Günel Səfərova sədr seçildi

Günel Səfərova sədr seçildi

Günel Səfərova qeyd edib ki, təşkilatın əsas vəzifələri müxtəlif problemləri tədqiq etmək yolu ilə onun həllinə ictimai diqqəti cəlb etmək, cəmiyyəti narahat edən məsələlərin həllinə yardım üçün vətəndaş cəmiyyəti, media və dövlət qurumlarının birgə fəaliyyətinə nail olmaq, sosial, ictimai-siyasi, iqtisadi, təhsil, səhiyyə, idman, elm və texnologiya, media, hüquq, ekoloji, aqrar, mədəni-humanitar və digər sahələrdə geniş spektrli tədqiqatlar aparmaq, demokratik proseslər sahəsində tədqiqatları, fikir plüralizminin dərinləşməsini və sosial cəhətdən əhəmiyyətli olan təşəbbüsləri müdafiə etmək, insan hüquq və azadlıqları üzrə maarifləndirmə və monitorinqin aparılması, korrupsiyaya qarşı mübarizədə ictimaiyyəti maarifləndirməklə səfərbər etmək, miqrasiya və demoqrafiya proseslərini öyrənmək, qaçqın və məcburi köçkünlərin, müxtəlif aztəminatlı əhali qruplarının problemlərini araşdırmaq, gənclərin intellektual inkişafını və innovativ təşəbbüslərini təşviq etmək, ailə, qadın və uşaqların sosial və mənəvi inkişafına dair araşdırmalar aparmaq, onlara sosial, mənəvi, hüquqi və psixoloji yardım göstərmək, gender bərabərliyini araşdırmaq və təbliğ etmək; mədəni və etnik müxtəlifliyin, milli-mənəvi və dini dəyərlərin qorunmasını təşviq etmək və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təbliğat kampaniyasına dəstək verməkdir.

G.Səfərova vurğulayıb ki, Nizamnamə ilə nəzərdə tutulmuş vəzifələri həyata keşirmək üçün Birlik araşdırmalar, monitorinqlər aparacaq, hər növ sosioloji sorğular keçirəcək, sosial iş və korporativ sosial məsuliyyət layihələrini həyata keçirəcək.

Xatırladaq ki, Günel Səfərova QHT sektorunda uzun müddətdir fəaliyyət göstərir. Sədr olana qədər "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru olub. G.Səfərova 2017-ci ilin may ayından Azərbaycan Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvüdür

LOBBI.Az

Xəbər lenti