“Hesab edirəm ki, Erkin Qədirli təcili şəkildə öz həmkarlarından üzr istəməlidir” – Elşən Musayev

“Hesab edirəm ki, Erkin Qədirli təcili şəkildə öz həmkarlarından üzr istəməlidir” – Elşən Musayev
"Erkin Qədirlinin söylədikləri bir tək fərdi məsuliyyətsizlik deyil, eyni zamanda böhtandır, yalandır və cəfəngiyyatdır. Bir millət vəkili belə açıqlama verməməlidir və ən azından onu Parlamentə seçən insanların iradəsinə, mövqeyinə, səsinə hörmət qoymalıdır. Erkin Qədirli isə nəinki özünə, seçicilərinə hörmət qoymayıb, o ümumiyyətlə bütün həmkarlarını hədəfə alan mənasız, qanunazidd, bəsit xarakterli söhbətlər edib.”

 

7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Hesab edirəm ki, Erkin Qədirli öz həmkarlarından və seçicilərindən təcili şəkildə üzr istəməlidir. Eyni zamanda Milli Məclisin İntizam Komissiyasında Erkin Qədirlinin məsələsinin qaldırılmasının vacibliyini düşünürəm.” – deyə Partiya sədri fikirlərinə davam edib.  

Xəbər lenti