Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 11-ci Dünya Hökumət Sammitində
13 Fevral 2024, 11:45
13 Fevral
2024
11:45
485
12-14 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən 11-ci Dünya Hökumət Sammitində iştirak edir.
Sammitin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların və texnologiyaların təşviqi, süni intellektin insan həyatına təsiri və dünyanın gələcəyi ilə bağlı ən son tendensiyaların müzakirəsidir.
"Gələcək hökumətlərin proqnozlaşdırılması” şüarı altında keçirilən sammitdə 5000-dən çox qonaq iştirak edir. Onların arasında dünyanın 100-dən çox ölkəsindən olan dövlət və hökumət başçıları, aparıcı beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər və ekspertlər var.
Sammitin ilk günü Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "İnsan Resurslarının Gələcəyi” mövzusunda dəyirmi masa formatında təşkil olunan sessiyada çıxış edib. Ülvi Mehdiyev inkişaf edən qlobal dünyada yeni texnologiyaların, o cümlədən süni intellekt və data əsaslı qərar qəbuletmə mexanizmlərinin tətbiqinin insan resurslarının bacarıqlarının arıtırılmasına verdiyi töhfədən bəhs edib. Eyni zamanda əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi məqsədilə "ASAN xidmət”də istifadə olunan xüsusi platformanın önəmi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Müvafiq sessiyada BƏƏ, Qətər, Kolumbiya, Braziliya, Çili, Misir, Peru, Özbəkistan, Cənubi Afrika Respublikasının müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, eləcə də nüfuzlu beynəlxalq şirkətlərin nümayəndələri çıxış ediblər.
Dövlət Agentliyinin sədri "Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 2024” platforması çərçivəsində "2045-ə gedən yolda İnkişaf İstiqamətləri: Dünyanın Gələcəyinin Yönləndirilməsi” mövzusunda baş tutmuş Nazirlər Toplantısında da çıxış edib.
Toplantıda 2024-cü ilin ölkəmizdə "Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunduğu qeyd edilərək Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi barədə tədbir iştirakçıları məlumatlandırılıblar. "Dayanıqlı İnkişaf Məqsədləri (DİM)” və ondan sonrakı dövr üzrə qoyulan hədəflərə çatmaq üçün bütün sahələr üzrə tərəfdaşlıq fəaliyyətlərinin icrasının və bu istiqamətdə birgə səylərin genişləndirilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda DİM-lərə nail olunmasında Dövlət Agentliyi tərəfindən reallaşdırılan ağıllı hökumət həlləri və "ASAN xidmət” təcrübəsi vurğulanıb.
Toplantıda Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri ilə yanaşı, BƏƏ, Rumıniya, Albaniya, Ruanda, Misir, Qırğız Respublikasının müxtəlif sahələr üzrə nazirləri, həmçinin BMT-nin ixtisaslaşmış təşkilatlarının və bölmələrinin, eləcə də müvafiq beynəlxalq təşkilatların rəhbər heyəti iştirak edib.
Dövlət Agentliyinin nümayəndə heyətinin BƏƏ-yə səfəri davam edir.
Xəbər lenti
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
-
11:48“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:22"Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb" - İlham Əliyev Fransa və Paşinyanın havadarlarına öz yerini göstərdi
-
13:02Səbuhi Abbasov: “Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq”
-
10:18"Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu" başa çatdı – FOTOLAR
-
13:26“Ölümü öldürən adam...”
-
09:35Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)
-
09:33Heydər Əliyevin vəfatından 21 il ötür
-
09:31Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
11:11Gələcəyə baxış: təhsil və iş dünyasında yeni çağırışlar – FOTO
-
11:21Qərbin bəzi dairələrindən alınan qanunsuz pullar milli maraqlarımızın zədələnməsinə hesablanıb - Səbuhi Abbasov
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
23 Dekabr 2024
20 Dekabr 2024
19 Dekabr 2024
14 Dekabr 2024
12 Dekabr 2024
10 Dekabr 2024
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
03 Dekabr 2024
02 Dekabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
Digər xəbərlər
-
SİYASƏT
"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
SİYASƏT
"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
SİYASƏT
Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
MANŞET, SİYASƏT
Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
SİYASƏT
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
SİYASƏT
"Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb" - İlham Əliyev Fransa və Paşinyanın havadarlarına öz yerini göstərdi
-
MANŞET, SİYASƏT
Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)