Prezidentin Qərbi Azərbaycana Qayıdışla bağlı fikirləri güclü arqumentlərə söykənir
28 Dekabr 2022, 10:38
28 Dekabr
2022
10:38
324
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında həmin bölgədən oilan bir qrup ziyalı ilə görüşdə dövlətçiliyimiz və xalqımız üçün taleyüklü məsələlərlə bağlı böyük tarixi və siyasi əhəmiyyətə malik nitq söyləyib.
Qərbi Azərbaycan İcmasının məhz vaxtilə Qarabağın məcburi köçkünlər icmasına məxsus binada yerləşməsi və bu görüşün də həmin məkanda keçirilməsi rəmzi məna daşıyır. Bununla bağlı gələcək perspektivləri yüksək dəyərləndirən dövlətimizin başçısı deyib:
"Burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”.
Tarixdən məlum olduğu kimi, Qafqaza vaxtilə xristian missionerləri kimi köç etmiş ermənilər bütün bu tarixi hadisələr zamanı Cənubi Qafqaz uğrunda mübarizə aparan imperiyalara müxtəlif formalarda yarınmaqla süni surətdə saylarının çoxalmasına nail olmuş və geosiyasi vəziyyətlərdən bəhrələnmək üçün fürsət güdmüşlər. Birinci Dünya müharibəsinin nəticələrindən biri kimi çar Rusiyası süqut etdi və tarixi Azərbaycan ərazisində qondarma Ermənistan dövləti yaradıldı. O tarixi şəraitdə Cənubi Qafqazda həm də sülhə nail olmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti qurucularının İrəvanı ermənilərə güzəştə getməsi təhlükəli presedent yaratdı. Sonrakı tarixi mərhələlərdə güzəşt amili öz mənfi təsirini göstərdi və nəticədə, bu azmış kimi, ermənilərdə Qarabağ və Zəngəzur bölgələrini ələ keçirməyə həvəs yaratdı. Öz çıxışında bu məqamlara xüsusi yer ayıran Prezident İlham Əliyev bir daha həmin proseslərin kökündə duran səbəblərə aydınlıq gətirmişdir: "Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”.
Göründüyü kimi, ermənilərin məkrli niyyətlərinin həyata keçirilməsində təkcə qlobal güclər, yəni kənar qüvvələr deyil, həm də daxili faktorlar da həlledici rol oynamışdır. Ona görə də bu tarix hamımız üçün dərs olmalıdır.
O dövrdə Azərbaycan ərazilərinin ermənilərə güzəştə gedilməsini tarixi zərurət və yaxud çıxılmaz addım kimi dəyərləndirməyə çalışanlara sonrakı mərhələdə Zəngəzurun da Ermənistana birləşdirilməsi faktını güclü arqument kimi diqqətə çatdıran cənab İlham Əliyevin cavabı birmənalıdır: "O vaxt bu qərarı müxtəlif səbəblərlə izah etməyə çalışanlar da olub, bu gün də var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. Əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi”.
Dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrlərdə Qarabağ torpaqlarının işğalı sanki Qərbi Azərbaycanla bağlı məsələlərin bir qədər kölgədə qalması təəssüratını yaradırdı. Halbuki, tarixə nəzər salsaq, XX əsr boyunca – 1905-1920-ci, 1948-1953-cü illərdə və 1980-ci illərin sonlarında Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının deportasiyası və doğma yurdlarından qovulması Qarabağın və digər ərazilərimizin işğalına hazırlıq mərhələləri olmuşdur. Ermənilərin monoetnik əsasla "dənizdən dənizə” ideologiyasına uyğun dövlət yaratmaq istəyi qonşu imperiyaların da dəstəklədiyi böyük siyasətin tərkib hissəsidir.
Bütün bu proseslərin gedişində beynəlxalq aləm xalqımızın üzləşdiyi bu cinayətlərə ikili standartlarla yanaşaraq biganə qalmışdır.
Möhtəşəm Zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Prezident İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Hər kəs görür ki, dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi ortadadır. Bu məsələdə müdrikcəsinə hərtərəfli ölçülüb-bişilmiş bir ardıcıllıq mövcuddur. Bu, həm siyasi, sosial, psixoloji, həm də hərbi müstəvidə öz əksini tapır. Ölkə Prezidentinin təşəbbüsü və birbaşa nəzarəti altında Qarabağda və Ermənistan ərazisində tarixi Azərbaycan toponimlərinin əsil adlarının göstərildiyi xəritələrin hazırlanması, yeni dərsliklərin tərtib olunması, real tarixi faktların yetişən nəsillərə ötürülməsi, beynəlxalq müstəvidə təbliğat işinin gücləndirilməsi bu fəaliyyətin əsas istiqamətləridir. Cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını vermişdir.
Bu ilin sentyabında Ermənistanın növbəti təxribatına cavab olaraq həyata keçirilmiş "Qisas” əməliyyatının hərbi-siyasi əhəmiyyətindən söz açan ölkə Prezidenti Azərbaycan ordusunun artıq Qərbi Azərbaycanın ərazisinə də vizual nəzarətə nail olduğuna diqqət yönəltmişdir: "Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq... Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir”.
Ermənilərin tarixən Cənubi Qafqazda heç vaxt dövlətinin olmadığına yenidən diqqət çəkən ölkə Prezidenti tarixi faktları məhz bu konteksdən təqdim olunmasının vacibliyini önə çəkib: "Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq… Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur… bu gün biz vaxt itirməməliyik… Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”.
Düşünürəm ki, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunmasi, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyur.
Əli Hüseynli
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
MANŞET, SİYASƏT
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib