Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə bağlı tədbir keçirilib

Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə bağlı tədbir keçirilib
 
7NEWS.az xəbər verir ki, tədbir Mingəçevir şəhəri Heydər Əliyev mərkəzində baş tutub.

 Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun sədri Fərid Cəfərov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Fərhad Əliyev və digər rəsmilər iştirak edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli "Heydər Əliyev ili"ndə Mingəçevirin Gənclər Paytaxtı seçilməsinin əlamətdar hadisə olduğunu qeyd edib və Mingəçevirlilər üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.O bildirib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız məhz gənclərimizin şücaəti sayəsində azad edilib.
"Eyni zamanda gənclərimiz təkcə döyüş meydanında deyil,informasiya müharibəsində də qələbə qazandılar. Mübarizəmiz indi də davam edir.Bu gün Xankəndi-Laçın yolunda ekoloji terrora yox deyən,bir neçə gün öncə İrandakı səfirliyimizə terror hücumunun qarşısını alanlar da Azərbaycan gəncləridir" - deyə o qeyd edib.
Daha sonra çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov isə bildirib ki, MDB məkanında Gənclər Günü ilk dəfə Azərbaycanda təsis olunub.
"İlk dəfədir ki, biz Gənclər Gününü Bakıdan kənarda qeyd edirik.Bunun üçün ölkəmizin bir sıra regionlarından gənclərimiz burada iştirak edir. İl ərzində Mingəçevirdə müxtəlif tərdbirlər keçirəcəyik. Azərbaycanın çox bacarıqlı, aktiv gəncləri var" - deyə o qeyd edib.
Gənclər Fondunun Prezidenti Fərid Cəfərov da çıxışında gənclər siyasətinin uğurla davam etdirildiyini deyib. Bu il Mingəçevirin Gənclər Paytaxtı elan edilməsi ilə əlaqədar olaraq Mingəçevirli gənclərin böyük işlər görəcəyinə ümidvar olduğunu bildirib.
Tədbir çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən bir qrup gəncə "İlin gənci" mükafatları təqdim edilib.
Paytaxtın rəmzi açarı Tovuzdan alınaraq Mingəçevir şəhərinə təqdim olunub.Daha sonra Mingəçevir Gənclər Paytaxtının loqosu təqdim olunub.
Tədbir musiqili proqramla davam edib.
 








 

Xəbər lenti