Jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işləri həyata keçirilib

Jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işləri həyata keçirilib
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Səbail rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir.
 Rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Yeni Salyan yolu 22 ünvanında yerləşən jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işləri həyata keçirilmişdir. 
Sakinlərin təklif və müraciətləri nəzərə alınaraq aparılan abadlıq işləri çərçivəsində binanın həyətində ümumilikdə 350 kv.m sahədə yeni tamet daş örtüyü salınmış, vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə iki yeni söhbətgah, yeni işıq dirəkləri və oturacaqlar quraşdırılmış, o cümlədən yararsız idman qurğuları və attraksionlar yenilənmiş, eyni zamanda uşaqlar üçün əyləncə meydançaları rezin örtüklərlə üzlənmişdir. Eyni zamanda, burada keçirilmiş iməclik işləri zamanı həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, həmişəyaşıl ağac və gül kollarının əkilməsi də təmin edilmişdir.
Məlumat üçün bildiririk ki, ötən dövr ərzində müvafiq binada yaşayan jurnalistlərin məişət ehtiyaclarının qarşılanması və rahatlığının təmin olunması məqsədilə market istifadəyə verilmiş, binanın qarşısında bankomat və "BakıKart” yükləmə aparatı yerləşdirilmişdir. Bununla yanaşı, binanın işıqlandırma sistemi əsaslı şəkildə yenilənmiş, ərazidə yaşıllıq sahələrinin artırılması məqsədilə mütəmadi olaraq ağacəkmə kampaniyası keçirilməkdədir.
Qeyd edək ki, aparılan abadlıq işlərində əsas məqsəd binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.
 Açıklama yok.
Açıklama yok.

Açıklama yok.

Xəbər lenti