Paşinyanın Moskva ilə gizli sövdələşməsi – KÖÇƏRYANIN AZAD OLUNMASINDAKI GİZLİNLƏR

Paşinyanın Moskva ilə gizli sövdələşməsi – KÖÇƏRYANIN AZAD OLUNMASINDAKI GİZLİNLƏR

"Ermənistanda vətəndaş müharibəsi dalğalana bilər”


Sfera.az-a açıqlamasında bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın məhkəmənin qərarı ilə azad olunmasından sonra baş nazir Nikol Paşinyanın əhalini ikinci inqilaba səsləməsinə münasibət bildirərkən politoloq Nəzakət Məmmədova deyib:


"Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsindən bir il keçəndən sonra artıq eyforiya dövrünü başa vuraraq reallığı dərk etməyə başlayıblar. Əhalinin Paşinyandan böyük gözləntiləri var idi. Əhali "Qarabağ klaını”ndan həddən artıq bezmişdi və və Paşinyana bir xilaskar kimi baxırdı. Amma bu baş vermədi. Uçurum vəziyyətində olan ölkənin vəziyyəti daha da pisləşdi. Bu fonda xalqdan gələn dəstəyin itririlməsini görərək, Paşinyan Rusiyanın adamı olan Köçəryanı azad etməli olur. Bu həm də baş nazirin geri çəkilməsi kimi başa düşülməlidir. Ola bilər, Paşinyan vaxtilə Köçəryanı sövdələşmə məqsədilə həbs edibmiş. İndi də yəqin ki, reytinqi zəiflədiyindən Köçəryanı azad etməklə nəyinsə müqabilində Rusiya ilə sövdələşməyə gedir”.


Digər tərəfdən həmsöhbətimiz düşünür ki, Ermənsitanda yaranmış mövcud situasiya vətəndaş müharibəsi səviyyəsinə qədər yüksələ bilər: "Bir il bundan əvvəl baş verən prosesləri Rusiya sakitcə müşahidə etdi. Paşinyan növbəti inqilabı ona görə istəyir ki, yenidən xalqı təhlükə olduğuna inandırsın, əhalini sosial problemlərin həlli yolunda ona olan gözləntilərindən yayındırsın. Ortada inqilabın nailiyyətləri olmayanda ortalığa təkrarən ikinci bir inqilab məsələsini gündəmə gətirirlər. Belədə Paşinyan da xalqı növbəti dəfə səfərbər etməklə göstərmək istəyir ki, insanlar hələ də onu dəstəkləyir. Digər tərəfdən növbəti inqilab məsələsni ortaya atmaqla xalqın başınaı qatmaqla hakimiyyətini daha bir uzatmağı düşünür. Yəni ucuz piar kapmaniyası aparır. Burada faktiki kənar təsirlərdən söhbət gedə bilməz”.


N. Məmmədovanın fikrincə, yaranmış situasiyada münaqişə ətrafında təxribatlar da yarana bilər: "Amma ordu üzərində Paşinyanın nəzarəti olmadığından hərbi əməliyaytların bərpası inandırıcı deyil. Qısa müddətli toqquşmalar olsa da, aprel döyüşləri səviyyəsində hərbi əməliyyatların başlanacağı inandırıcı deyil. Ermənistan hərbisi və diplomatiyası tamamilə Moskvanın nəzarəti altındadır. Belədə Paşinyanın iradəsi altında işğalçı ordunun hansısa bir hərəkət edəcəyini gözləmirəm. Ona görə də o hakimiyyətini uzatmaq üçün daha çox danışıqlar prosesini uzatmaqla məşğul olacaq”.


 

Qeyd edək ki, məhkəmənin qərarı ilə keçmiş prezident Robert Köçəryanın azadlığa çıxması Ermənsitanda onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib. Bu fonda baş nazir Nikol Paşinyan ölkədə inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib. Daha öncə isə Paşinyan həmvətənlərini ölkədəki bütün məhkəmələri blok etməyə çağırmışdı.

Xəbər lenti