“Naxələflər, yırtıcılar!” – Millət vəkilindən İrana sərt sözlər...

“Naxələflər, yırtıcılar!” – Millət vəkilindən İrana sərt sözlər...
"Proseslərin bütün gedişatı onu göstərir ki, Azəbaycan səfirliyində həyata keçirilən terror aktı planlı olub və onun başında məhz İran dövlətinin özü dayanır.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Əvvəlcə cinayətin motivinə "məişət zəmini” sırımağa çalışdılar, sonra terrorçunu TV-lərə çıxarıb müsahibə verdirdilər, daha sonra təcridxanadan psixatrik xəstəxanaya köçürdülər, yəqin bir müddət keçəndən sonra da azadlığa buraxarlar. Bax budur, İranın əsl sifəti. Bax bu qədər xəbis və namərd təfəkkürdədir -İran! Nəxələflər! Yırtıcılar! Budurmu sizin ədalət? Budurmu sizin cinayət araşdırmanız? Budurmu sizin terrorla mübarizəniz?

Molla rejimi özünü artıq "axırıncı yola” qoyub. Bunlar başını itirib. Amma heç darıxmasınlar. Onsuzda özləri-özlərini bitirəcəklər. Yürütdükləri axmaq və yaramaz siyasətlə!” - deyə Partiya Sədri fikirlərinə davam edib.

Xəbər lenti