MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

09 May 2025, 10:15
09 May
2025
10:15
93
Mayın 8-də Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin beynəlxalq səviyyədə keyfiyyətinin artırılması və tələbə-müəllim heyətinin dil bacarıqlarının inkişaf etdirilməsi məqsədilə universitetdə "Cambridge University Press Assessment” təşkilatının Azərbaycandakı rəsmi tərəfdaşı olan ITAC – International Training and Assessment Center ilə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb və "Cambridge Resurs Mərkəzi”nin rəsmi açılışı həyata keçirilib.
Mingəçevir Dövlət Universitetinin rektoru professor Anar Eminov "Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bu əməkdaşlığın universitetin beynəlmiləlləşmə strategiyası çərçivəsində atılan əsaslı addım olduğunu bildirib:
"Mingəçevir Dövlət Universitetində beynəlmiləlləşmə strategiyamız çərçivəsində bu gün daha bir mühüm addım atıldı. Tələbə və əməkdaşlarımızın ingilis dili bacarıqlarının inkişafı və tədris prosesinin beynəlxalq təhsil standartlarına uyğunlaşdırılması məqsədilə "Cambridge University Press Assessment" təşkilatının Azərbaycandakı rəsmi nümayəndəliyi olan ITAC ilə əməkdaşlığa başladıq".
Rektor qeyd edib ki, bu əməkdaşlıq universitetin tədris sistemində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq:
"Tədris planlarımız və fənn sillabuslarımız Cambridge Universitetinin akademik standartlarına uyğunlaşdırılacaq. Tələbə və müəllimlərimiz TKT (Teaching Knowledge Test), IELTS və Cambridge English Qualifications imtahanlarına hazırlıq məqsədilə ödənişsiz qruplarda təlim alacaqlar. Yüksək nəticə göstərən tələbə və müəllimlərimiz Londonda Yay məktəbində universitet hesabına təkmilləşdirmə kurslarında iştirak edəcəklər".
A.Eminov əlavə edib ki, yeni yaradılan Cambridge Resurs Mərkəzi təkcə universitet üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli bir akademik infrastruktur olacaq:
"Biz bu mərkəz vasitəsilə həm universitet daxilində, həm də regionda fəaliyyət göstərən təhsil müəssisələri üçün beynəlxalq səviyyədə keyfiyyətli tədris mühitini formalaşdırmağı qarşıya məqsəd qoymuşuq. MDU bu istiqamətdə yalnız təhsil alanlara deyil, eyni zamanda orta məktəb, peşə məktəbi və kolleclərdə çalışan müəllimlərə də dəstək verəcək.”
ITAC direktoru Həsrət Şıxbabayev isə "Azərbaycan müəllimi”nə verdiyi açıqlamada bildirib ki, MDU ilə əməkdaşlıq genişmiqyaslı Cambridge modelinə əsaslanan sistemli tədrisin regiona inteqrasiyasını təmin edəcək:
"Bizim əsas məqsədimiz universitetdə Cambridge sisteminə uyğun tədris mexanizmini formalaşdırmaqdır. İngilis dili müəllimliyi və iqtisadiyyat fakültələrinin tələbələri diaqnostik qiymətləndirmədən sonra Cambridge tədris modelinə uyğun mərhələlərə bölünəcək və onlar beynəlxalq imtahanlara – IELTS, Linguaskill, B2 First (FCE) – hazırlıq proqramlarında iştirak edəcəklər. Eyni zamanda, müəllimlərin də bu istiqamətdə təlimlərə cəlb olunması və regionun müxtəlif məktəblərində çalışan müəllimlərlə seminarların təşkili planlaşdırılır.”
O əlavə edib ki, rəsmi Cambridge imtahanlarının MDU-da təşkili və Cambridge Universiteti ilə birgə Beynəlxalq İngilis Dili Olimpiadasının keçirilməsi təşəbbüsü də müzakirə olunub:
"MDU ilə müqaviləmiz çərçivəsində Mərkəzi Aran regionunda rəsmi Cambridge imtahanlarının təşkili istiqamətində birgə fəaliyyət göstərməyi hədəfləmişik. Universitet rəhbərliyinə yaradılan şərait üçün təşəkkür edirəm və əminəm ki, bu əməkdaşlıq həm universitet, həm də region üçün təhsil keyfiyyətinin yüksəlməsində ciddi nəticələr verəcək.”
MDU-nun Xarici dillər kafedrasının ingilis dili müəllimi Lalə Rüstəmova isə bildirib ki, bu təşəbbüs həm tələbələr, həm də müəllimlər üçün yeni imkanlar yaradır:
"İngilis dili müəllimliyi və iqtisadiyyat ixtisaslarında təhsil alan tələbələr Cambridge sillabusuna uyğun şəkildə mərhələlərə bölünəcək və bu proqramlarla hazırlıq alacaqlar. Bu, universitetin tədris sisteminin ITAC proqramı ilə tam inteqrasiyasını təmin edəcək. Cambridge Resurs Mərkəzinin MDU-da yaradılması bizim üçün eyni zamanda məsuliyyətdir, çünki biz universitet olaraq regionun təhsil inkişafına töhfə vermək missiyasını daşıyırıq.”
Onun sözlərinə görə, universitetə müraciət edən hər bir təhsil müəssisəsi – orta məktəb, kollec – bu sistemdən faydalana biləcək və Cambridge University Press Assessment standartlarına uyğunlaşdırılmış tədris proqramları gələcəkdə bütün strukturu əhatə edəcək.


7News.Az
Xəbər lenti
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
Digər xəbərlər
-
SİYASƏT
Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
SİYASƏT
Siyasi hipnoz
-
SİYASƏT
MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
SİYASƏT
Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
SİYASƏT
Dünyanı xilas edə biləcək çağırışlar
-
SİYASƏT
Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
SİYASƏT
Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
SİYASƏT
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
SİYASƏT
Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb