Gürcüstanda Heydər Əliyev adına sərbəst güləş üzrə dostluq turnirinin təltifetmə mərasimi keçirilmişdir

Gürcüstanda Heydər Əliyev adına sərbəst güləş üzrə dostluq turnirinin təltifetmə mərasimi keçirilmişdir
2021-ci ilin may ayının 9-10 tarixlərində Gürcüstanın Kvemo Kartli regionunu əhatə sərbəst güləş üzrə Heydər Əliyev adına dostluq turniri keçirilmişdir.

 

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin, "SOCAR Georgia” şirkətinin və Gürcüstan Azərbaycanlı İdmançılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan turnirin 10 may tarixində Marneuli şəhərində yerləşən "AtaHolding” binasının idman zalında təltifetmə mərasimi keçirilmişdir.

 

Mərasimdə turnir iştirakçıları ilə yanaşı Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, Gürcüstanın Kvemo-Kartli regionun qubernatoru Şota Rexviaşvili, Marneuli merinin v.i.e. Zaur Tabatadze, Gürcüstanın Güləş Federasiyasının Kvemo-Kartli regionu üzrə prezidenti Tamaz Kvenukaşvili, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyinin sədri Tofiq Əkbərov və digər rəsmi şəxslər iştirak etmişlər.

 

Ulu Öndər Heydər Əliyev adına sərbəst güləş üzrə dostluq turnirinin mükafatlandırma mərasimindən öncə çıxış edən Səfir Faiq Quliyev ilk dəfə olaraq Kvemo Kartli regionunun mərkəzi şəhəri olan Marneulidə geniş miqyaslı idman turnirinin keçirilməsinin sevindirici hal olduğunu qeyd etmişdir.

 

Səfir xüsusən də, Kvemo Kartli regionun Administrasiyasının və Gürcüstan Güləş Federasiyasının turnirin həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildimişdir.

 

Səfir F.Quliyevin Ulu Öndər Heydər Əliyevin idman sahəsinə xüsusi diqqət göstərdiyni, bugün də layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən nə inki Azərbaycanda, soydaşlarımız yaşayan dünyanın müxtəlif bölgələrində idman komplekslərinin tikilməsi üçün göstərişlər verildiyini bildirmişdir.

Səfir qeyd olunanların bariz nümunəsi kimi,  Ulu Öndər Heydər Əliyev adına sərbəst güləş üzrə keçirilən turnirin binasının, bugünədək Gürcüstanda tikilən və yaxın günlərdə istifadəyə veriləcək idman kompleksləri barədə məlumat vermişdir.

Daha sonra çıxış edən Gürcüstanın Kvemo-Kartli regionun qubernatoru Şota Rexviaşvili qeyd etmişdir ki, məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Gürcüstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, Heydər Əliyev Gürcüstanla bütün sahələr üzrə əlaqələrin inkişafına xüsusi önəm vermişdir. Qubernator xüsusi ilə vurğulamışdır ki, Heydər Əliyevin hakimiyyəti illərində yalnız iki ölkə üçün deyil, həmçinin beynəlxalq əhəmiyyətli iri layihələr də həyata keçirilmişdir.

 

Daha sonra çıxış edənlər Gürcüstanla Azərbaycan arasındakı sıx münasibətlərin daha da inkişaf etdirilməsi üçün idman tədbirlərinin davamlı keçirilməsini təklif etmişlər, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirin gələcək üçün nümunəvi addım olduğunu vurğulamışlar.

Səfirlik və Gürcüstanın Azərbaycanlı İdmançılar Birliyinin birgə təşkil etdiyi yarışa 20 – 75 kiloqram çəki kateqoriyaları üzrə 16 idman klubunun 150-yə yaxın idmançısı qatılmışdır.

Turnirin qaliblərinə kubok, medallar, pul mükafatları və sertifikatlar təqdim olunmuşdur.
 
 

Xəbər lenti