“Fransa öz riyakarlığını davam elətdirir.”– PARTİYA SƏDRİ

“Fransa öz riyakarlığını davam elətdirir.”– PARTİYA SƏDRİ
"Fransa Senatının ardınca bu riyakar ölkənin Milli Assambleyası da təxribata əl atdı, Azərbaycana qarşı qərəzli və ədalətsiz bir akt qəbul etdi. Bütün bunlar onun göstəricisidir ki, Fransa öz məsuliyyətsiz, ermənipərəst və beynəlxalq hüququn prinsiplərinə zidd əməllərini davam etdirir. Üstəlik, utanmadan, qızarmadan, namərdcəsinə davam etdirir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Fransa həqiqətən də erməninin bacısıdır və bu iki bacı artıq idarəolunmaz bir şəkildə öz cızığından çıxıb, həddini bilmir və bütün yaramazlıqları edir. Belələrinin cavabı gecikməməlidir. Fransa kimi ədalətsiz dövlət terrorçu ermənini müdafiə etməklə ilk növbədə öz adına xələl gətirir, özünü biabır edir, özünü beynəlxalq sferada nüfuzdan salır. Ayıb olsun. Başqa deyiləcək söz yoxdur.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti