Dünyanı xilas edə biləcək çağırışlar

24 Aprel 2025, 19:51
24 Aprel
2025
19:51
106
Bakı, 24 aprel, AZƏRTAC
Bütün mövcud nəzəri yanaşmalara rəğmən dünyada müşahidə olunan tendensiyaları nəzərə alaraq, tərəddüdsüz deyə bilərik ki, istənilən siyasi təhlil və mülahizələrdə qlobal kontekst artıq qaçılmazdır. Bəyənsək də, bəyənməsək də qlobal kontekst artıq siyasi və strateji prioritetləri müəyyən edən əsas amilə çevrilib. Siyasətdə qlobal konteksti nəzərə almaq gündəlik həyatımızda hava proqnozunu bilmək kimidir: nəyi geyinəcəyimizi və hara gedə biləcəyimizi müəyyən etməyə kömək edir. Bəzən böyük siyasəti bu cür kiçik müqayisələrlə anlamaq olar.
Bu fikirlər politoloq Asif Adilin "Dünyanı xilas edə biləcək çağırışlar” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Qeyd olunan kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər dünyanın siyasi xəritəsində hələ də öz adlarını görə bilən ölkələri ciddi şəkildə düşündürməlidir. Gəlin bu fikirlərin bəzilərinə diqqət yetirək: "Birlikdə bəyan etdik ki, bizim strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq”. Bu cür fikirlərə şəxsi münasibətin bildirilməsi üçün, əslində, sadə bir söz yetər - "mükəmməl”. Şəxsi siyasi simpatiyalardan asılı olmayaraq obyektivliyi sevən, ölkənin gələcəyini düşünən və demokratik prinsiplərə dəyər verən hər bir siyasətçi, dövlət xadimi və fərd Prezident İlham Əliyevin qeyd olunan fikirlərinə başqa cür qiymət verməz, bu cür fikirlər siyasi spekulyasiya predmeti də ola bilməz.
Çəkinmədən deyə bilərik ki, dövlətimizin başçısı öz müsahibəsində beynəlxalq münasibətlərin əsas prinsiplərini müəyyən etməklə dünya ictimaiyyətini həmin prinsiplərə hörmət və riayət etməyə çağırıb: "qarşılıqlı hörmət”, "bərabərlik”, "etimad”, "qarşılıqlı dəstək”, "qarşılıqlı fayda”, "suverenlik və ərazi bütövlüyünə hörmət”, "daxili işlərə qarışmamaq” və nəhayət, "dinc yanaşı yaşamaq”. Qeyd olunan hər bir prinsip müasir beynəlxalq münasibətlərin təməl dəyərləridir. Bu prinsiplərin inkarı qlobal fəlakət və beynəlxalq münasibətlərin sonu deməkdir. Qlobal münasibətləri qoyaq bir kənara, qarşılıqlı hörmət, etimad, daxili məsələlərə qarışmamaq və digər bu kimi prinsiplərə riayət etmədən heç qapı qonşu ilə belə rahat və münaqişəsiz yaşamaq mümkün deyil.
Qlobal güclərin bəziləri uzun onilliklər ərzində Azərbaycan Prezidenti tərəfindən səsləndirilmiş bu prinsipləri unutdurmağa çalışıblar, digərlər isə öz geostrateji maraqları naminə onlardan alət kimi istifadə ediblər. Təbii ki, bu işdə onlara kömək edən sifarişli fəaliyyətlə məşğul olan beynəlxalq təşkilatlar olub. Bəli, dünyada tüğyan edən və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olan "ikili standartlar” siyasəti məhz həmin bu yanaşmanın törəməsidir.
Bu mənada Prezident İlham Əliyevin digər sözlərinə də xüsusi olaraq diqqət yetirilməlidir: "Biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış etdik”. Heç şübhəsiz ki, beynəlxalq münasibətlər sistemi kontekstində burada açar ifadə Prezidentin məhz "hegemoniya və güc siyasətinə qarşı” sözləridir.
Əslində desək ki, dövlətimizin başçısının bu sözləri müasir beynəlxalq münasibətlər sistemində sağlam tərəfdaşlıq əlaqələrinin düsturunu müəyyən edir, heç də yanılmarıq. Çünki "hegemoniyaya” qarşı çıxış etmək dünyada bərabər inkişaf və ədalət uğrunda mübarizə aparmaq deməkdir. Çünki "güc siyasətinə qarşı” bəyanatlar vermək inkişafda olan dövlətlərin beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsi deməkdir. Qeyd olunan amillər isə bütün regionların dayanıqlı inkişafına gətirib çıxara bilər.
Əvəzində isə bu gün dünyada biz nələrə şahidlik edirik? Ölkələrin daxili məsələlərinə qarışma cəhdləri, yeni münaqişə ocaqlarının yaranması, beynəlxalq hüququn işləməməsi, qütbləşmə, ölkələr arasında militarizasiya yarışlarının bərpası, dözümsüzlük toxumlarının yayılması, milli identiklik hisslərinin unifikasiyası, mənəvi tələbatların cılızlaşması və s. bu kimi siyasi, habelə sosial-mədəni təzahürlər müasir dünyamızın reallığına çevrilib.
Mövcud mənzərəni daha da tünd rənglərlə boyayan amil ölkənin və regionun inkişafını istəməyən xarici qüvvələrin əlində marionet kukla rolunu oynamağa hazır olan xainlərdir. Bəli, məhz xainlərdir, çünki milli maraqları satan siyasətşivənlərin başqa adı ola bilməz. Populist və ucuz demaqoqların köməyi ilə ölkə daxilində yaradılan siyasi qalmaqallar vasitəsilə dövləti strateji inkişaf xəttindən yayındırırlar. Bundan sonra isə sistem xarakterli problemlərin yaranması yalnız zaman məsələsinə çevrilir. Azərbaycan cəmiyyətinə adları tanış olan və bəzilərinin fəaliyyəti artıq dayandırılmış USAID kimi beynəlxalq təşkilatların sayəsində biz artıq çox gözəl bilirik ki, onların təyinatı vətəndaş cəmiyyətinin inkişafı deyil, tam əksinə, suveren hisslərin boğulması və dəyərsizləşdirilməsidir. Odur ki, "qarşılıqlı hörmət”, "bərabərlik”, "etimad”, "qarşılıqlı dəstək”, "qarşılıqlı fayda”, "suverenlik və ərazi bütövlüyünə hörmət”, "daxili işlərə qarışmamaq” və "dinc yanaşı yaşamaq” kimi amillərə hörmət və riayət olunmayan beynəlxalq münasibətlər sisteminin format olunması qaçılmazdır. Prezident İlham Əliyevin prinsipiallığı, milli maraqlara sadiqliyi, populist siyasətdən uzaq dayanması, habelə ölkəmizdə yaşanan milli həmrəylik mühiti bütün təzyiqləri ram edir və strateji inkişaf xəttinin qorunmasına xidmət göstərir.
Xəbər lenti
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
Digər xəbərlər
-
SİYASƏT
Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
SİYASƏT
Siyasi hipnoz
-
SİYASƏT
MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
SİYASƏT
Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
SİYASƏT
Dünyanı xilas edə biləcək çağırışlar
-
SİYASƏT
Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
SİYASƏT
Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
SİYASƏT
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
SİYASƏT
Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb