“Nemezis” abidəsinin sökülməsi ilə bağlı Ermənistana təzyiqlər gücləndirilməlidir

“Nemezis” abidəsinin sökülməsi ilə bağlı Ermənistana təzyiqlər gücləndirilməlidir
      70 il tariximizdən kənar saxlayıblar, yad, qondarma tarix öyrədiblər bizə. Bu siyasət yaşadığımız SSRİ ittifaqında  dövlət siyasətinə çevrilib. Bizi manqurtlaşmağa çalışbılar və yalan öyrətmələrlə buna müəyyən qədər nail ola biliblər. Tariximizdən kənar saxlamaq üçün dörd dəfə əlifbamızı  dəyişməyə məcbur edilmişik . Hər dəfə əlifbamız dəyişdikcə tariximizdən bir az da aralanmışıq. Tariximizədən ayrı salındıqca ətrafımızda olan düşmənlərimiz- ermənilər bizim tariximizi oğurlayıblar, bu tarixi istədikləri kimi dəyişdiriblər, öz adlarına yazıblar, özləri üçün yalançı tarix, bu yalançı tarix əsasında yalançı ideloygiya, bu yalançı ideologiya üzərində isə özlərinin olmayan dövlətlərini qurublar. Təkcə qurmayıblar, sonra da elə həmin ideologiya əsasında, öz havadarlarının köməyi ilə bizim torpaqlarımızın hesabına öz ərazilərini genişləndiriblər. Lakin yenə də öz mənfur niyyətlərindən, terrorçu mahiyyətlərindən,  əl çəkmir qonşu dövlətlərə, xüsusilə bizim ölkəmizə öz əsassız iddialarını riyakarlıqla davam etdirir, ən alçaq, ən iyrənc, üsul və vasitələrlə, min fitnə və  fəsadlarla öz mənfur niyyətlərinə çatmağa çalışırlar...
       Hər il aprelin 24-də "Ermənilərin  soyqırımı "ərəfəsində bir şou düzəldərək şivən qoparan emənilər və dünya erməniliyi bu qondarma tarixi təbliğ etmək, yaddadaşlarda yaşatmaq və bunun fonunda öz mənfur niyyətlərnə çatmaq üçün hər dəfə bir fitnə törədirlər. Bu il də istisna olmadı. 2023-cü il aprel ayının 25-də, yaxın keçmişdə Azərbaycan şəhəri olan, indi isə ermənistanın paytaxtı İrəvanda  (İrəvan şəhərinin adı Stalinin 1936-cı ildə imzaladığı qərarla Yerevan adlandırılıb) "Nemezis” terror əməliyyatına həsr olunmuş terror hadisəsinə abidə qoydular və həmin abidənin təntənəli  açılışını etdilər. Bu məkrli hadisə haqqında məlumatı aldıqdan və bu qanlı olaya respublikamızın geniş ictimaiyyətinin reaksiyası ilə tanış olduqdan sonra  yəqin etdim ki, bu terror hadisəsi barədə geniş ictimaiyyət  bir o qədər də məlumatlı deyil. Və elə by yazı da həmin məqsədlə hazrlandı. Lakin həmin terror hadisəsi barədə mlumat verməzdən əvvəl onu yaradan səbəblər barədə yazmaq zərurəti yarandı. 
       Yeri gəlmişkən qeyd etməyi zəruri hesab edirəm ki, hadisə ilə bağlı İstər Azərbaycan hökümətinin, istərsə də qardaş Türkiyə Respublikası hökumətinin reaksiyası vaxtında və sərt oldu. Belə ki, abidənin açılşının ertəsi günü Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış etdi. Bəyanatda deyilirdi: "Cari ilin aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik. Bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan İrəvan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır...
      ...Ermənistanın bu cür addımları, bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi "səmimiyyətini” və "xoş iradəsini” ciddi sual altına qoyur.” 
      Bu günlərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirləri çərçivəsinə Türkiyədə səfərdə olan  Ermənistan Parlamentinin sədri Alen Simonyan jurnalistlərin abidə ilə bağlı suallarını cavablandırarkən o, bu şovinist addımlara haqq da qazandırmağa çalışmış və : "Nemezis” abidəsinin qoyulması qərarını yerli hökumət qəbul edib, bu qərar Ermənistanın xarici siyasətinin təzahürü kimi qəbul edilməməlidir. Təəssüf ki, abidənin qoyulması Türkiyədə belə reaksiyaya səbəb oldu, mən türk həmkarımla bu məsələni müzakirə etdim. "Nemezis” abidəsinin qoyulması qərarını yerli hökumət qəbul edib, bu qərar xarici siyasətin təzahürü və ya Ermənistanın qonşuluqdan kənar addımı kimi qəbul edilməməlidir”- demişdir.
      Abidənin qoyulması və bu barədə Ermənistan hökumətinin rəsmilərinin abidə ilə bağlı açıqlamalarına qardaş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun reaksiysı isə daha sərt oldu. Aprel ayının 29-da Türkiyənin NTV kanalna müsahibəsində O demişdir: "Ötən əsrin 20-ci illərində erməni terror təşkilatları Türkiyə diplomatlarını və azərbaycanlı qardaşlarımızı qəddarlıqla qətlə yetirmişlər. Mən Türkiyə diplomatiyasının rəhbəri kimi, İrəvanda onların əlləri ilə şəhid olmuş diplomatlarımızı qətlə yetirən terroristlərə "Nemezis” abidəsinin qoyulması ilə barışa bilmərəm. Ermənistanın hökumət nümayənədəlrinin guya abidənin yerli hakimiyyətin qərarı ilə qoyulduğunu, bunun hökumətlə əlaqəsi olnmadığını və bu kimi üzürxahlıqları qeyri-səmimi və yalandır. M Çavuşoğlu bildirmişdir ki, buna cavab olaraq biz üçüncü olkələrə uçuşlar həyata keçirən Ermənistan aviaşirkətlərinin təyyarələri üçün  hava məkanımızı bağlayırıq.” Daha sonra o bildirmişdir ki, əgər abidə sökülməsə və Ermənistan təxribatlarını dayandırmasa daha ciddi tədbirlər görüləcəkdir.
       Onu da qeyd etməyi zəruri hesab edirəm ki, Türkiyə və Azərbaycanın bu reaksiyaları ermənistanda ciddi rezonans yaradıb və əgər təzyiqlər davam edərsə abidənin sökülməsi reallaşa bilər.
       Düşünürəm ki, ”Nemezis" abidəsinin qoyulmasına təkcə bu abidə hadisəsi kontekstində baxılması düzgün olmazdı. Elə bu səbəbdən də tatixə səyahət etmək zərurəti yarandı. 
      Erməni uydurmaları ilə tanış olan hər kəsə məlumdur ki, ən azı son minilliyimizdə öz dövləti olmayan  ermənilər ən rəzil və alcaq üsul və vasitələrdən istifadə etməklə, müxtəlif hökmran dövlət və imperiyalara sığınmaqla öz dövlətlərini yaratmağa  cəhd etmişlər. Sonuncu belə cəhdlərdən biri  1887-ci ildə Hnçaq  və 1890-cı ildə Daşnaksütun partiyalarının yaradılması ilə nəticələndi. Məlumat üçün qeyd edim ki, Hnçaq partiyası Cenevrədə təhsil alan Nəzərbəyov qardaşları olmaqla yeddi nəfər tələbə tərəfindən, Daşnaksütun partiyası isə üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən Tiflisdə yaradılıb və ilk vaxtlar "Erməni inqilabçılarının ittifaqı" adlanırdı. Hər iki partiyanın məqsədi üsyanlar, kütləvi iğtişaşlar və terror yolu ilə Türkiyənin şərqində erməni dövləti qurmaqdan  ibarət idi. Onlar öz məkrli niyyətlərini  müxtəlif komitələr, qruplar, təşkilatlar yaratmaqla yerinə yetirməyə çalışır  və bunun  üçün fürsət gözləyirdilər. Belə  bir fürsət yetişdi. Osmanlı dövləti 1914-cü ildə Birinci Dünya müharibəsində Almaniya tərəfindən Rusiya, İngiltərə və Fransaya qarşı mühribəyə cəlb edildi. Bu fürsətdən  istifadə edən ermənilər könüllü dəstələr, birləşmələr şəkində Rusiya ordusunun tərkibində Şərqi Anadolu torpaqlarına soxularaq burda kütləvi ixtişaşlar törədir, yerli əhaliyə qarşı soyqırımı həyata keçirirdilər. Bu əsl xəyanət idi. Öz dövlətinə qarşı xəyanət. Osmanlı dövləti erməni millətçiləri tərəfindən törədilən kütləvi qırğınların, vəhşiliklərin, xəyanətlərin  qarşısını almaq, dövlətin və xalqın təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görməyə başladı. Hökumətn 1915-ci il aprelin 24-də Anadoluda  "Hnçaq” v ə "Daşnaksütyun” partiyalarının rəhbərilkləri ilə yaradılmış erməni komitələrinin və təşkilatlarının ləğv edilməsi, Osmanlı dövlətinə, türk xalqına qarşı terror həyata keçirən 2345 terroristin həbs edilməsi, qiyamçı ermənilərin isə o zamanlar Osmanlı imperiyasının əraziləri olan Suriya və Livana köçürülməsi barədə qərar qəbul etdi. Həbslər və köçürülmə tədbirləri 1915-ci il aprelin 24- də başladığına görə ermənilər bu günü qondarma erməni soyqırımı kimi qeyd edirlər və bunun digər ölkələr tərəfindən tanınmasına çalışır, 100 ildən çoxdur ki, bu qondarma hadisənin müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınması, "soyqırım” xülyalı, xəstə təxəyüllü bir nəsil yetişdirmək üçün müxtəlif tədbirlər keçirir, müxtəlif şoular düzəldir, dünya ermənililiyinin vəsaiti hesabın milyonlar xərcləyir, dəridən-qabıqdan çıxır, lakin istədiklərinə nail ola bilmirlər və bilməyəcəklər. Arzu və xülyaları gözlərində qalacaq.
     Daşnaksütyun patriyasının rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirilən "Nemezis" əməliyyatı qədim yunan intiqam ilahəsi "Nemezidanın" adından götürülmuşdür. Əməliyyai Osmanlı dönəmində Anadoluda guya qondarma  erməni soyqırımını və Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınmaq məqsədi daşıyır. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi.  Bu məkirli və mənfur əməliyyatın keçirilməsi erməni ictimai-siyasi xadimi olan Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınmışdı. Əməliyyatın təşkilatçıları tədərəfindən guya erməni soyqrımlarında əli olan 650 nəfər türkün və azərbaycanlının siyahısı tutlmuşdu. Onardan 41-ni "soyqrımı”n əsas təşkilatçıları hesab edirdilər. Əməlyyata Ermənistanın o zaman ABŞ-dəki səfiri Arman Qaro ümimi rəhbər, daşnak Şaan Satçaklyan yaradılmış xüsuis yardım fonduna rəhbər təyin edilmiş, operativ rəhbərlik isə Şaan Natali və Qriqor Merdjanova həvalə edilmişdi. Qətillərin törədilməsi üçün isə 3-5 nəfərdən ibarət qruplar yaradılmışdı. Bu qruplara qətlə yetirəcəkləri şəxsləri izləmək və qətli başa çatdırmaq tapşırılmışdı. 
       Bu qanlı terrorlar nəticəsində 19 iyun 1920–ci ildə Tiflisdə Azərbaycan Demokratik Respublikasının baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayev qətlə yetirilir, Ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. 
       15 mart 1921-ci il Berlində adı terrorçuların qara siyahısında birinci olan Osmanlı imperiyasının daxili işlər naziri olmuş Tələt Paşa, 5 dekabr 1921-ci ildə Romada sədr-əzəm Səid Hilmi Paşa, 17 aprel 1922-ci ildə Berlində Trabzon valisi Camal Əzim, "Təşkilati Məxsusə"nin yaradıcısı Bahəddin Şakir və onun  cangüdəni, 19 iyul 1921-ci ildə İstanbulda Azərbaycanın daxili işlər naziri olmuş Behbud xan Cavanşir, 25 iyul 1922-ci ildə Tiflisdə Osmanlı imperiyasının  hərbi dəniz qüvvələri naziri Camal Paşa, 31 may 1920–ci il Kürdəmirdə, Azərbaycan Demokratik Respublikasının Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetirilir. 
      Terrorçuluğu dövlət siyasətinin əsas tərkib hissəsi  və dünya erməniliyinin əsas mübarizə vasitələrindən biri hesab edən Ermənistan dövlətinin və dünya ermənilərinin maddi və mənəvi dəstəyi, təşkilatçılığı ilə hərəkət edən ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək, 24 türk diplomatını qətlə yetirmişlər. 1980-ci ildən bəri ermənilər tərəfindən Aərbaycan ərazisində müxtəlif üsul və vasitələrlə 30-a yaxın iri miqyaslı qanlı terror hadisəsi törədilmişdir. Bu terror aktları nəticəsində onlarca mülki əhali erməni vəhşiliyinin qurbanı olmuşdur.
     1992-ci iln fevralında ermənilər tərəfindən Xocalı şəhərində XX əsrin ən qanlı faciəsi törədilmiş, bu soyqrım nəticəsində şəhərin 613 dinc sakinin xüsusi amansızlıqla qətlə yetrmiş, 487 nəfər sakini yaralanmşı, 1275 nəfər isə əsir götürülmüşdür. Və bu soyqrımın törədilməsində ASALA terror təşkilatı ilə yanaşı onun alt qrupları olan "Arabo” və "Aramo” terrorçu qruplarının yaxından iştirak etməsi artıq heç kəsə sirr deyildir.   
       Erməni terroru bu gün də davam edir. Ermənistan dövləti, türkün və azərbaycanlıların qanını içmiş Androniki, ASALA üzvü Ambik Sassunyanı, SS generalları, türkün qatı düşmənləri, qaniçən Qaragen Njde və "Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanı, ASALA-nın ASALA-RM qanadının qurucusu Monte ”Avo” Melkonyanı və digər onlarca terroristləri qəhrəmanlaşdırmaq və onlara abidələr qoymaqla  bir daha Ermənistanın terrorçu dövlər olduğunu əyani şəkildə, utanmadan təqdim edir, terrora dəstək verdiyini əyani şəkildə sübut edir. Bu sarıdan İrəvanda "Nemizes” abidəsinin qoyulması Ermənistan dövlətinin, terroristlərin adının əbədiləşdirilməsi ilə yanaşı, həm də bir təbliğat vasitəsi olmaqla qondarma soyqrımının tanıdılmasına və təbliğinə xidmət edən dövlət siyasəti kimi qiymətləndirilməlidir. Türkiyə və Azərbaycanla münasibətlərin yumuşaldılması və normallaşması fonunda bu abidənin qoyulması onu göstərir ki, nə bu millət, nə də bu dövlət düzələn deyil. Düşünürəm ki, həmin bədnam abidənin sökülməsi ilə əlaqədar Türkiyənin və Azərbaycanın Ermənistana təzyiqləri gücləndirilərsə onun sökülməsi reallaşa bilər.
                                                                                                   Ramiz Göyüş                                                                                             Yazıçı-publisist

Xəbər lenti