Əmanətə sədaqət göstərənlərin mərhəmətinə əmanət olanlar - VİDEO

Əmanətə sədaqət göstərənlərin mərhəmətinə əmanət olanlar - VİDEO
"Azərlotereya" ASC "Əmanətə sədaqət" layihəsi çərçivəsində işini davam etdirir.

ASC təhsil təqaüdü ayrılan şəhid ailələrinin üzvləri ilə onların analarının Türkiyənin İstanbul şəhərində görüşünü keçirib. Aşağıda izləyəcəyiniz bu təsirli video həmin görüşdən hazırlanıb.

4433.JPG (31 KB)

Qeyd edək ki, "Azərlotereya" ASC-nin Elm və Təhsil Nazirliyi, eləcə də "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirilən sosial layihə hazırda 66 nəfəri əhatə edir. Onlardan 59-u Azərbaycanda, 7-si isə Türkiyədə təhsil alır. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır. "Azərlotereya” ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.

Onu da qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə bu cür oyunlar keçirən şirkətlərin gəlirlərinin 60 faizdən çoxu təhsil, səhiyyə və digər sektorlarda xeyriyyəçilik məqsədilə xərclənir. Artıq Azərbaycanda da bu prioritet məsələyə çevrilməkdədir.

Musavat.com sözügedən videonu təqdim edir.
 


 

 

Xəbər lenti