"Çin sözün gerçək anlamında Azərbaycanın dostudur" - Partiya Sədri

"Möhtərəm Prezidentimiz İlham Əliyevin Davosda Çin televiziyasına verdiyi müsahibədə səslənən fikirlər Azərbaycan və Çin dövlətləri arasındakı dostluq və qardaşlıq münasibətlərinin növbəti, əyani təzahürüdür. Həqiqətən də bu iki ölkə 30 il ərzində ciddi diplomatik, iqtisadi, siyasi yaxınlaşma əldə edib və bu da ona dəlalət edir ki, Çin sözün gerçək anlamında Azərbaycanın dostudur."- 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Çin dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsinə böyük həssaslıqla yanaşıb. Eyni zamanda bir məqamı xatırlatmaq yerinə düşər ki, Çin Prezidenti ötən ilin payızında "Bir kəmər, bir yol" Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi "Çinin böyük dostu" adlandırmışdır.

Hazırda Azərbaycanın Çindən növbəti və əsas gözləntilərindən biri də odur ki, qardaş ölkə Ələt İqtisadi zonasında yaranacaq fürsətlərdən bəhrələnsin və iqtisadi münasibətlərimiz daha da genişlənsin.

Çin bütün sferalarda Azərbaycan üçün olduqca əhəmiyyətli tərəfdaşdır və heç şübhəsiz ki, bizim  dostluq və müttəfiqlik əlaqələrimiz bundan sonra da inkişaf edəcək" - deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti