Milli Məclis iki beynəlxalq sənədi ratifikasiya, bir qanunu isə ləğv edəcək
Bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə onlayn iclası keçirilib.
7NEWS.Az-ın xəbərinə görə, toplatının gündəliyinə "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə və "2010-cu il 19 noyabr tarixli "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokola qoşulmaq barədə və "Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında” qanun layihəsi daxil edilib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, iki komitənin birgə iclasının gündəliyinə çıxarılan məsələ əqli mülkiyyət hüququnun qorunması və mühafizəsi sahəsində əməkdaşlıq üzrə sazişlərin ratifikasiyası ilə əlaqədardır. Sazişlərin spesifikliyindən danışan birinci vitse-spiker diqqətə çatdırıb ki, sənəddə sahə əməkdaşlıq orqanının yaradılması nəzərdə tutulub. Sazişə görə, tərəflər əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şura yaradırlar və Şura öz fəaliyyətini bu sazişin ayrılmaz hissəsi olan müvafiq Əsasnamə əsasında həyata keçirir.
Qeyd olunub ki, Azərbaycan tərəfi sənədə müəyyən qeyd-şərtlə qoşulur. Azərbaycanın indiyədək beynəlxalq sənədləri imzalayarkən Ermənistanın torpaqlarımızı işğalı faktını xüsusi qeyd-şərt kimi irəli sürməsinin siyasi-hüquqi və tarixi əhəmiyyətini vurğulayan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hazırda təqdim olunan qeyd-şərtin ərazi bütövlüyü məsələsi ilə deyil, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı olduğunu bildirib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında gündəliyə çıxarılan bir qanun layihəsinin bir saziş və bir protokol olmaqla iki beynəlxalq sənədin ratifikasiyasını və bir qanunun ləğv edilməsini nəzərdə tutmasından danışıb.
Bildirilib ki, bu beynəlxalq sənədlər 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Saziş və 2017-ci il mayın 26-da Kazan şəhərində imzalanmış "2010-cu il 19 noyabr tarixli "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokoldur.
Sözügedən saziş və protokolla bağlı tarixi ardıcıllıq üzrə ətraflı izahat verən komitə sədri Azərbaycanın bu sənədlərə qoşulmasını dövrün çağırışları kontekstində dəyərləndirib.
Səməd Seyidov təqdim olunan sazişlə bağlı Azərbaycanın müvafiq qeyd-şərtinin keyfiyyətcə yeni məzmun daşıdığını, Vətən müharibəsindəki Zəfərimizin yaratdığı reallıqlara və çağırışlara tam uyğun olduğunu bildirib. Belə ki, Azərbaycanın qeyd-şərtinə görə bu sazişin müddəaları münaqişənin nəticələri tam aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.
Qeyd edilib ki, qanun layihəsində 1998-ci il 4 dekabr tarixli "Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” Qanunun ləğvi də 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişin müddəalarından irəli gəlir.
Deputatlar Asim Mollazadə və Elman Nəsirov iclasda çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini və müsbət rəylərini səsləndiriblər. Onlar sazişin Azərbaycanın maraqlarına tam cavab verdiyini qeyd ediblər və sənədlə bağlı irəli sürülən qeyd-şərtdə Vətən müharibəsində Zəfərimizin reallıqlarının əks olunmasını yüksək dəyərləndiriblər.
Müzakirələrin sonunda sənəd baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, deputatlar Əminə Ağazadə, Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Tahir Kərimli, Azay Quliyev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Elşən Musayev, Madər Musayev, Nizami Səfərov, Sahib Alıyev, Nigar Arpadarai, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Azər Kərimli, Nəsib Məhəməliyev, Ramin Məmmədov, Sevil Mikayılova, Rasim Musabəyov, Sabir Rüstəmxanlı və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
Digər xəbərlər
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH