Polkovnik: "Çağırışçı çatışmazlığı Ermənistanı qadınları orduya cəlb etmək məcburiyyətində qoyub"
30 Oktyabr 2019, 01:09
30 Oktyabr
2019
01:09
1853
Son illərdə Ermənistanın siyasi-ictimai çevrələrində qadınların hərbi xidmətə çağırılması ilə bağlı başlayan müzakirələr davam etməkdədir. İşğalçı ölkənin müdafiə naziri David Tonoyan bir neçə gün əvvəl ordunun tərkibində qadınlardan ibarət yeni diviziyanın yaradılması ilə bağlı göstəriş verib.
Bəs real vəziyyət necədir? Qazanc məqsədi ilə Ermənistanı tərk edənlərin geri dönməməsi ölkədə doğum sayının da kəskin azalmasına gətirib çıxarıb. Sabit emiqrasiya ilə əhalinin azalması tendensiyası işğalçı ölkənin ordusunda qadınların xidmət keçməsini zərurətə çevirib və bunun üçün ordu strukturlarında dəyişikliklərin edilməsinə ehtiyac yaranıb. İşğalçı ölkədə bu məsələ ilə bağlı aparılan "islahatlar”ın mədəni dünyanın tələbi olduğu bildirilsə də, əsas məqsəd Ermənistan ordusunda insan resursu ilə bağlı yaşanan problemi həll, daha dəqiq desək, ört-basdır etməkdir.
Ermənistanda davam edən acınacaqlı sosial-iqtisadi vəziyyət kişilərin kütləvi sürətdə ölkəni tərk etməsi ilə xarakterizə olunur və işğalçı ölkənin üzləşdiyi demoqrafik fəlakət, ordu strukturunu məhv edir. İndi isə Ermənistan, orduda yaşanan kadr böhranını qadınların hesabına həll etməyə çalışır. Ermənistan ordusunun xeyli hissəsinin Azərbaycanın işğal olunan ərazilərində yerləşdirildiyini nəzərə alsaq, deməli qadınların orduya cəlb olunması işğalçılıq siyasətini davam etdirmək naminə atılan addımdır.
Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov "Report”a açıqlamasında bildirib ki, orduya qadınların cəlb olunması Ermənistan üçün təbii haldır: "Adətən, qadınları orduya ehtiyacdan çağırırlar. Yəni kişi çatışmazlığı olanda növbə qadınlara çatır. Bilirik ki, Ermənistanda valideynlər oğlan övladlarını 16 yaşa çatmamış ölkədən çıxarırlar və onların başqa ölkələrdə oxumasına və yaşamasına şərait yaradırlar. Bir sözlə, erməni valideynlər övladlarının hərbi qeydiyyata düşməmişdən öncə onları xarici ölkələrə yollayırlar. Çünki Ermənistan cəmiyyəti gənclərin işğalçı, separatçı rejimin tərkibində işğal olunmuş Dağlıq Qarabağda xidmət etməsinə etiraz edirlər. Həmin etirazlar dəfələrlə səslənib. Məsələnin əsas məğzi ondan ibarətdir ki, ölkədə çağırışçı çatışmır. Bu da Ermənistanı qadınları orduya cəlb etmək məcburiyyətində qoyub. Təbii ki, Ermənistan kişilərin çatışmazlığı səbəbindən bu addımı atır. Eyni zamanda Ermənistanda sosial durumun ağırlaşması səbəbindən kişilər qazanc məqsədi ilə xarici ölkələrə axışırlar”.
Ş.Ramaldanovun sözlərinə görə, həmçinin işğal altında olan hərbi hissə və birləşmələrdəki xaos, nizam-intizamsızlıq, ölüm hadisələri geniş vüsət alıb: "Ölüm hadisələri döyüş fəaliyyəti ilə deyil, digər özünə qəsd halları zamanı baş verir. Bu hal Ermənistan ordusunda baş alıb gedir. Çünki Ermənistan ordusunda şərait dözülməzdir. Prinsipcə, Ermənistan ordusu hərbi böhran yaşayır. Hazırda Ermənistanda çağırışla bağlı problemlər var. Ona görə də işğalçı ölkənin ordusunda qadınların kütləvi şəkildə hərbiyə cəlb olunması məsələsi bir neçə dəfə müzakirə edilib. Bu proses artıq həyata keçirilir və müqavilə əsasında qadınlar silahlı qüvvələrə çağırılır. Onlar hərbidə snayper və digər vəzifələri icra etmək üçün hazırlanırlar”.
Ehtiyatda olan polkovnik vurğulayıb ki, Ermənistan ordusuna kütləvi şəkildə qadınların cəlb olunması o deməkdir ki, ordu ehtiyacları üçün qadınlardan yardım dilənir: "Axı hərbi deyəndə, hərbi xidmət deyəndə kişilərdən ibarət əsgər və zabitlər nəzərdə tutulur. Ermənistan hakimiyyəti orduda kişilərin yerlərini qadınlarla doldurmağı düşünürsə, təbii ki, bunun mənfi təsirləri də qaçılmazdır. Zarafatla desək, bununla da erməni ordusu qadınlaşdırılacaq”.
Lobbi.Az
Xəbər lenti
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
Digər xəbərlər
-
DÜNYA
“Bu xain təşkilata (FETO) qarşı hamımız ayıq olmalıyıq”
-
DÜNYA, SİYASƏT
Araik Arutunyan istefa verdi
-
DÜNYA
SON DƏQİQƏ: Sinan Oğan qərarını açıqladı
-
DÜNYA, SİYASƏT
“Altılı masa”nı tərk edən Akşenerdən gözlənilməz gediş
-
DÜNYA, SİYASƏT
Kosovoda nə baş verir? Və yaxud Balkanlarda yeni müharibə başlayacaqmı? (TƏHLİL)
-
DÜNYA
Putin Ukraynada bütün cəbhəboyu atəşkəs elan edib
-
DÜNYA, SİYASƏT
Peskov: "Paşinyan KTMT-nin işini fiasko kimi şərh edir"
-
DÜNYA, SİYASƏT
“Fransa senatının qətnaməsi beynəlxalq hüquqa ziddir” – TƏHLİL
-
DÜNYA
Dünyada hava yolundan istifadə edən sərnişinlərin sayı 69 faiz artıb