Dünyaya üç cümləlik şahanə türk mesajı!
Qardaş Türkiyə Cümhuriyyəti hazırda Suriyada vətəndaş müharibəsi başlayar-başlamaz demək olar ki, bütün regional və qlobal geosiyasi aktorların onun əlehinə istifadə etdikləri "kür kartı"na "Fırat qalxanı" əməliyyatından sonra növbəti və daha mühüm zərbəni vurmaqdadır. Türk ordusunun bu əməliyyatı uğurla başa vuraraq güney sərhədlərinin etibarlı mühafizəsinin təmin etməklə ölkəsinin təhlükəsizliyini gücləndirməsi təbii haqqıdır. "Zeytun budağı" adlı verilən Afrindəki antiterror əməliyyatını bütün tərəfləri ilə geniş analiz etmək, onu zəruri edən şərtləri ətraflı təhlil etmək mümkündür. Ancaq mənim məqsədim bu deyil.
Bu gün Türkiyə mediasında məlum əməliyyata yola düşən xüsusi təyinatlı hərbiçilərdən birinin üç cümləlik açıqlaması yayıldı. Sadəcə 3 qısa cümlə... Ancaq köksümü qabardan, oxuyandan sonra "bunu yalnız bir türk əsgəri belə dəqiq və məğrurluqla deyə bilərdi" qənaətini qüvvətləndirən 3 verbal mesaj!
Bu 3 cümləlik cavab nəinki bir zabitin zirehli texnikanın üzərində, hazırlıqsız şəkildə ona verilən sualı cavablandırarkən bildirəcəyi ən qüvvətli fikirdir, mübaliğəsiz şəkildə deyə bilərəm ki, dünyanın güclü siyasi xadimlərinin, ən peşəkar PR menecerlərinin xüsusi həssaslıqla ölçülüb biçilmiş çox korrekt və hədəfi dəqiq nişan alan və situasiyanı mükəmməl izah edən nitqinə bərabərdir.
Beləliklə məhmətcik jurnalistin 3 sualını cavablandırıb:
I) "İstiqamət haradır?" Cavab: Qızıl alma!
Türk mifalogiyasında "qızıl alma" türk milləti, xüsusi ilə də Oğuz Türkləri üçün ona doğru getdikcə uzaqlaşan və səni daha böyük hədəflərə çatmağa çağıran, cazibəsi heç zaman əskilməyən qutsal ideyanı simvolizə edən bir ifadədir. Daha konkret ifadə eləsək dünya dediyimiz bu planetdə yaşayan türkləri vahid çatı altında birləşdirərək böyük bir imperatorluk qurmağı hədəfləyən, Turan sözünə sinonim sayılan bir simgədir. Zabit bu lakonik cavabı ilə bəlkə də xüsusi məqsəd güdmədən böyük və şanlı tarixə malik millətin mənsubu olduğunu bir daha dünyaya bəyan etdi və Türkiyənin əməliyyatın rəsmi elan edilən coğrafi hüdudlarından daha uzaq məsafəli hədəflərinin olduğunu bildirdi. Düşmənlərə başlanğıcdaca necə deyərlər "göz dağı" verdi!
II) "Ailənə sözün nədir"? Cavab: Gözləməsinlər!
Türk ordusunun müzəffərliyi, rəşadəti, vətəni, milli maraqları şərtsiz və ən çətin şərtlər altında mətinlik və əlahiddə qəhrəmanlıqla müdafiə etdiyinə dair tarixdə onlarla nümunə var. Göytürk şahzadəsi, Şərqi Göytürk xaqanı Şibi xaqanın oğlu Kürşad 639-cu ildə 39 silahdaşı ilə Çin imperatorunun sarayına daxil olub yüzlərlə düşmən əsgərini məhv edərək misilsiz qəhrəmanlıq göstərir. Bu hadisə bütün Çini titrədir və Göytürklər yenidən müstəqilliklərinə qovuşurlar. Belə misalların sayını xeyli artırmaq mümkündür. Müasiri olduğumuz Mübariz İbrahimovun qəhrəmanlığı da belə nümunələrdəndir. İndi isə Anadolu torpaqlarındakı bir mehmetcik adlıq cümləlik cavabıyla dillərdə əzbər olan Kürşadın şücaətindən 1500 il sonra ölümə, savaşa meydan oxuyaraq qarşılarına qoyulan məqsədə çatmaq üçün geriyə baxmadan son nəfəsinədək mücadiləyə başladıqlarını vurğulamış olur.
III) "Türkiyəyə bir mesaj göndərin". Cavab: Bu vətəni kimsə bölə bilməz!
Heç kimə sirr deyil ki, 1923-cü ildə Osmanlının külləri üzərində dünyaya yenidən meydan oxuyan, sələfindən daha müstəqil, dünyəvi, çağdaş tələblərlə ayaqlaşan və yalnız Anadolu insanının deyil, bütövlükdə bütün Türk-İslam coğrafiyasının avanqard qüvvəsinə çevrilən bir dövlətin - Türkiyənin qurulması o zamanın şərtləri ilə bir möcüzə idi. Bəli, möcüzə. İngilis sərkərdəsi Vinston Çörçillin dediyi "Çanaqqalada zəfər qazanmaq üçün əsgər, maliyyə, hərbi təhçizatı və digər zəruri olan hər şeyi nəzərə almışdıq, biz çox üstünüydük. Mütləq qalib gələcəkdik. Yalnız bir məsələni hesabata qatmamışdıq... Mustafa Kamalı" fikri bunun ən bariz sübutlarından biridir. O tarixdən ötən 95 il ərzində Türkiyə tarixi nəhəng gesosiyasi güclərin ən cazibədar maraq mərkəzi, kəskin siyasi, iqtisadi və hərbi mübarizə poliqonlarından biri kimi çoxsaylı sınaqlardan keçib. 2011-ci ildən üzü bəri Türkiyə yenidən hərəsi azından bir onilliyə yetəcək qədər olan, ssenari və rejissor işinə xarici antitürk dairələrinin müəlliflik etdiyi nəhəng siyasi çalxalanmalarla müşahidə olunan hadisələrə şahidlik edir. Atılan bütün addımlar xüsusi dəqiqliklə ölçülüb-biçilməsə də və xətalardan (erməni açılımı, "demokratik açılım", Suriya böhranına münasibət və s.) yan keçməsə də Türkiyə dövləti irili, kiçikli bütün təxribatların öhdəsindən böyük mətinliklə gəlib. Bu bir tərəfdən Türkiyə dövlətini idarə edən siyasi hakimiyyətin qətiyyəti, dünyanı idarə edən xarici düşmənlərin qarşısında dik duruşu, onların diktəsinə boyun əyməməsi, çoxsaylı daxili xəyanətkarlara (bir dövlətin parlamentində onu keçmişdə və hazırda soyqırım törətməkdə suçlayan, böhtançı mövqe tutan, minlərlə mülki vətəndaşın və dövlət rəsmilərinin öldürülməsinə, terrora haqq qazandıran bir fraksiyanın olmasının nə demək olduğunu güman edirəm dərk etməyən yoxdur) qarşı göz qırpmaması sayəsində, digər yandan alt qruplardakı etnik mənsubiyyətindən asılı olmayaraq yüksək dərəcədə milli şüura, həssaslığa və identikliyə sahib olan Türk millətinin vətən mövzusu ətrafında vahid güc kimi birləşməsi nəticəsində mümkün oldu. 1984-cü ildə Eruhda başlanan terror hadisəsiylə yarandığını bəyan edən KFP-yə (PKK) verilən böyük ölçüdə siyasi, ideoloji, maliyyə dəstəyinin fonunda 33,5 il sonra nəinki Türkiyənin ərazi bütövlüyünü bölmək, parçalamaq mümkün olmadı, onlara çirkin hədəflərinə çatmağa imkan verilmədi, əksinə müxtəlif istiqamətlər üzrə atılan addımlar bu terror təşkilatına rəğbət bəsləyənlərin azalmasına gətirib çıxardı. Bu konteksdən baxanda Türkiyə prezidenti R. T. Ərdoğanın illərdən bəri müxtəlif yerli və beynəlxalq auditoriyalarda açıq mətnlə bəyan etdiyi qardaşlıq, bir millət, bir dövlət, bir bayraq, bir vətən şüarlarına bir daha rəsmi dövlət strukturlarının, o cümlədən Cümhuriyyətin ana qoruyucularından olan, hər fürsətdəcə yıpradılmağa çalışılan ordunun, həmçinin Türkiyə cəmiyyətinin onurğasını təşkil edən bütün sosial, mədəni, siyasi qüvvələrin sahibləndiyini göstərir. Bəli, böyük Mehmet Akif Ərsoyun misralarında ifadə edildiyi kimi "Sahipsiz vətənin batması haqdır, sən sahib çıxarsan bu vətən batmayacaqdır".
Nə qətiyyətlə müstəqil siyasətini qoruyub saxlayan, dövlət maraqlarını birmənalı şəkildə müdafiə edən Azərbaycanı, nə də milli sərhədləri siyasi sərhədlərinə sığmayan, Türk Dünyasının ən qüdrətli ölkəsi olan Türkiyəni bölmək heç bir düşmənə nəsib olmayacaq. Bu gün sərhədlərindən kənarda özünü müdafiə haqqından uğurla və yüksək peşəkarlıqla yararlanan Türkiyəni sabah, bəlkə də sabah açılmadan hər ötən gün gücünə güc qatan qəhrəman Azərbaycan ordusunun Xankəndinə üç rəngli bayrağı sancması ilə nəticələnəcək müzəffər yürüşü izləyəcək. Ona görə bizi yaralaya, incidə, ağrıda, enerjimizi istədikləri istiqamətə yönəldə, diqqətimizi daha böyük hədəflərdən müəyyən zaman kəsiyində yayındıra bilərlər, ancaq heç zaman mehmetçiyimizin də dediyi kimi BU VƏTƏNİ BÖLƏ BİLMƏZLƏR!!! Damarlarımızda daşıdığımız müqəddəs qanın bizə verdiyi ədalət, inam və mübarizə ruhu tükənməyənə qədər...
LOBBİ.Az
Xəbər lenti
-
16:49Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib
-
16:47“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:51"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
13:46Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
12:35Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:04Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:02QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Digər xəbərlər
-
SİYASƏT
Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT, GÜNDƏM
"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
MANŞET, SİYASƏT
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
SİYASƏT
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SİYASƏT
Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SİYASƏT
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SİYASƏT, GÜNDƏM
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir