“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib

15 Noyabr 2023, 17:13
15 Noyabr
2023
17:13
421
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 15 noyabr tarixində Bakı Konqres Mərkəzində 150 gəncin iştirakı ilə "Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib.
2023-cü il "Heydər Əliyev ili” çərçivəsində Türk Dövlətləri Birliyinə daxil olan ölkələrin tələbə gəncləri arasında mədəni və sosial əlaqələrin möhkəmləndirilməsi, birgə fəaliyyətin təmini, türk dövlətləri gəncləri arasında əlaqələrin inkişafında gənclər təşkilatlarının rolunun artırılması məqsədi ilə təşkil edilən forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək Türk Dövlətləri gəncləri arasında əməkdaşlıq imkanlarının genişlədirilməsi, şəbəkələşmə fəaliyyətlərinin artırılması və gələcək perspektivlərin əhəmiyyətini müzakirə edərək birlik və bərabərliyin ortaq güc naminə vacibliyini xüsusi vurğulayıblar. Qonaqlar çıxışlarında Ümummilli Lider Heydər Əliyevin hələ 1994-cü ildə dövlət başçılarının İstanbul sammitində Türk Dövlətlərinin əlaqələrinin inkişafına, türk xalqlarının birliyinə xüsusi önəm verərək bildirdiyi "Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik” fikrini xatırladaraq günümüzdə əldə edilən uğurların Ulu Öndərin əsasını qoyduğu uzaqgörən siyasətə dayandığını dilə gətiriblər. Bu siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas tərkib hissəsinə çevrilən türk dövlətləri ilə sıx siyasi, iqtisadi, mədəni inkişafa yönəlik fəaliyyətin ölkə gəncləri üçün müasir önəmli çağırış olması ilə yanaşı atılacaq gələcək addımların müəyyənləşdirilməsi istiqamətində də əhəmiyyətli rol oynadığını ifadə ediblər.
Forum Türk Dövlətləri ölkələri gənclərinin çıxışları ilə davam edib. Tədbirin rəsmi hissəsindən sonra "Ümummilli Lider Heydər Əliyevin Türk Birliyinin möhkəmləndirilməsində rolu" mövzusunda panel müzakirə keçirilib. ATGTİ-nin sədri Pərviz Mirələmlinin moderatorluğu ilə təşkil edilən panel müzakirədə panelçilər qismində Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev və Azərbaycan Respublikasının sabiq Baş naziri və xarici işlər naziri Həsən Həsənov, NAYORA-nın sədri Azər Əliyev, DAVAM Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar çıxış ediblər. Panel müzakirə sual-cavab sessiyası ilə davam edib.
Tədbirin bədii hissəsində gənc istedadlar "Sarı Gəlin", "Qarabağ Şikəstəsi" və digər musiqi nömrələri ilə çıxışlar ediblər.
Tədbir xatirə fotosunun çəkilişi ilə başa çatıb.






Xəbər lenti
-
18:44“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
17:12“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
17:25“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
10:24"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
14:05Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
11:31Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:23Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:05“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
19:55Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:56“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
14:43Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:13“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:00Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:33“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:02Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:57Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:19Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:42"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:56GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
13:56"Minor Electronics"in "Ağdaş" filialının yeni ünvanda möhtəşəm açılışı baş tutub - FOTO + VİDEO
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
14:12“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
10:23200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:27MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
05 Dekabr 2023
01 Dekabr 2023
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
26 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
03 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
31 Oktyabr 2023
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
SİYASƏT
“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
SİYASƏT
“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
SİYASƏT
"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
SİYASƏT
Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
SİYASƏT
“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
SİYASƏT
“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
SİYASƏT
İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib