CONEA” Geopolitika Asossasiyasının rəsmi tərəfdaşlığı və Avropanın nifuzlu siyasi nəşrlərindən olan "Geopolitica” jurnalının informasiya dəstəyi ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində Qərbi Azərbaycana qayıdışa həsr olunan "Azərbaycan Cənubi Qafqazda qlobal təhlükəsizliyin qarantıdır” adlı Buxarest Forumu baş tutub.
Forumda Buxarest şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, düşüncə mərkəzlərinin, akademik dairələrin nümayəndələri və müvafiq media təmsilçiləri bir araya gəliblər.
Tədbiri giriş sözü ilə açan "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İB-nin sədri Toğrul Allahverdili qonaqları salamlayaraq forumun keçirilməsinin məqsəd və məramlarını açıqlayıb. Tarixi faciələrin mütəmadi olaraq xatırlanmalı olduğuna diqqət çəkən T.Allahverdili bunun həmin faciələrin yenidən təkrarlanmaması üçün dünyanın uzun illərdir məruz qaldığı köç məsələsində beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini vurğulayıb.
Azərbaycan-Türk Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı isə çıxışında heç nəyi gizlətməyin mümkün olmadığını deyərək həqiqətin gec-tez üzə çıxdığını bildirib. Lakin siyasi məqsədləri həqiqət kimi təbliğ edilən yalanların da olduğunu deyən T.Rüstəmxanlı onların dünyanın böyük dövlətlərinin maraqlarına xidmət etdiyinə görə yer üzündə yayılmaqda davam etdiyini vurğulayıb.
Rumıniya Amerikan Universitetinin rektoru Prof. Dr. Costel Negricea və Rumıniyanın aparıcı beyin mərkəzlərindən olan "ION CONEA” Geopolitika Asossasiyasının prezidenti Dr. Vasile Simileanu və Azərbaycan-Türk Qadınlar Cəmiyyətinin idarə heyyətinin üzvü Tamam Məmmədova çıxış edərək qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, qaçqın səslərinin dünyaya eşitdirilməsi və onların hisslərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar mövzularında çıxış edərək, azərbaycanlıların geri qayıtmasının mümkün olacağına inandığlarını dilə gətiriblər.
Tədbirin rəsmi çıxışlarından sonra panel müzakirələri təşkil edilib.
Rumıniyanın nifuzlu siyasi şərhçisi, ekspert Sorin Dobriçeanu, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər və "Vətəninfo” İnformasiya Agentliyinin rəhbəri Nahid Canbaxışlı Buxarest Universitetinin doktorantı Salatın Şamilovanın moderatorluğu ilə keçirilən "QAÇQINLAR PROBLEMİNƏ AVROPA YANAŞMASI VƏ HƏLLİ YOLLARI” adlı paneldə qaçqınların üzləşdiyi problemlər, qaçqınların mühafizəsi və onların reinteqrasiyası üzrə mövcud strategiyalar, qaçqın qadınların üzləşdiyi problemlərin həllinə yönəlik müasir yanaşmalar, qaçqın, məcburi köçkün və miqrasiya problemində Avropa İttifaqının tərəfdaş ölkələri ilə praktiki əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Forumun sonunda Azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib və xatirə şəkli çəkdirilib.
Tədbirdə Qərbi Azərbaycandakı izlərimizə dair foto-sərgi nümayiş olunub.
Xəbər lenti
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
-
22:54“44 günlük müharibə bizim şərəf və qürur tariximizdir!” - BƏYANAT
-
15:55“EKOMƏKTƏB - Gənclərin Ekoloji Maarifləndirmə Proqramı” adlı layihə başa çatdı
-
15:24"Azərişıq" COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək (FOTO)
-
15:21200 il gözlədiyimiz bayram - Zəfər günü
-
14:25“ASAN xidmət” COP29 çərçivəsində beynəlxalq forum təşkil edəcək
-
13:16Çağımızın ideyası dövlət kimliyimizdədir! - DEPUTAT YAZIR
-
10:17Türk Dövlətləri Təşkilatı güclənsin deyə, jurnalistika, ədəbiyyat və mədəniyyətin meydanını genişləndirək
-
15:59“İnstusional öhdəlik”, yoxsa öhdəliklərdən imtina – Leyen Bakıya gəlməkdən niyə imtina edir?
-
11:41Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım
-
11:38İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edir
-
11:36KİV: "Donald Tramp ABŞ-nin prezidenti oldu"
-
22:42“Mina problemi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışını yubadır” - RƏY
-
17:28Deputat Ramil Həsən Bərgüşad kəndində seçiciləri ilə görüşüb
-
17:22“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:23“Qərbi Azərbaycana dönüş prosesində gənclərin fəallığının artırılması” adlı layihə keçirilib
-
10:52"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
09:25"Əngəlsiz qayıdış” adlı filmin təqdimatı oldu - FOTOLAR +VİDEO
-
09:58COP29 zamanı bu küçələr avtomobillərin hərəkətinə tam açıq olacaq — SİYAHI
-
09:54Rayon qeydiyyatı olan avtomobillərin COP29 zamanı Bakıya girişinə qadağa qoyulacaq?
-
17:48"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT
-
14:23Elşən Musayev: “Məlum qüvvələr xoş deyil, boşməramlıdır”
-
12:56MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
-
11:10Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
-
09:36Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi - FOTO/VİDEO
-
11:58Qərbi Azərbaycanla bağlı saytın və “Danışır tarix” filminin təqdimatı olub - FOTOLAR +VİDEO
-
10:55“ABAD”ın Şuşa və Laçında təqdimatları reallaşdırılıb
-
11:08"Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu çox vacib addımlar atacaq" - Ramil Həsən (VİDEO)
-
11:05Səyyar ASAN xidmət İsmayıllıda
-
10:20Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı - FOTO
14 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
MANŞET, SİYASƏT
Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
SİYASƏT
“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
SİYASƏT
Keniya Baş naziri "ASAN xidmət”də
-
SİYASƏT
Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
SİYASƏT
Zimbabve Prezidenti "ASAN xidmət"də
-
SİYASƏT
Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
-
SİYASƏT
“EKOMƏKTƏB - Gənclərin Ekoloji Maarifləndirmə Proqramı” adlı layihə başa çatdı
-
SİYASƏT
"Azərişıq" COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək (FOTO)