İl ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş MEDİA könüllüləri diplomla təltif edilib

İl ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş MEDİA könüllüləri diplomla təltif edilib
MEDİA könüllüləri Azərbaycan Könüllülərinin V Həmrəylik Forumunda iştirak edib.

Forum MEDİA könüllülərinin də təmsil olunduğu sərgi ilə başlayıb. Sərgi zamanı təşkilatların fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub.

5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumda Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir çərçivəsində, il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər, eləcə də 5 MEDİA könüllüsü diplomla təltif edilib. 

Yekunda Azərbaycan könüllüləri adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanıb.




Xəbər lenti