QDF Bakı Sürət Festivalında “Qarabağ üçün Qalib ol!” sloqanı altında iştirak edib
27 May 2024, 12:01
27 May
2024
12:01
342
Mayın 25-də Bakıda bütün avtomobil sevərlər üçün möhtəşəm tədbir – Bakı Sürət Festivalı (Baku Festival of Speed 2024) keçirilib.
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, "Caspian Event Organisers” və "Bakı Şəhər Halqası” şirkətlərinin təşkilati dəstəyi ilə baş tutan festivalda rəsmi şəxslər və şirkət rəhbərləri də daxil olmaqla 1500-ə yaxın tamaşaçı iştirak edib.
Çoxsaylı media nümayəndələri tərəfindən işıqlandırılan tədbirin əsas iştirakçıları arasında Qarabağ Dirçəliş Fondu da olub.
Qeyd edək ki, festivalın məqsədi ölkədə avtomobil idmanını və mədəniyyətini populyarlaşdırmaq, eləcə də avtomobil sənayesində son nailiyyətləri nümayiş etdirmək üçün platforma yaratmaqdır.
Tədbirdə bütün dünyada çoxsaylı pərəstişkarları cəlb edən dinamik yürüşləri ilə tanınan "Legend Cars Challenge Baku” yarışı da keçirilib. Yarışda 1930-1940-cı illərin klassik ABŞ üslubunda hazırlanmış avtomobillər iştirak edib. Güclü "Yamaha” motosiklet mühərrikləri ilə təchiz edilmiş bu avtomobillər sürətli və manevr qabiliyyəti ilə seçilir.
İdman üslubunda hazırlanmış klassik avtomobillərin xüsusi quraşdırılmış trasda yarışı olub.
Yarışda iştirak edən 12 avtomobildən biri Qarabağ Dirçəliş Fondunun korporativ dizaynında tərtib edilməklə Fondun adından yarışda iştirak edib.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən "Legend Cars Challenge Baku” yarışının qalibi Elçin Həsənov olub. Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə çıxış edən Murad Həsənov ikinci, Gülhüseyn Abdullayev isə üçüncü yeri tutublar.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mükafatları qaliblərə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdim ediblər.
Qeyd edək ki, festival çərçivəsində avtomobil sərgisi də təşkil edilib. Sərgidə müxtəlif brend avtomobillərin test-drayvı olub.
Bundan başqa ən yaxşı drift pilotlarının ekstremal şəraitdə öz bacarıqlarını və sürücülük məharətlərini göstərdikləri drift şousu da festivalın tamaşaçıları tərəfindən maraqla qarşılanıb.
Xəbər lenti
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
-
11:48“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:22"Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb" - İlham Əliyev Fransa və Paşinyanın havadarlarına öz yerini göstərdi
-
13:02Səbuhi Abbasov: “Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq”
-
10:18"Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu" başa çatdı – FOTOLAR
-
13:26“Ölümü öldürən adam...”
-
09:35Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)
-
09:33Heydər Əliyevin vəfatından 21 il ötür
-
09:31Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
11:11Gələcəyə baxış: təhsil və iş dünyasında yeni çağırışlar – FOTO
-
11:21Qərbin bəzi dairələrindən alınan qanunsuz pullar milli maraqlarımızın zədələnməsinə hesablanıb - Səbuhi Abbasov
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
23 Dekabr 2024
20 Dekabr 2024
19 Dekabr 2024
14 Dekabr 2024
12 Dekabr 2024
10 Dekabr 2024
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
03 Dekabr 2024
02 Dekabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
Digər xəbərlər
-
SİYASƏT
"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
SİYASƏT
"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
SİYASƏT
Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
MANŞET, SİYASƏT
Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
SİYASƏT
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
SİYASƏT
"Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb" - İlham Əliyev Fransa və Paşinyanın havadarlarına öz yerini göstərdi
-
MANŞET, SİYASƏT
Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)