Millət vəkili yüksək bal toplamış tələbələrlə görüşdü - UCARDA

Millət vəkili yüksək bal toplamış tələbələrlə görüşdü - UCARDA
91 saylı Ucar Seçki Dairəsindən seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 22 sentyabr 2020-ci il tarixində YAP Ucar rayon təşkilatının qərargahında bu il ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrlə görüşmüşdür. Ucar şəhər 4 saylı tam orta məktəbin məzunları Əzizxanım Əliyeva və Kimyaxanım Babayeva, Qarabörk kənd tam orta məktəbin məzunu Sara Orucova və Şahlıq kənd tam orta məktəbin məzunu Aidə İsmayılova  və onların valideynlərinin iştirak etdiyi görüşü açan rayon təşkilatının sədri Şəhla Abdullayeva ali məktəblərə qəbulun nəticəsi haqqında məlumat verdi. Millət vəkili Ramil Həsən uğur qazanan gəncləri və onların valideynlərini təbrik edərək qeyd etdi ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətçə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələr qazanmasını şərtləndirir. O gənclərə bundan sonrada diqqət və qayğını əsirgəməyəcəyini  hər tərəfli  dəstəyi göstərəcəyini bildirərək tutduqları yolda dövlətimizin milli maraqları, ölkə rəhbərimizin həyata keçirmiş olduğu siyasət istiqamətində sadaqətli və uğurlu yol diləmiş, hər zaman yanlarında olacağını bildirmiş, tələbəlik illərində ixtisaslarını gözəl öyrənmələri ilə yanaşı gənclər siyasətinin fəal iştirakçıları olmağı  tövsiyyə etmişdir. 
Valideynlər adından Arif Əhmədov çıxış edərək Azərbaycan Respublikasının inkişafı naminə aparılan daxili və xarici siyasəti üçün, eyni zamanda hər bir Azərbaycan vətandaşına diqqət və qayğı ilə yanaşdığı üçün Ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildirdi. 
Tələbələrə hədiyyələr təqdim olundu.
 
 

Xəbər lenti