Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Ulu Gəncənin inciləri” adlı yaradıcılıq sərgisi keçirilib

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Ulu Gəncənin inciləri” adlı yaradıcılıq sərgisi keçirilib
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində əməkdar rəssam, metalişləmə üzrə mütəxəssis Əkbərov Mübariz Səməd oğlunun, Azərbaycan Rəssamlar İttifaqının üzvü, heykəltəraş Rüstəmov Cəmaləddin Hamlet oğlunun və əməkdar rəssam, dekorativ tətbiqi sənət ustası Məhərrəmov Saləddin Şurəddin oğlunun "Ulu Gəncənin inciləri” adlı yaradıcılıq sərgisi keçirilib.

Sərgidə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, şəhər ziyalıları və media nümayəndələri iştirak edib.
Çıxış edənlər sərginin əhəmiyyətindən danışaraq rəssamlara yaradıcılıqlarında uğurları arzulayıb. Bildiriblər ki, sərgidən də göründüyü kimi, rəssamların yaradıcılığı geniş və çoxşaxəlidir. Onlar müşahidə etdiklərini, gördüklərini özünəməxsus şəkildə işləyərək gözəl əsərlər ərsəyə gətiriblər. 
Vurğulanıb ki, bədii oyma dekorativ - tətbiqi sənətin ən qədim və geniş yayılmış növlərindən biridir. Ölkəmizdə oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Əcdadlarımızın hələ qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur. Qeyd olunub ki, bədii oyma çətin sənətdir və insandan istedad, təmkin, böyük zəhmət, dəqiqlik, incəlik tələb edir. Bunlar kompleks şəkildə olanda yaxşı əsər meydana gəlir. Bu sənəti mənimsəmək üçün insan xəttatlıqdan, nəqqaşlıqdan, xarratlıqdan, rəssamlıqdan məlumatlı olmalı, bu incəsənət növlərini də mənimsəməlidir. Məsələn, ağac üzərinə yaxşı bir oyma naxış salmaq istəyirsənsə, onun eskizlərini də hazırlamalı, ölçülərini yaxşı bilməlisən.
Daha sonra çıxış edən rəssamlar öz yaradıcılıqları haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.

Xəbər lenti