"Harid Fədainin Türk dünyasındakı yeri" adlı tədbir reallaşdı - Doğu Akdeniz Universitetində

7NEWS.a xəbər verir ki, bu günlərdə Şimali Kipr Türk Respublikası Qazi Mağusa şəhərində yerləşən Doğu Akdeniz Universitetində "Harid Fədainin Türk dünyasındakı yeri" adlı anma proqramı reallaşdı. Proqram Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başladı. Kipr Azərbaycan Diaspora Mərkəzi tərəfindən mərhum Harid Fədai haqqında çəkilmiş bəlgəsəl ilk dəfə anma gecəsində göstərildi. Gecənin rəsmi hissəsi KADM sədri Raul Dinyevin açılış çıxışı ilə başladı. Şimali Kipr Türk Respublikası keçmiş məclis başkanlarından İsmayıl Bozkurt, H. Fədainin qızı yoxlama, dəyərləndirmə yönləndirmə qurumu keçmiş başkanı İləy Taşkın Fədai də tədbir iştirakçılarına Harid Fədai ilə bağlı öz xatirələrini paylaşdı. Türkiyə Cumhuriyəti dövləti Kipr Lefkoşa səfirliyi və Lefkə Avropa Universitetinin də qatıldığı tədbirdə duyğusal anlar da yaşandı. Hələ sağlığında çap olunan onlarla kitabları, yüzlərlə məqalələri və Türk dünyasına etdiyi xidmətlərdən söz açıldı.

Xəbər lenti