“Peter Mixalko öz “başbilənlərindən” gələn tezisləri səsləndirir” - DEPUTAT

“Peter Mixalko öz “başbilənlərindən” gələn tezisləri səsləndirir” - DEPUTAT


"Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalkonun Azərbaycan məhkəmələri haqda söylədiyi fikirlər cəfəngiyyatdan savayı bir şey deyil. Eyni zamanda heç bir tərəddüd etmədən söyləmək olar ki, bu adam sifariş yerinə yetirir, qərəzli kompaniyanın vintlərindən biri kimi çıxış edir və son dərəcə  məsuliyyətsiz açıqlaması ilə özünün, təmsil etdiyi qurumun əsl simasını göstərir.” -7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Peterin ölkəsində görəsən vəziyyət necədir? Onların qanunvericiliyində cinsi mənsubiyyət fərqinə görə xüsusi güzəştlər, imtiyazlarmı nəzərdə tutulub? Avropada qadınların cinayət törətmək azadlığımı var? Gənc qızlar hüquqazidd əməllərə görə məsuliyyət daşımırlarmı?

Nə məntiqdir bu? Nə ideologiyadır bu? Və ümumiyyətlə Peter nə təklif edir? Təklif edir ki, Azərbaycan məhkəmələri hüquqi nihilizm dəyərlərinəmi söykənsin? Qadın baş kəsəndə də, adam öldürəndə də, dövlətə xəyanət edəndə də, qlobal cinayət törədəndə də cəzasızmı qalsın?

Ayıbdır. Gerçəkdən. Belə absurd olmaz. Nəsə deyirsənsə arqument, fakt, mənbə, sübut göstərməlisən. Fikrini əsaslandırmağı bacarmalısan. Amma Peter öz fikrini hansısa məntiqə söykəyə bilirmi? Xeyr! Bilmir. Çünki o, "başbilənlərindən” gələn tezisləri səsləndirir. Çünki o, əmr quludur. Çünki o, məkrli, qərəzli  tapşırıqların birmənalı icraçısıdır.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti